Azərbaycan Özbəkistanın milli teatrları əməkdaşlıq qurur

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə öz beynəlxalq əlaqələrini genişləndirir.

 

Oktyabrın 24-də  Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Milli Akademik Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.

 

Memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli sənətkar Yodqar Saqdıyev imzalayıblar. Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında Memorandumu teatr sənətinin gələcək inkişafı yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli əməkdaşlıq, klassik müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrininrejissor, aktyor, səhnə tərtibatçısı kostyum ustalarının ikitərəfli mübadiləsi, forum ustad dərslərinin keçirilməsini nəzərdə tutub.

 

Görüşdə müxtəlif dünya teatrları ilə müqavilələlərin imzalanması, beynəlxalq əlaqələr istiqamətində atılan addımlar teatrın prioritet istiqaməti kimi müəyyən olunub.

 

Akademik Milli Dram Teatrı artıq Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı, Belarus Yanka Kupala adına Milli Akademik Teatrı, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı, Rusiyanın Aleksandrinski teatrı ilə əməkdaşlıq memorandumları imzalayıb.

 

Səfər çərçivəsində İlham Əsgərov Azərbaycanın Özbəkistandakı fövqəladə səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüb. Səfir Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr istiqamətində atdığı addımları yüksək dəyərləndirib. Səfirə müxtəlif teatrlarla imzalanan memorandumlar haqqında ətraflı məlumat verilib Hüseyn Quliyev iki ölkə arasında mədəni əlaqələrin, o cümlədən, teatr əlaqələrinin gələcək inkişafı ilə bağlı səfirlik tərəfindən ən yüksək səviyyədə dəstək göstəriləcəyini qeyd edib.

 

Ulu Öndər Heydər Əliyevin Daşkənd şəhərində Heydər Əliyev parkında yerləşən büstü ziyarət olunub, önünə çiçək dəstələri qoyulub.

 

Daha sonra İlham Əsgərov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə görüşüb, mərkəzlə yaxından tanış olub. Görüş zamanı müzakirələr aparılıb 2026-cı ildə Mədəniyyət Mərkəzi Akademik Milli Dram Teatrı arasında müxtəlif istiqamətli maarifləndirici ustad dərslərini özündə əhatə edən tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

 

Özbəkistan Akademik Milli Dram Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanan özbək aktyorlarının ifasında tamaşa nümayiş olunub, Özbəkistan Musiqili Teatrının direktoru Əzim Mullaxanovla görüş keçirilib.

 

Daha sonra Özbəkistanın qədim şəhərlərindən olan Səmərqənd şəhərinə səfər edilib. İlham Əsgərov Səmərqənd Musiqili Dram Teatrının direktoru İsgəndər Sultanovla görüşüb, Əmir Teymurun, Özbəkistanın ilk prezidenti İslam Kərimovun Xoca Daniyarın məqbərələri ziyarət olunub.

 

Qeyd edək ki, 2026-cı ildə iki teatr arasında qarşılıqlı qastrol səfərlərinin təşkili nəzərdə tutulub.

 

525-ci qəzet  2025.- 28 oktyabr (¹ 196).- S.9.