Milli Konservatoriyada Mənsum
İbrahimovun 65 illik yubileyi qeyd edilib
Oktyabrın 7-də Azərbaycan Milli
Konservatoriyasında tanınmış xanəndə, Xalq
artisti, “Şöhrət” və “Şərəf” ordenli Mənsum
İbrahimovun 65 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən Konservatoriyanın rektoru Kamilə
Dadaş-zadə sənətkarın Azərbaycan muğam sənətinin
inkişafında müstəsna xidmətlərindən
danışıb. Qeyd edib ki, Mənsum İbrahimovun zəngin
ifaçılıq məktəbi, ustad sənətkarın
yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin
gələcəyi üçün mühüm əhəmiyyət
daşıyır.
Tədbirdə sənətkarın pedaqoji və səhnə
fəaliyyətinə həsr olunmuş videoçarx
nümayiş etdirilib, tələbələri və həmkarları
onun ifasında sevilən muğam və mahnıları səsləndiriblər.
Sonda yubilyar sənətinə verilən yüksək
qiymətə və göstərilən diqqətə görə
minnətdarlığını bildirib.
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.9.