"Pəri xanımın sehrli xalçaları"
təqdim olundu
Oktyabrın 7-də XI Bakı Beynəlxalq Kitab Sərgisində
Azərbaycan Milli Xalça Muzeyi və “Şərq-Qərb” nəşriyyatının
birgə layihəsi olan “Pəri xanımın sehrli
xalçaları” adlı nağıl kitabının və
eyniadlı animasiya filminin təqdimatı keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə Azərbaycan
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Şərq-Qərb”
nəşriyyatının direktoru Sevil İsmayılova və
muzeyin Uşaq şöbəsinin müdiri Təranə
Əliyeva çıxış edərək qonaqlara layihənin
əhəmiyyətindən danışıblar.
Bildiriblər ki, nəşrin, həmçinin animasiya
filminin əsas qayəsi
uşaqları Azərbaycan xalçalarının
gözəlliyi, rəngarəngliyi və zəngin koloriti ilə
tanış etmək, milli mədəni irsimizi onlara sevdirmək,
ənənələri qorumağın vacibliyini diqqətə
çatdırmaqdır.
Qeyd edək ki, Leyla Leysanın müəllifi olduğu
nağıl Azərbaycan və rus dillərində işıq
üzü görüb. Sevimli nağıl qəhrəmanı
ilə tanış olmaq istəyən hər kəs “Pəri
xanımın sehrli xalçaları” kitabını muzeyin
mağazasından əldə edə bilərlər.
525-ci qəzet .- 2025.- 9 oktyabr (¹ 183).- S.9.