Uşaq yazıçısı kitabxanada şagirdlərlə
görüşüb
Oktyabrın 27-də F.Köçərli adına
Respublika Uşaq Kitabxanasında Zəfər
Günü ərəfəsində
uşaq yazıçısı
Çinarə Köçərli
ilə görüş
keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət
Himni səsləndirilib,
şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə paytaxtın 232 nömrəli
məktəbin şagirdləri,
müəllimlər və
kitabxana əməkdaşları
iştirak ediblər.
Tədbirdə Çinarə Köçərlinin
üçcildlik “44 gün
Qarabağda” kitabının
3-cü hissəsi “Böyük
Qayıdış” kitabı
haqqında ətraflı
məlumat verilib, kitabla bağlı videoçarx nümayiş
etdirilib.
Yazıçı oxuculara Vətən sevgisi, igidlik və azadlıq uğrunda mübarizə kimi dəyərləri aşılamağın vacibliyindən
danışıb. Yazıçı
kitablarından seçilmiş
hekayə və şeirləri səsləndirib,
əsərlərdə təsvir
olunan tarixi məkan və abidələrin fotoları
üzərində dayanaraq
onların mənəvi
dəyərindən söz
açıb.
“Böyük Qayıdış” anlayışının
məğzini daha dərindən anlamaq üçün yazıçı
uşaqlarla interaktiv müzakirə aparıb, onların fikirlərini dinləyib. Şagirdlər
Zəfər Gününə
həsr olunmuş şeirlər səsləndirib,
Qarabağ mövzusunda
öz düşüncələrini
bölüşüblər.
Sonda iştirakçılar
Çinarə Köçərlinin
yeni nəşr olunmuş “Oyun və mən” kitabı ilə də tanış olublar. Müəllif bildirib ki, bu
kitab uşaqlara birgə oyunlar və komikslər vasitəsilə dostluq, əməkdaşlıq və
sağlam ünsiyyət
bacarıqlarını aşılamaq
məqsədi daşıyır.
Yazıçı oxucularına öz kitablarını hədiyyə
edib.
Görüş gənc nəsildə vətənpərvərlik ruhunun daha da güclənməsinə, müasir Azərbaycan ədəbiyyatına marağın artmasına və kitab oxuma vərdişlərinin təşviqinə mühüm töhfə verir.
525-ci qəzet 2025.- 28 oktyabr
(¹ 196).- S.9.