“Azərbaycan
Ədəbiyyatının Zirvəsi
– Anar” Əskişəhər
Anadolu Universitetində
tələbələrlə görüşdü
16 oktyabr 2025-ci ildə Türk Ədəbiyyatı Vəqfi, Türk Ədəbiyyatı Jurnalı
və Anadolu Universitetinin Türk Dili və
Ədəbiyyatı
fakültəsinin birlikdə həyata keçirdiyi
“Azərbaycan
Ədəbiyyatının Zirvəsi
– Anar”
adlı
möhtəşəm bir tədbir təşkil edildi.
Tədbir
Anadolu Universiteti Ədəbiyyat
Fakültəsi Prof. Dr. Taciser
Tüfekçi Sivas Konfrans
Salonunda keçirildi.
Anadolu Universiteti Ədəbiyyat
Fakültəsinin Dekan
Vəkili Prof. Dr. Fuat Güllüpınarın açılış
çıxışıyla başlayan proqram “Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi,
“Qobustan” jurnalının
baş redaktoru, elmlər namizədi, yazıçı Pərvin
Nurəliyevanın çıxışlarıyla
davam etdi.
Azər
Turan “Anardan görünən Azərbaycan”,
Pərvin Nurəliyeva
isə “Anarın Türkiyə Sevdası” mövzusunda maraqlı çıxışlar etdilər.
Azər Turan Anarın romanlarından görünən Azərbaycanı
anlatdığı çıxışında
özəlliklə ustadın
“Ağ Qoç, Qara Qoç” romanına nəzər salaraq romanda Baku City, Behişt-i Badel Kuba və Bakı
Komünü olaraq üç hissəyə bölünən Bakı ilə bağlı narahatlıqlarını və
Anarın xəyalındakı
Bakını dilə gətirərək Anarın
düşüncələrindəki Bakıya xüsusi vurğu etdi. Azər Turan ayrıca Anarın milli təfəkkürə sahib bir
ziyalı olduğunu və 60-cı illərə
yaxın ədəbi yaradıcılığıyla, Azərbaycanda vətənsevər
bir nəslin yetişməsinə başçılıq
etdiyini vurğuladı.
Pərvin
Nurəliyeva isə Anarın Sovetlər Birliyi dağılana qədər Türkiyəyə
qarşı adətən
bir “yasaq eşq” yaşadığını,
aşiq olduğu ölkəyə qovuşmaq
üçün uzun illər həsrətlə
gözlədiyini anlatdı.
Anarın bu sevgisinin uşaqlıq illərindən etibarən
başladığını bildirən Pərvin Nurəliyeva, vüsalın
bu sevgini daha da alovlandırdığını
bildirdi.
Proqramın sual-cavab hissəsində
isə Türk Ədəbiyyatı Jurnalının
baş redaktoru, yazıçı İmdat
Avşar və Türk Ədəbiyyatı
Jurnalının Yazı
İşləri Müdir
köməkçisi Səadət
Örməci ustada fərqli və maraqlı suallarla müraciət etdilər. Ədəbiyyat Fakültəsi
müəllimlərinin və
tələbələrinin də
suallarıyla daha da rənglənən proqram boyunca ustad Anar iştirakçılara
ailəsi, həyatı,
əsərləri, əsərlərindəki
qəhrəmanlar haqqında
son dərəcə önəmli məlumatlar verdi, Türkiyə və türk yazarlarıyla, şairləriylə
olan xatirələrini
danışdı.
Sovet İttifaqı
zamanında Azərbaycandakı
qadağan olunmuş “Türk” və “Türkiyə” qavramlarına
toxunaraq bunun uğrunda əsərləriylə
necə mübarizə
apardığından söhbət
açdı. Ustad Anar 1990-cı illərin Azərbaycanını və
Birinci Qarabağ savaşının yaşandığı
illəri dilə gətirdiyi zaman göz yaşlarına hakim ola bilmədi
və bu dönəmdə siyasi və toplum hadisələrin öz əsərlərinə necə
sirayət etdiyini də dinləyicilərlə
paylaşdı. Həmçinin
1990-cı illərdə Memar
Sinan Universitetindəki
akademik dövründə
qələmə aldığı
“Otel otağı” adlı əsəriylə
bağlı geniş məlumatlar verən Anar Türk ziyalı çevrələrinin
I Qarabağ müharibəsinə
baxışını və
bu hadisələrin Türkiyədə necə
əks-səda verdiyindən
bəhs etdi.
Anar “Türkiyədən
hansı yazıçı
və şairlərlə
görüşmüsünüz, onlardan kimləri izləyirsiniz?” sualına,
öz dövrünün
söz adamlarından Nazım Hikmət Ran, Melih Cevdet
Anday, Yaşar Kemal, Yahya Akengin,
Namık Kemal Zeybek, Yavuz Bülent
Bakiler, Ali Akbaş, Fazıl Hüsnü Dağlarca, Ataol Behramoğlu, Aziz Nesin, Orhan
Pamuk, İlber Ortaylı, İmdat Avşar kimi bir çox yazıçı, şair
və elm insanıyla dost olduğunu və bu isimlərdən həyatda olanları hələ də izləməkdə
olduğunu söylədi.
Anara “Beş
mərtəbəli evin
altıncı mərtəbəsi”
adlı əsərinin
niyə bu qədər sevildiyi sualı verildiyində ustad, “bu əsərin
digər əsərlərini
kölgədə buraxdığını
və bu vəziyyətdən xoşhal
olmadığını” bildirərək
bu əsərin bu qədər məşhur olmasının
səbəbini də izah edib: “Bu
roman, azad olmayan bir cəmiyyətdə
azad yaşamaq arzusunda olan bir qadının faciəsidir. Bu səbəbdən çox
məşhur olduğunu
düşünürəm” - dedi. Anar “Beş
mərtəbəli evin
altıncı mərtəbəsi”,
“Bir fürsət tapsam” və “Dantenin yubileyi” adlı povestlerinə niyə yeni “sonlar” yazdığı” sualına isə: “Mən o romanları yazdığımda sadəcə
romanları bitirmişdim,
ancaq romanların qəhrəmanları yaşamağa
davam edirdi. Mən bu qəhrəmanların
daha sonrakı dövrlərdə necə
və nələr yaşadığını da
göstərmək istədim”,
- deyə cavab verdi. Sual-cavab hissəsinin sonunda çıxış üçün
söz alan Anar özünə həsr etdiyi bu şeiri səsləndirdi:
Roman yazdı, uzandı
Pyes yazdı, usandı.
Çıxış etdi, utandı
Hərdən şeir yazardı.
Bir gün başa düşdü ki
Şairlik bir azardı
Hərdən birdən tutandı.
Səadət Örməci
525-ci qəzet 2025.- 28 oktyabr
(¹196).- S.12.