Milli Kitabxanada
“Əməkdar incəsənət
xadimi Həmid Abbas - 90” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada Əməkdar incəsənət
xadimi, şair, jurnalist, tərcüməçi Həmid Abbasın
anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Əməkdar
incəsənət xadimi Həmid Abbas - 90” adlı ənənəvi
kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib
ki, sərgidə müəllifin müxtəlif
illərdə nəşr
olunmuş əsərləri,
tərcümələri, eləcə
də onun həyat və yaradıcılığına həsr
edilmiş kitablar nümayiş olunur.
Qeyd edək
ki, Həmid Abbas (Həmid Məmmədəli oğlu
Abbasov) 1935-ci il oktyabrın 10-da Ağstafada
anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universitetinin)
Filologiya fakültəsindən
məzun olub. Əmək fəaliyyətinə
1960-cı ildə tərcüməçi
kimi başlayan Həmid Abbas sonrakı illərdə səyyar müxbir və redaktor kimi də çalışıb.
Həmid Abbas ədəbiyyata ötən
əsrin 50-ci illərində
gəlib. Onun
ilk əsəri 1957-ci ildə
dərc edilən “Dilican” adlı şeir olub. Daha sonra “Gəncliyin
səsi” adlı ədəbi külliyətdə
və müxtəlif mətbuat orqanlarında şeirləri yayımlanıb.
Şairin “Tarla qızları” adlı ilk şeir kitabı Abbas Həmid imzası ilə işıq üzü görüb. Müxtəlif
illərdə isə
“Ömrün elə çağıdır ki”, “Ürəyə
toxunma”, “Günahım
olsa”, “Dinlədi nəğməmi sirdaşım
mənim”, “Nər igidlər, alov saçın”, “Şuşa
həsrəti, türk
həqiqəti”, “Gözüm
səni axtarır” və digər kitabları nəşr olunub.
525-ci qəzet. - 2025.- 11 oktyabr (№ 185). -
S.18.