Xalq artisti Əminə Yusifqızı
ilə vida mərasimi keçirilib
Xalq artisti Əminə Yusifqızı ilə
Təzəpir məscidində vida
mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə
Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə
üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Daha sonra Əminə Yusifqızı
"Qurd qapısı" qəbiristanlığında dəfn
olunub.
Qeyd edək ki, Xalq artisti Əminə
Yusifqızı ötən gün 89 yaşında
dünyasını dəyişib. Onun sənət yolu Azərbaycan
teatr və kino tarixində silinməz iz buraxıb.
525-ci qəzet. - 2025.-
11 oktyabr (№185).- S.18.