Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskaya anılıb
XX əsr Azərbaycan
rəssamlıq sənətinin
görkəmli nümayəndəsi
Xalq rəssamı, Əməkdar incəsənət
xadimi Elmira Şahtaxtinskayanın bu il anadan olmasının
95 ili tamam olur. Bu münasibətlə
Cəfər Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında
Xalq rəssamının
mənalı həyat
yolu və bədii irsindən bəhs edən videomaterial və daycest hazırlanaraq istifadəçilərə təqdim
edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu materiallar Azərbaycan rəssamlıq
sənətinin inkişafında
peşəkarlığı və gərgin əməyi ilə seçilən Elmira Şahtaxtinskayanın zəngin
bədii yaradıcılıq
irsini istifadəçilər
arasında təbliğ
olunması məqsədilə
hazırlanıb.
Vəsaitdə rəsmi sənədlər
ilə yanaşı “Milli mədəni irsi və doğma
yurdun təbiətini əsərlərində yaşadan
sənətkar” və
“Elmira Şahtaxtinskaya
yaradıcılığının səciyyəvi xüsusiyyətləri”
adlı məqalələrin
tam mətni təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən
https://www.ryl.az/funds/daycest materialda rəssamın həyat və fəaliyyətinə
dair 2011-2024-cü illərdə
dövrü mətbuatda
dərc edilən məqalələrin biblioqrafik
təsviri, qısa annotasiyası və tam mətninin yerləşdiyi elektron keçidlər yer alır.
“İncəsənətin qüvvəti Elmira Şahtaxtinskaya” adlı videomaterialda xanım rəssamın yaradıcılığının
rəngarəng və
çoxşaxəli olması,
əsasən mənzərə,
məişət, portret
janrlarında əsərlər
yaratmasından bəhs
olunur. Elmira Şahtaxtinskayanın “Azərbaycan
qədim mədəniyyət
diyarıdır” plakatlar
seriyası üzərində
uzun illər işləməsi, müxtəlif
ədəbiyyat, elm və mədəniyyət
xadimlərimizin – Nizami
Gəncəvinin, Məhsətinin,
Memar Əcəminin, Qətran Təbrizinin, Səfiəddin Urməvinin,
Məhəmməd Füzulinin,
Şah İsmayıl Xətainin, Qara Qarayevin bədii cəhətdən mükəmməl,
fəlsəfi tutumu ilə diqqət çəkən obrazlarını
yaratması diqqətə
çatdırılır. Videomaterialda
görkəmli rəssamın
yaradıcılıq nümunələri,
müsahibələrindən fraqmentlər, foto və video görüntüləri
də sərgilənir.
“İncəsənətin qüvvəti Elmira Şahtaxtinskaya” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/incesenetin-quvveti-elmira-sahtaxtinskaya yerləşdirilib.
525-ci qəzet .-
2025.- 25 oktyabr (№195).- S.14.