Arxitektura, insanın təbiətlə
rəqabət səhnəsidir
Troya müharibəsinin sonu və müasir
dünyada müharibə tonqallarının söndürülməsi
Qədim heykəllər
həm də tarixi hadisələrə işıq salması ilə seçilir. Vatikanda tikinti işləri aparılarkən,
Müqəddəs Pyotr
kilsəsinin inşası
üçün bünövrə
çuxuru qazılanda,
orada tapılan və yunanların yaratdığı "Laokoon"
heykəl kompleksi hətta dahi Mikelancelonu da heyrətə salmışdı.
Heykəlin təsvir
etdiyi hadisə Homerin "İliada" əsərində təsvir
olunmuşdur. Mikena çarı Aqamemnon Yunanıstanın şəhər-dövlətlərinin
ittifaqını yaradaraq,
Troya şahzadəsi Parisin Yelenanı götürüb qaçmasından
yaranan təhqir bəhanəsi ilə həmin şəhər-dövlətə
hücum təşkil
etmişdi. Axı Yelena onun qardaşı,
Sparta çarı Menelayın arvadı idi. Müharibə on il idi
ki, davam edirdi, əslində onu allahlar idarə
edirdi. Gah bir, gah digər
tərəfə üstünlük
verildiyindən, müharibə
uzanırdı. Bu, yunan əsgərlərini də cana doydurmuşdu,
allahların özünü
də artıq müharibə yormuşdu.
Bu vaxt hiyləgər
Odissey (Uliss) ağac materialından iri at müqəvvası
düzəldib, onu troyalılara hədiyyə
kimi verməyi təklif etdi. Atın qarnında gizlənən yunan əsgərləri gecə
oradan çıxıb,
şəhərin qapısını
açmaqla, yunan ordusunu şəhərə
buraxmalı, Troya tutulmalı və dağıdılmalı idi.
Troyalılar bu məkrə aldanıb, hədiyyəni qəbul etmək qərarını
verdilər. Yeganə etiraz edən kahin Laokoon idi.
Allahlara Odisseyin icadı xoş gəldiyindən, çünki
müharibə yunanların
xeyrinə başa çata bilərdi, Laokoonu cəzalandırmaq istədilər. Göndərdikləri
ilan təkcə kahinin özünü deyil, iki oğlunu
da sancıb zəhəri ilə öldürdü.
Heykəl kompleksində
aqoniya şəraitində
olan Laokoonun və oğlanlarının
sifətində dəhşətli
ağrı, təlaş
və həyəcan əks olunurdu. Florensiyanın Uffitsi qalereyasında saxlanan, romalılar tərəfindən
kopiyası çıxardılan
heykəltaraşlıq əsərində
bu ağır hisslər aydın gözə çarpır.
Müasir dünyada
da böyük iqtisadi və hərbi gücə malik olan yeganə
fövqəldövlətin yeni başçısı,
bu mühüm vəzifədə olduğu
cəmi altı ay ərzində yunan allahlarını təqlid edərək, müharibə alovunu söndürmək vəzifəsini
öz üzərinə
götürmüşdür və buna əsasən
nail olur. Dünyanın üç
guşəsində - Hindistan
subkontinentində, Yaxın
Şərqdə qısa
müddətli müharibələrə,
Afrikanın cənubunda
isə uzun müddətli müharibəyə
o, son qoya bilmişdi. Pakistan və Hindistan arasında müharibə qızışsa, müddətcə
uzansa, hər iki dövlət nüvə silahına malik olduğuna görə, bu, ağır fəlakətə
gətirib çıxara
bilərdi. ABŞ lideri
müharibənin davamına
imkan verməyib, onu dayandırdı. İsraillə İran arasında
müharibə 12 gün
davam etdikdən sonra, Amerikanın İrana qarşı ağır hərbi müdaxiləsi ilə bu qarşılıqlı
raket atəşini və birtərəfli aviasiya bombardmanını da dayandırmaq mümkün oldu. Afrikada Ruanda və Konqo arasında
müharibə 31 il idi ki, davam
edirdi, hər iki tərəfdən 8 milyon adam silahlı
toqquşmalarda həyatını
itirmişdi. ABŞ-ın
yeni prezidenti sonu görünməyən
bu müharibəyə
də son qoymağı bacardı. Tailandla Kamboca arasında münaqişə
böyümədən yatırıldı.
Serbiya və Kosovo qarşıdurması
müharibənin yenidən
başlanmasına səbəb
ola bilərdi. ABŞ-ın səyi nəticəsində həmin
münaqişəni də
yatırtmaq mümkün
oldu.
Xoşbəxtlikdən, ABŞ-ın
yeni prezidenti Donald Tramp müharibələrdə
gənc əsgərlərin
və mülki əhalinin öldürülməsi
faktına biganə qala bilmir, bütün
imkanlardan - diplomatiyadan
və iqtisadi metodları işə salmaq kimi hədələrdən
istifadə etməklə,
onlara son qoyur və ya
başlanmasının qarşısını
ala bilir. Mürəkkəb hadisələrin
cərəyan etdiyi dünyada buna nail olmaq heç
də asan iş deyildir. Ona görə də bütün səylər gözlənilən
nəticəni vermir. İsrail HƏMAS-ın hücumuna cavab vermək sahəsində həddi aşaraq, Qəzzədə əsl qırğın siyasətini
həyata keçirir.
Burada 60 minə qədər ərəb öldürülmüşdür və zolaqda yaşayan əhali sərt aclıqla üzləşmişdir, aclıqdan
ölənlərin sayı
da artır. ABŞ qırğının qarşısını
hələlik ala bilmədiyindən, Qəzzə
əhalisinə qida yardımı ilə köməklik göstərir.
Rusiyanın suveren dövlət olan Ukraynaya geniş miqyaslı təcavüzü
ilə başlanan Avropadakı müharibə
isə II Dünya müharibəsi müddətinin
yarısından artıq
bir dövrdə, üç il yarım ərzində davam etsə də, onu yatırtmaq
mümkün olmur. Təcavüzə yol verməklə, müharibəni
başlayan dövlətə
hərbi cəhətdən
lazımi sərt cavab verilmədiyindən, iqtisadi məqsədlər
vasitəsi ilə onu boğmaq tədbirləri də səmərə vermir. Yunan allahları da ədalətsizlik göstərərək, Troya
müharibəsində təcavüzə
məruz qalana deyil, təəssüf ki, təcavüzkara kömək etmişdilər.
İndi də Olimp allahlarını təqlid edən adam, əksinə, ərazisi işğala məruz qalmış Ukraynaya hərbi kömək göstərilməsinə
geniş şərait
yaratsa da, təcavüz edənə
qarşı heç də əlahiddə qaydada sərtlik göstərmək istəmir,
bununla bəlkə də Üçüncü
Dünya müharibəsinin
başlanması təhlükəsinin
reallığa çevrilməsinə
imkan verməməyə
çalışır. Çünki
Rusiyada qızmış
başlar Avropanı, əslində bütün
dünyanı nüvə
silahını işə
salmaqla hədələyir.
Ruslar əfsanə şəklində inandırılır
ki, dünya dağılsa, ruslar cənnətə düşəcəklər,
ona görə də sərsəm seçimlə də razılaşmaq olar. Ukraynanın geniş ərazisində müharibənin
davam etməsi əlbəttə ki, hər iki tərəfdən
gedən canlı qüvvələrin itkisini
artırır, həmin
ölkənin şəhərləri
isə ağır dağıntılara məruz
qalır və mülki əhali arasında raket zərbələrindən həlak
olanların sayı da artmaqda davam
edir.
ABŞ prezidenti Donald Tramp Cənubi Qafqazda, Ermənistan və Azərbaycan arasında, birincinin təcavüzü ilə başlanan və qanlı toqquşmalara səbəb olan 35 illik münaqişənin sona çatdırılmasına
da nail oldu.
ABŞ prezidentin səyi
ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
uzun danışıqlara
son qoyan bir memorandum imzaladlar, bu sənəd sülh müqaviləsinin bağlanacağını
sürətləndirməyə kömək edəcəkdir.
Sənədin qiymətini,
fövqəldövlətin prezidentinin də imzalaması xeyli böyütdü. "Tramp
marşrutu" adlanacaq
Zəngəzur dəhlizi
probleminin uğurlu həlli isə regionda iqtisadi inkişafa geniş yol açacaqdır. Məhz ABŞ liderinin işə qarışması,
məsələnin çözülməsinin
müxtəlif uydurulmuş
bəhanələrlə ləngidilməsinə
birdəfəlik son qoydu. Ağ Evdəki üç liderin görüşü
bu münaqişəli
regionda uzun müddətli sülhün
bərqərar olmasına
mökəm şərait
yaratdı və digər yararsız vasitəçilərin siyasi
oyunlardan kənarlaşdırılmasına
səbəb oldu. Azərbaycan Prezidentinin Vaşinqtona rəsmi işgüzar səfərinin
digər uğurlu diplomatik qələbəsi,
ABŞ-la Strateji əməkdaşlıq Xartiyası
layihəsinin hazırlanmasına
başlamaq oldu.
Yenə əvvəlki
müharbə probleminin
çözülməsi təcrübəsinə,
konkret olaraq Laokaoon heykəl kompleksinə gəldikdə,
bu qiymətli sənət əsəri dahi heykəltaraş Mikelancelonu da ilhamlandırmışdı. Lakin
o, özü tam başqa bir Bibliya mövzusuna müraciət edərək,
iri mərmər parçasından "David" heykəlini yonmuşdu. Bibliya Davidi cılız çoban oğlan, heykəltaraş
Donatello isə alçaqboylu bir adam kimi təsvir
etsə də, Mikelancelo sapandından atdığı daşla filistim pəhlivanı nəhəng Qoliafı məhv edən bu yəhudi gəncini insan bədəninin idealı şəklində təsvir
etmişdi. Onun əzələləri də,
baxışı da coşqun ehtirasdan, düşmənə qalib
gəlmək əzmindən
xəbər verir. O, təkcə filistimli nəhəngə qalib gəlməmişdi, öz
gələcək nəsillərinə
də qəhrəmanlıq
nümunəsi göstərmişdi.
Təəssüf ki,
XX əsrin birinci yarısında onun çoxmilyonlu nəsli arasında Hitler və onun nasizmi
timsalında olan müasir və daha iyrənc Qoliafa qarşı yeni kollektiv David vaxtında meydana gəlmədiyindən, dəhşətli
Holokostun həyata keçirilməsi mümkün
olmuşdu.
Mikelancelonun "David"i
isə təkcə öz görünüşü
ilə insanlığın
iblislər üzərində
qalib gələcəyi
ümidini yaradırdı.
Onun digər bir şedevri Müqəddəs Pyotr kilsəsindəki "Pyeta"
heykəl kompleksidir, onda ölən İisusun cəsədini qucağında saxlayan gənc Məryəm ananın heykəltaraşlıq
obrazı, ağır
dərdə mübtəla
olmuş qadının
mənəvi əzablarına
həsr olunmuş rekviyemi xatırladır. Axı o, Vatikandakı Skistin kapellasının plafonunda da insanın
yaranması hadisəsini
təsvir edərkən,
Adəmə əlini toxundurmaqla ona həyat bəxş edən Allahı da nurani qocanın,
saqqallı kişinin obrazında canlandırmışdı.
Yunanların ənənələrə
sədaqətinə gəldikdə,
onlar öz qədim əcdadlarının
bədii və quruculuq irsini unutmamış, onu ustalıqla inkişaf etdirmişdilər. Onların
timsalında zamanların
əlaqəsi daha aydın görünür.
B.e.ə. V əsrdə
strateq Periklin təşəbbüsü ilə
Fidinin başçılığı
altında Afinanın təpəlik hissəsində
yerləşən Akropolda
Parfenon kimi arxitektura mükəmməlliyi
yaradılmışdı. Məbəd
binası sadəliyinə,
simmetriyasına, dorik üslublu gözəl sütunlarına görə
indiyədək dünya
arxitekturası üçün
əvəz olunmaz simvol və etalon rolunu oynayır.
Burada çox saylı sütunlar binanın ağır damını öz üzərlərində saxlayırdı.
Göydələnlər şəhərləri
bəzəyir
Son əsrlərdə
isə dünyanın
aparıcı dövlətlərində
arxitektura daha geniş miqyasda və sürətlə inkişaf etməyə başlamışdır. XX əsrin
birinci yarısında
Amerika Birləşmiş
Ştatlarında göydələn
tikililər, binalar meydana gəlmişdi. Nyu-Yorkda Rokfellerlər ailəsi ilk 70 mərtəbəli binanın
tikmişdilər. Sonralar
burada göydələnlərin
sayı yağışdan
çıxmış göbələk
kimi xeyli çoxalmışdır. "State Emperial building" və "Kraysler" şirkətinin uca binaları şəhəri
arxitektura yenilikləri
ilə zənginləşdirmişdir.
Əsrin sonunda Ümumdünya Ticarət Mərkəzinin 100 mərtəbəli
iki binası, onları amerikanlar "Tvin" - "Ekiz" adlandırırdılar, tikilmişdi
və 2001-ci ilin 11 sentyabrında Üsamə
ben Ladenin vəhşi vandalları təyyarəni binalara çırpmaqla onları
uçurmuş, 3 minə
qədər insan tələfatı baş vermişdi. Göydələnlərin
rəmzinə çevrilmiş
bu unikal binalar terrorizmin basqını ilə bir andaca məhv
edilmişdi.
Sonra dünyanın
digər şəhərlərində
də səmaya ucaldılan binaların sayı çoxalmışdır.
Çikaqoda, Kuala-Lumpurda,
Honkonqda, Dubayda, Şanxayda, Parisin Defans rayonunda göydələnlər kompleksi
meydana gəldi. Lakin bu şəhərlərin
heç biri göydələnlərin miriad
bolluğuna görə
Nyu-Yorkla müqayisə
edilə bilməz. Bu şəhəri göydələnlər cəngəlliyi,
başqa ağaclardan daha böyük hündürlüyü ilə
seçilən sekvoya
meşəsi adlandırmaq
olar.
Uca binaların
tikintisi ideyasının
təntənəsinə yəqin
ki, XIX əsrin sonunda Parisdə səmanı fəth etməyə çalışan
Eyfel qülləsi möhkəm təkan vermişdi. Bu təcrübə əvvəllər
mövcud olan ehtiyatlılığı və
qorxunu aradan qaldırmış, göydələnlər
tikmək dəbi meydana gəlmişdi. Əvvəllər bu sahədəki müəyyən
irəliləyişlərə nail olmuş qotika üslubu nümunələri artıq
arxada qalmışdı,
beton və şüşənin sintezindən
göylərə ucalan
çox sayda binalar şəhərlərin
tanışlıq atributuna
çevrilmişdi. Dubaydakı
Burc əl-Xəlifə
binası 828 metr hündürlüyündə olmaqla,
XXI əsrdə yaranmış,
4,5 min əvvəl tikilmiş piramidanın hündürlüyünün şöhrətini
də arxada qoymuşdur. Dubay yarım əsrdən az müddətdə meydana gələn göydələnləri ilə
fəxr edə bilər.
Uca binalar şəhərlərdə torpaq
qıtlığının qarşısını almaq
vəzifəsinə xidmət
göstərmişdi. Nisbətən
kiçik ərazidə
böyük yaşayış
sahəsinə malik olan binalar, mənzil
probleminin həllində
də mühüm rol oynamışdır. Onlar həm də texniki yeniliklərin yaradılması
ilə müşayiət
olunmuşdur. 20-ci mərtəbədə
havanı dəyişmək
üçün açılan
pəncərələr küləyin
sərt təsiri ilə qırıldığından,
kondisionerlər kəşf
edilmiş və onlar təkcə göydələnlərdəki deyil, tropik ölkələrdəki
digər mənzillərin
də istidən xilas edilməsində mühüm rol oynamışdır.
Əlbəttə, arxitekturada,
tikinti sahəsində
yeniliklər sürətlə
gedən təkamül
dəyişikliklərinin nəticələrindən
biri hesab edilməlidir. Ənənəyə
bağlılıq da heç də mühafizəçi mövqeyinə
çevrilib, keçmişin
əsarətinə düşməməlidir.
İnsan ağlı və istedadı daim özünü yeniliklərdə daha çox nümayiş etdirir. Lakin hər bir tətbiq
olunan yenilik, onun yaradıcısından
ciddi məsuliyyət tələb etməklə,
təhlükəsizlik qaydalarının
da daha ciddi
şəkildə həyata
keçirilməsinə təminat
verməlidir.\
(Əvvəli və ardı var)
Telman ORUCOV
525-ci qəzet. - 2025.- 11 oktyabr (№185).-
S.22.