Türk gənclərinin
şeirləri "Ulduz"un yeni nömrəsində
"Ulduz" jurnalının növbəti nömrəsi
işıq üzü görüb.
525.az xəbər verir ki, jurnalının oktyabr
nömrəsi "Ulduz" jurnalı ilə Dünya Gənc
Türk Yazarlar Birliyinin birgə layihəsi" olaraq çap
edilib. Nəşrin Həsən Kürün şeirləri ilə
açılır. "Şeir vaxtı"nı türk
şairi Özgür Bacaksız, Özbəkistandan Mehrinaz
Abbas, Rəhmət Babacan, Firuzə Xeyrullayeva, Sevinc
Xuşnazarova, Masihullah, Qırğızıstandan Altınbek
İsmail, Kıyalbek Kamıtoğlu, Rızkul İzatova,
Qazaxıstandan Sayat Kamşıqer, Gülnaz Fayzulla,
Monqolustandan Dauletkerey Kapoğlu, Cənubi Azərbaycandan
Əli Çağla, Türkmənistandan Faroqat Cabbarova, Azərbaycandan
Fərid Hüseyn, İntiqam Yaşar, Taleh Mənsur, Ruslan Dostəli,
Xəyalə Sevil, Şükür Əli, Cəmil Cəmilbəyli,
Nofəl Ümid, Səddam Laçın, Tural Adışirin,
Şahanə Müşfiq, Ayşən Rəhim, Yusif Nazim
Ərəbsoy, Valeh Qoca, Qabil Ədalət, Fuad Cəfərli və
Elvin İntiqamoğlu davam etdirir.
"Tribuna"da filologiya üzrə fəlsəfə
doktoru Şəfa Əliyeva "Şairin ruh dünyası"
yazısında Əhməd Qəşəmoğlu
yaradıcılığında mələk və məleykələrdən
söz açır. Bakı Dövlət Universitetinin
doktorantı Məleykə Mirzəli "Məhtimqulu Fəraqi-300"
yazısı ilə türkmən şeirinin günəşini
yad edir.
"Nəsr" Rizvan Fikrətoğlunun "Son əlvida",
qazax yazıçı Erkinbek Serikbayın "Bu da bayram
günlərində", Anar Adilin
"Şöşü", Şəfa Vəlinin Sədnik
Paşa Pirsultanlının xatirəsinə həsr etdiyi
"Ruh quşu", Yeqzar Cəfərlinin "Ağac
oğrusu", Amin Namazlının "Ömrün
işığı", Elmin Nurinin "Bozqırın
mürəkkəb qoxusu", türk yazıçısı
Ənvər Aykolun "Qırmızı və Qara", Ulucay
Akifin "Cin dərəsi", Aygün Yaşarın "Naməlum
əsgər" hekayələrini təqdim edir.
"Dərgidə kitab"da Ramazan Qafarlı
"Salam"ın şeir məkanı" - Mahirə
Nağıqızının yaradıcılığından
söz açır.
"Dərgidə sərgi"də rənglər
dünyası ilə Tünzalə Ağabalayevadır.
525-ci qəzet .- 2025.- 22 oktyabr (№ 192).- S.10.