Musiqili teatrda yeni tamaşa: “Sən kralsan!”
24, 25, 26 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış
rejissor Ələkbər
Tağızadənin librettosu
və quruluşunda hazırlanan “Sən kralsan” adlı müzikl-tamaşanın premyerası
olacaq.
XX əsrin əfsanəvi amerikalı musiqiçisi və aktyoru – “Rok-n-rollun kralı”
Elvis Preslinin (1935–1977) ölməz
əsərləri əsasında
ərsəyə gələn
müzikldə onun həyat hekayəsi, kəşməkəşli ömür
yolu obrazlı şəkildə təsvir
olunub.
Səhnə əsərinin musiqi
rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, baletmeysteri Kamilə Əliyeva, quruluşçu
rəssamı Vüsal
Rəhim, dirijoru Səməd Süleymanlı,
konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq
rəssamı Rafael Vaqifoğlu,
rejissor assistentləri
Tamilla Aslanova və Polina Fyodorovadır.
Tamaşada Əməkdar artist İlham Nəzərov, Prezident təqaüdçüsü Atilla Məmmədov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev,
Leonid Klets, Olqa
Georgieva, Aydan Həsənova, Sübhan Rüstəmov, Elçin Əhədzadə,
həmçinin xor və balet artistləri
iştirak edirlər.
Biletləri şəhərin mərkəzləşdirilmiş
kassalarından, “ASAN xidmət”
mərkəzlərindən, eləcə də “iticket. az” saytından
əldə etmək olar.
525-ci qəzet 2025.- 28 oktyabr
(¹ 196).- S.9.