Üzeyir Hacıbəylinin
140 illik yubileyi münasibətilə silsilə
ustad dərslərinə
başlanılıb
Mədəniyyət Nazirliyinin Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
(MEMİM) təşkilatçılığı ilə
oktyabrın 8-dən 18-dək Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət
İdarəsinin tabeliyindəki musiqi və incəsənət
məktəblərinin müəllim və şagirdləri üçün
silsilə ustad dərsləri keçirilir.
MEMİM-dən AZƏRTAC-a bildirilib
ki, dahi bəstəkar, musiqişünas,
təhsil təşkilatçısı
və pedaqoq Üzeyir Hacıbəylinin
140 illik yubileyinə həsr olunan ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
üzv təşkilatı
– Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqı,
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət
İdarəsinin dəstəyi
ilə gerçəkləşir.
İlk gün
Kövkəb Səfərəliyeva
adına 16 nömrəli
uşaq musiqi məktəbində tar ixtisası üzrə ustad dərsi keçirilib. Görkəmli
tarzən, pedaqoq, Xalq artisti, professor
Vamiq Məmmədəliyev
tərəfindən aparılan
dərsdə müəllim
və şagirdlər
iştirak ediblər.
MEMİM-in direktor vəzifəsini
icra edən sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
dosent Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
rəisi İbrahim Əliyev və Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqının
sədri Elkiyar Ziyadov çıxışlarında
layihənin əhəmiyyətini
vurğulayıblar. Qeyd
olunub ki, əsas məqsəd musiqi və incəsənət məktəblərində
tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması,
müəllimlərin peşəkarlıq
səviyyəsinin artırılması,
şagirdlərin bilik
və bacarıqlarının
zənginləşdirilməsidir. Ustad dərsləri tar, kamança, saz, balaban, qanun,
xanəndəlik, fortepiano,
violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.
Diqqətə çatdırılıb
ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə təntənə
ilə qeyd edilir, onun mədəniyyətimizin
inkişafına verdiyi
misilsiz töhfələr
minnətdarlıqla yada
salınır.
Sonra Xalq artisti Vamiq Məmmədəliyev
tar aləti və onun ifaçılıq
xüsusiyyətlərindən bəhs edib. Şagirdlərin ifasını
dinləyən ustad tarzən tövsiyələrini
verib, müəllim və şagirdlərin suallarını cavablandırıb.
Daha sonra Bakı şəhər Şövkət Ələkbərova
adına 20 nömrəli
onbirillik musiqi məktəbində isə
qanun ifaçılığı
üzrə ustad dərsi təşkil olunub.
MEMİM-in Strateji təhlil
və təlimlərin
təşkili şöbəsinin
müdiri Əməkdar
mədəniyyət işçisi
Lalə Kərimova çıxış edərək
layihə barədə
məlumat verib, Üzeyir Hacıbəylinin
mədəniyyət tariximizdəki
müstəsna yerindən
danışıb.
Əməkdar artist, sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
professor Təranə Əliyevanın iştirakı
ilə keçirilən
dərsdə şagirdlərin
ifası dinlənilib.
T.Əliyeva qanun alətinin spesifik xüsusiyyətləri barədə
məlumat verib, ifaçılıq texnikası
ilə bağlı tövsiyələrini diqqətə
çatdırıb.
Qeyd edək
ki, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində
fəaliyyət göstərən
musiqi və incəsənət məktəblərində
keçirilən ustad
dərsləri respublikanın
tanınmış musiqiçiləri,
professor və müəllimləri, eləcə
də təcrübəli
mütəxəssislər tərəfindən
aparılır.
525-ci qəzet.- 2025.- 11 oktyabr (№ 185).-
S.18.