Ailəmiz - türk
dünyası
Azərbaycan çox beynəlxalq qurumun
üzvüdür: BMT, ATƏT, MDB, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı,
başqaları da var. Amma hamının canına ən
çox yatan Türk Dövlətləri Təşkilatıdır.
Prezident İlham Əliyevin dediyi kimi, türk dünyası
bizim ailəmizdir.
2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə,
Qazaxıstan və Qırğızıstan qədim
Naxçıvan torpağında Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasını yaratdı. 2019-cu il
sentyabrın 14-də Özbəkistan şuraya qoşuldu.
2021-ci il noyabrın 12-də qurum Türk Dövlətləri Təşkilatı
adı aldı. Macarıstan, Türkmənistan və Şimali
Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında
müşahidəçidir.
İndiyəcən 11 Zirvə görüşü
olmuşdu. 12-ci Zirvə görüşünə oktyabrın
7-də qədim yurdumuz Qəbələ ev sahibliyi elədi.
Prezidentimiz İlham Əliyevin sədrlik etdiyi Zirvədə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan
prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti
Sadır Japarov, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev,
Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan
Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov,
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar yer
almışdı.
Dövlət başçısı tədbirdəki
çıxışında öncə bir məqamı qeyd
etdi: "Ortaq tarixi və etnik köklərimiz, müştərək
milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir".
Dünyanın sərt üzünü
gördüyümüz bir şəraitdə, beynəlxalq
hüququn işləmədiyi bir zamanda qanı
qanımızdan, canı canımızdan olan doğmalara
sarılmaq, onlarla çiyin-çiyinə dayanmaq
qaçılmazdır, milli təhlükəsizlik məsələsidir.
Cənab prezident Qəbələ zirvəsində bu məqamın
üzərində xüsusi dayandı və vacib bir təklif
verdi: "Təhlükəsizlik təmin edilmədən
inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və
prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə
ölkələrimiz arasında hərbi və hərbi-texniki
sahədə əməkdaşlıq çox önəmli
amillərdən biridir. Ölkələrimiz arasında hərbi,
müdafiə və təhlükəsizlik sahələrində
geniş əməkdaşlığı nəzərə
alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin birgə hərbi
təlimlərinin keçirilməsini təklif edirəm.
Bugünkü dünyada hərbi güc hər bir ölkənin
müstəqilliyinin və ərazi
bütövlüyünün əsas amilidir".
İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin
bərpasına dəstək verən qardaş ölkələrə
bir daha təşəkkür etməsi də yaddaşları
təzələdi: "Füzulidə Mirzə Uluqbəy
adına məktəb, Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb
fəaliyyətdədir. Bu, özbək, qazax,
qırğız qardaşlarımızın hədiyyəsidir.
Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda
tikilən məktəbdir. Türkmən
qardaşlarımızın hədiyyəsi - bu gün təməli
qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri
bir çox tunellər, körpülər, yollar inşa edir.
Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt
unutmayacaq".
Qazaxıstan prezidentinin Qəbələdəki
çıxışındakı bir məqam çox yerinə
düşdü. O, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin
"Türkün türklə ədavətə haqqı
yoxdur" sözlərini misal gətirdi və qeyd etdi ki,
ağsaqqalların bu kimi sözlərini çox yüksək
tutmalı və türk dövlətlərini bir araya gətirməkdə
əlimizdən gələni etməliyik.
Türkiyə liderinin çıxışında da
önəmli bir detal vardı: "Biz böyük türk
dünyasını daha da gücləndirərək
övladlarımıza miras qoyacağıq".
Türk dünyasının hər mənada daha da
sıx toparlanmasına ehtiyac var. Ortaq əlifba bu baxımdan ən
vacib məsələdir. Bu yaxınlarda Qarabağ Universitetinin
elm şöbəsinin müdiri Elçin İbrahimovun
"Türk dünyasında ortaq əlifba və ünsiyyət
dili" adlı kitabı Türkiyədə nəşr
olunub. Kitabda qeyd olunur ki, türk dünyasında əlifba və
imla problemlərinin həlli sadəcə dil məsələsi
olmaqdan çıxaraq həm də mədəni və strateji
bir yanaşma kimi böyük əhəmiyyət kəsb edir,
türklər arasında ortaq yazı sisteminin
formalaşdırılması dildəki müxtəlifliyi
qorumaqla yanaşı, bu müxtəlifliyin vahid bir platformada
birləşdirilməsini də nəzərdə tutur.
Başqa bir vacib məsələ türk
dünyasının təhlükəsizlik müstəvisində
sıx inteqrasiyasıdır. 2021-ci il iyunun 15-i Şuşa
şəhərində Azərbaycanla Türkiyə arasında
müttəfiqlik münasibətlərini nəzərdə
tutan bəyannamə imzalanıb. Bəyannaməyə əsasən,
tərəflərdən hər hansı birinin müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin
toxunulmazlığına, təhlükəsizliyinə
qarşı təhdid, təcavüz edildiyi təqdirdə birgə
məsləhətləşmələr aparılacaq, təhdid
və ya təcavüzün aradan qaldırılması məqsədilə
təşəbbüs həyata keçiriləcək,
bir-birinə zəruri yardım göstəriləcək,
müdafiə ehtiyaclarının ödənməsinə qərar
veriləcək və Silahlı Qüvvələrin əlaqələndirilmiş
fəaliyyəti təşkil olunacaq. Məncə,
bütövlükdə türk dünyası ölkələrinin
oxşar bəyannamə imzalaması, gələcəkdə
isə vahid ordu yaradılması üzərində
düşünmək gərəkdir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində
iqtisadi, mədəni, idman sahələrində əlaqələri
daha da sıxlaşdırmaq vacibdir. Məsələn, niyə
Türk Oyunları və Türk Olimpiadası kimi yarış
keçirilməsin?
Mən ulu türk yurdu Şuşada doğulub
boya-başa çatmışam. Bizim
böyüdüyümüz dövrün ab-havası fərqli
olsa da, evdə türk ruhu ilə tərbiyə almışam.
Birinci Qarabağ müharibəsində ölümünə
vuruşub ağır yaralandım, təəssüf ki, həmin
savaşda məqsədimizə çatmadıq, yurdumuz
işğal altına düşdü.
Bakıda köçkün həyatı
yaşadığımız zaman dünyaya göz
açmış oğlum Hüseyni türk ruhu ilə
böyütməyə çalışdım, yeni dövr də
təsirini göstərdi və bir od parçası ərsəyə
gəldi. Oğlum 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbini bitirdi, cəbhənin ön xəttində
yerləşən hərbi hissədə taqım komandiri,
bölük komandiri vəzifələrində xidmət
keçdi.
Baş leytenant, tank bölüyünün komandiri kimi
Vətən müharibəsinin ilk günlərində Ağdərə
istiqamətində düşmənin ön cəbhəsinin
yarılmasında iştirak etdi. Ağır yaralansa da, zəfər
qazandı.
Bu gün isə nəvələrimin zəfər
qazanmış ölkədə türk ruhu ilə boy
atmasına sevinirəm.
Sonda bir daha əvvələ qayıdır, prezident
İlham Əliyevin 14 fevral 2024-cü ildə Türk Dövlətləri
Təşkilatı barədə səsləndirdiyi sözləri
xatırladıram: "Bu, bizim üçün əsas beynəlxalq
təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim
başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".
Elxan ƏLƏKBƏROV
525-ci qəzet .- 2025.- 10 oktyabr (№ 184).-S.7.