Stalindən Qorbaçova kimi...

 

KİMİNDƏ RƏĞBƏT, KİMİNDƏ HEYRƏT, KİMİNDƏ HƏSƏD, ANCAQ HAMIDA HÖRMƏT DOĞURAN FENOMEN - MİRZƏ İBRAHİMOV

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

(Əvvəli ötən sayımızda)

 

 

1930-cu ili onun həyatında dönüş ili hesab etmək olar. Həmin il “Qazılan buruqadlı ilk şeiriAprel alovlarıadlı məcmuədə çap olunur. Ümumiyyətlə isə, həyatının çox çətin keçən 19 ilindən sonra istedadlı, əməksevər, enerjili Mirzə İbrahimov üçün yeni üfüqlər açılır - uca tanrı çətinliklərin zəhmətkeşliyin müqabilində onu işıqlı günlərlə mükafatlandırır. Özü danışırmış ki, ilk şeirim çap edildikdən sonra bir neçə gecə sevincindən gözünə yuxu getməyib şair, yazıçı, publisist olmaq qərarını qətiləşdirir. Mühəndis, yaxud buruq ustası, neftçi, yoxsa  ticarətçi seçimləri arasında qalarkən hansısa daxili qüvvə ona qələmə bağlanmağı məsləhət bilir. Belə olur. Bu vaxtdan başlayaraq qüdrətli qələmi ilə 60 ildən artıq müddətdə xalqına, vətəninə sədaqətlə xidmət göstərir: “1931-ci ildə mən neft texnikumunu qurtardığım zaman artıq həyat yolumun ədəbiyyatda olduğuna inanmış, fikrim-xəyalım ədəbi yaradıcılıqda idi, şeirlər, hekayələr, oçerklər yazır, hətta böyük əsərlər haqqında düşünürdüm. Lakin hiss edirdim ki, yazıçı olmaq üçün müvafiq hazırlığım yoxdur, xüsusən sistematik ədəbi təhsilə böyük ehtiyac hiss edirdim. Axı mən hələ böyük yazıçıların çoxunun yaradıcılığı ilə tanış deyildim. Bir sözlə, təhsil mənə su hava qədər lazım idi. Buna görə həmin ildə mən Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun iki illik hazırlıq şöbəsinə daxil oldum”.

 

Onun həyat yolunu, ömrünün mərhələlərini, gördüyü işlərin keyfiyyətini, mahiyyətini diqqətlə araşdırdıqdan sonra qəti şübhə etmirəm ki, bu insan neftçi olsaydı da, öz yorulmazlığı, istedadı, fədakarlığı ilə ölkənin ən məşhur şəxsiyyətlərindən birinə çevriləcəkdi. Təsəvvür edin ki, yazıçı idi, jurnalist, Yazıçılar İttifaqının üzvü, heç kəsin tanımadığı, arıq, zəif, orada-burada kirayənişin yaşayan, evsiz-eşiksiz, ata-anasız, İrandan gəlmiş, doyunca çörək yeməyə imkanı olmayan kimsəsiz bir gəncin o çətin illərdə, senzuranın dəmir pərdələr yaratdığı, qəzet-jurnalların qapalı olduğu bir dövrdə “İnqilab mədəniyyət”, “Kommunist”, “Ədəbiyyat cəbhəsində”, “Şərq qadını”, “Gənc işçi”, “Hücumkimi nüfuzlu jurnal qəzetlərdə dalbadal yazıları çap olunmağa başladı.

 

1930-cu ilin sonlarında bu kimsəsiz, 19 yaşlı yetim oğlanı Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə (indiki AYB) üzv qəbul etdilər.

 

1932-ci ildə Mirzə İbrahimov beşilliklərin nəhəng tikintilərini sənayenin sürətli inkişafını öyrənmək üçün Ukraynaya ilk yaradıcılıq ezamiyyətinə göndərilir. Krımda, Donbas şaxtalarında Dnepropetrovsk sənaye müəssisələrində olur. Dalbadal yazdığıMədən səsləri”, “Neft”, “Dneprostroy”, “Son döyüşə”, “Qırmızı snayper”, “Zərbəçi qız”, “Şota Rustaveliyə”, “Yeraltı dünya”, “Altı nömrəli domna”,  Qaçaq”, “Qorxulu səs”, “Sənət aşiqləri”, “İran qızı”, “Həyat üçün  sair əsərləri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edir.

 

21 yaşında yorulmadan çalışan, gecə-gündüz mütaliə edən, öyrənən, usanmadan biliyini artıran Mirzə İbrahimov Yazıçılar İttifaqının Təşkilat Komitəsinin məsul katibi seçilir, eyni zamanda Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil alır. Öz zəkası, dürüstlüyü, zəhmətsevərliyi ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilməkdə  olan buİranlı yetim oğlantəhsilini davam etdirmək üçün 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Leninqraddakı (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasına göndərilir. Burada həmin kimsəsiz oğlan məhz istedadına görə dünya şöhrətli görkəmli şərqşünas alim Yevgeni Bertelsin rəğbətini qazanır, qısa müddətdə onun rəhbərliyi altında Cəlil Məmmədquluzadə haqqında namizədlik dissertasiyasını müdafiə edir.

 

    

 

Yeddi ildə Sabunçu vağzalından Kremlə

 

 

 

Aspiranturanı bitirib 1937-ci ildə Bakıya qayıdan Mirzə İbrahimov odun içinə düşür. Düşünən başların qənimi olan repressiyanın qılıncı onun ətrafında da fırlanır. İki dəfə onuKQB”yə çağırırlar. Özünümü, əqidəsinimi, xalqınımı, böyük ümidlərinimi qorumalı olduğunu dəqiqləşdirməmiş onu M.F.Axundov adına Azərbaycan Dövlət Opera Balet Teatrına direktor təyin edirlər. Balet haqqında təsəvvürləri Leninqradda gördüyü bir-iki tamaşa ilə məhdudlaşan böyük şəxsiyyət bu təyinata etirazın mənasız olduğunu axıra qədər başa düşməmiş onu Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsinə göndərirlər.

 

 

 

Bu təyinatdan iki ay sonra Moskvada Azərbaycan dekadası keçiriləcəkdi. Bütün məsuliyyət, necə deyərlər, yük Mirzə İbrahimovun boynuna qoyulur. O, qısa müddətdə bu ağır, həm repressiya ilində keçirildiyinə görə olduqca məsuliyyətli işin öhdəsindən böyük məharətlə gəlir. Stalinin qarşısında hesabat vermək, üstəlik, Mircəfər Bağırovu da razı salmaq, həm ilk dəfə keçirilən Azərbaycan dekadasında respublikanı ləyaqətlə təmsil etmək heç sadə məsələ deyildi. Proqramın tərtib olunmasından nümayəndələrin seçilməsinə, çıxışların hazırlanmasına kimi gərgin bir rejimdə çalışan Mirzə İbrahimovun bütün potensialı üzə çıxır, onun yüksək təşkilatçılıq qabiliyyəti, insanları mobilləşdirmək, ruhlandırmaq bacarıqları hamını heyran edir.

 

Gecə yarısına kimi davam edən yorucu məşqlərin ağrısına, yüzlərlə müxtəlif təkliflərə, mane olmaq istəyən qüvvələrə, paxıllıq edənlərə, bütün problemlərə baxmayaraq, Moskvada keçirilən birinci Azərbaycan incəsənəti dekadası müvəffəqiyyətlə baş tutdu. Digər müttəfiq respublikalardan öz əzəməti, möhtəşəmliyi ilə seçilən Azərbaycan dekadasının təşkilati işlərinə heyrətini gizlətməyən Stalin Mirzə İbrahimovu Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi. Bu, o dövrdə çox böyük bir hadisə idi, indi ABŞ prezidenti hər hansı Azərbaycan məmurunu ölkəsinin ən yüksək mükafatı ilə təltif etsə, onun qədər təəccüblü görünməz, digər tərəfdən hadisənin qəhrəmanının acından ölməmək üçün 19 yaşına kimi Sabunçu dəmiryol vağzalında su satan 26 yaşlı Mirzə İbrahimovun olması möhtəşəm bir heyrət doğururdu...

 

Qanlı-qadalı 1937-ci ildə belə yüksək nüfuz qazanması Mirzə İbrahimova imkan verirdi ki, xalqın istedadlı, tanınan insanlarına kömək əli uzatsın. Mənbələrdən məlum olur ki, həmin çətin, bir cümlənin insan taleyində, o cümlədən həmin cümləni deyən şəxsin həyatında həlledici rol oynadığı sınaq illərində o, ayrı-ayrı insanlara, Üzeyir Hacıbəyova, Səməd Vurğuna, Heydər Hüseynova, Fatma Qədriyə, Mirzəağa Əliyevə, Abdulla Şaiqə, Möhsün Sənaniyə digər onlarla tanınmış şəxsiyyətə cəsarətlə kömək əlini uzatmışdır. Dövrün böyük sənətkarı olan Xalq artisti Fatma Qədri xatirələrində yazır ki, 37-ci ildə məni işdən çıxarmışdılar, heç kim qorxusundan salamımı da almırdı. Pis zəmanə idi. Hansı tanışıma, dostuma rast gəlirdimsə, üzünü yana çevirirdi. Ancaq bir gün küçədə Mirzə İbrahimovla rastlaşdım. O, heç nədən çəkinmədi, məni yanına çağırdı, halımı soruşdu, vəziyyətimi öyrənəndən sonra kömək əlini uzatdı, beləliklə, Dram Teatrına qayıtdım.

 

Belə xatirələr göstərir ki, onun vətəndaşlıq mövqeyi, insanlıq duyğuları çox yüksək olub. Ancaq bununla bərabər, Mirzə İbrahimov həm çox cəsarətli, ürəkli insan kimi tanınır. 1937-ci ilin qılıncı qınına qoyulmamış Mərkəzi Komitədə iclas vaxtı ən məşhur şəxsiyyətləri qurban verərək özünü xilas etmək yolunu tutmuş Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Ağzından qan iyi gələn rəhbərin sözünün qabağında söz demək yox, hətta yerində qurcalanmaq da təhlükəli olduğu bir məqamda Mirzə İbrahimov etiraz edib:

 

- Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğluoperasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqifdramını yazıb.

 

Xalq arasındaMirqəzəbləqəbi ilə tanınan Bağırov əsəbləşir:

 

- Əyləş, sən onların tayısan!

 

Mirzə müəllim ayağa qalxıb qapını çırparaq gedir:

 

- Əgər mən xalq düşməniyəmsə, onda burada işim var?

 

Adi sıravi məmura etiraz etməyin mümkün olmadığı bir zamanda əlində külli-ixtiyar olan ölkə başçısına belə cəsarətlə fikir söyləmək Səməd Vurğunu da, Üzeyir Hacıbəyovu da, Mirzə İbrahimovu da əlli-ayaqlı apara bilərdi, ancaq onların xilas şansını da yarada bilərdi. O cüzi şansa istinad edərək həm sözünü deyən, həm etiraz əlaməti kimi qapını çırpıb gedən Mirzə müəllim ölümünü gözünün qabağına gətirsə , qeyrəti, əqidəsi daha güclü çıxmışdı, bu isə sonralar Mir Cəfər Bağırovu dediyi fikirlərlə bağlı tərəddüdlərə gətirib çıxarmışdı.

 

Bu hadisədən bir müddət sonra görüş zamanı Bağırov öz kabinetində hamıyla əllə görüşür, Səməd Vurğuna əl uzatmır, ona deyir ki, get, sənin əllərin qanlıdır. Səməd kabinetdən çox pərt vəziyyətdə çıxır. Bir gün sonra  Mirzə İbrahimovu çağırtdırıb  ondan Səməd haqqında soruşur ki, o, necə adamdır, əqidəsi necədir?  Mirzə müəllim xatirələrində yazır ki, dedim, “yoldaş Bağırov, Səməd Vurğun böyük şairdir, onun haqqında hər şayiəyə inanmayın!” O isə mənə baxmadan: “Axı, onun haqqında podvalda yatanlar donos veriblər”. “İnanmayın, yoldaş Bağırov! Səməd elə bir istedaddır ki, Azərbaycan xalqı bir bu nəhənglikdə sənətkar yetirməz” - dedim. Ondan sonra Səməd Vurğuna münasibət bir qədər yumşalmağa başladı...

 

1990-cı ildə Mirzə İbrahimova zəng edirlər ki, bütün tanınmış insanlar, alimlər, şairlər, yazıçılar Yanvar faciəsinə görə Kommunist partiyası biletindən imtina edirlər, Siz bu cərgəyə qoşulun. Mirzə İbrahimov etiraz edir. Əl çəkməyən cavanlar bilirlər ki, Mirzə müəllimin ən zəhləsi gedən şey rüşvətdir, ömrü boyu onunla mübarizə aparıb. Deyirlər ki, bu rüşvətxor partiyadan hamı çıxır, Siz niyə etiraz edirsiniz. Deyir ki, “ay bala, Seyid HüseyninDaxiliyyə naziriadlı bir hekayəsi var, orada müəllim nazirə deyir ki,  ölkədə pristav da, qubernator da rüşvət alır, buna bir çarə edin . Nazir isə cavab verir ki, burada qeyri-adi bir şey yoxdur, onlar rüşvət almasaydı, onda qəribə olardı. İndiki kommunistlər rüşvət almasaydı, qəribə olardı. Mənim bu partiyaya daxil olduğum dövrdə rüşvət-filan yox idi. İnsanlar səmimi əqidəsinə görə, inamına görə kommunist olurdu. Mənim 79 yaşım var, az qala 60 ildir bu partiyanın üzvüyəm. İndi gedib başqa partiyaya daxil ola bilmərəm. Mən əvvəlki partiyanın üzvü kimi qalmaq istəyirəm”.

 

 

 

Belə bir vaxtda da Mirzə İbrahimov bütöv bir şəxsiyyət olduğunu, gündə bir partiya dəyişmədiyini, əqidəsindən, məramından dönmədiyini sübut etdi.

 

Özü xatirələrində yazır ki, “1937-ci ildə ölkənin bütün tanınmış ziyalıları, mədəniyyət incəsənət xadimləri hədəfdə idi. Bir dəfə Xalq artisti Mirzəağa Əliyev yanıma gəldi. Gördüm ki, çox pərişandır. Dedi ki, ay Mirzə müəllim, mənixalq düşməniadı ilə işdən çıxardıblar, hansısa bir səyyar teatra göndərmək istəyirlər. Sonra da olacaq, Allah bilir. Mirzəağa Əliyev barədə lazımi idarələrlə danışdım, onun böyük aktyor olduğunu, Azərbaycan səhnəsinin bir ona bənzər aktyor yetirməyəcəyini söylədim deyəsən, inandılar mənə. Möhsün Sənaninin başına da belə bir oyun açmışdılar. Bir gün Gəncədə, “Sərdar bağı”nda gəzəndə İran konsulu girib qoluna. Bunu o dəqiqə DTK-ya çatdırıblar ki, Möhsün İranın agentidir. Gəldi yanıma. Bəzi adamları böyük çətinliklə inandıra bildim ki, bu adam agent deyil, çox yaxşı aktyordur. Nəhayət, Möhsün Sənaninin canını o xatadan qurtara bildim”.

 

 

 

Cənubdan cənuba

 

 

 

Onun həyatının bütün mərhələləri mübarizələrdə, çətin sınaqlarda,  sözün həqiqi məcazi mənasında döyüş meydanlarında keçmişdir. İkinci Dünya müharibəsi dövrü böyük şəxsiyyətin ömrünün çətin mərhələsidir. Müharibənin ağır sınaq illərində qələmini süngü ilə yanaşı tutan Mirzə İbrahimov dinclik bilmədən çalışır: oçerk publisist yazılarında, şeir hekayələrində, irihəcmli əsərlərində, istərsə neft mədənlərində, fabrik-zavodlarda, kəndlərdə hərbi hissələrdə odlu-alovlu çıxışları, təsirli sözləri ilə humanizm, qələbəyə inam, düşmənə nifrət qəzəb hissi aşılayırdı. Bununla yanaşı, qaynar ictimai fəaliyyəti davam edirdi. 1941-ci ildə ordu sıralarında Cənubi Azərbaycanda olan Mirzə İbrahimov “Vətən yolundaqəzetinin məsul redaktoru vəzifəsində işləyirdi. Burada xatirələr, şeirlər, publisist məqalələr yazır, irihəcmli əsərlərə material toplayırdı.

 

Tarixdən məlum olan Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli hökumətin yaradılmasında, ayrı-ayrı şəhərlərdə Azərbaycan Demokrat Partiyasının özək təşkilatlarının təsis edilməsində, inqilabi şəraitin yetişdirilməsində, son 200 il ərzində Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşdirilməsi istiqamətində ən real vəziyyətin hazırlanmasında Mirzə İbrahimovun müstəsna xidmətləri olmuşdur.

 

Bildiyimiz kimi, Tehran konfransına istinad edərək, əslində isə ərazisinə əhalisinə görə gürcüləri erməniləri bir neçə dəfə üstələyəcək Azərbaycanın bütövlüyünü qəbul etməyən bu birləşməyə mane olan Stalin-Mikoyan cütlüyü sonralar bu hərəkatın qarşısını zorla aldırdı. Ancaq 1941-ci ildə  Azərbaycan Kommunist Partiyası MK-nın katibi Əziz Əliyevin rəhbərliyi ilə həmin məqsədlə İrana göndərilən xüsusi qrupda Xalq yazıçısı Süleyman Rəhimov, maarif naziri Mustafa Quliyev başqaları ilə bərabər, Mirzə İbrahimovun da olduğu tarixi faktdır. Yeri gəlmişkən bir məqamı da qeyd etmək istəyirəm ki, Xalq yazıçısı Anar xatırlayır: “60-cı illərdə biz ədəbiyyata yeni gələndə Mirzə İbrahimov Yazıçılar Birliyinin sədri idi, rəsmi statusu olsa da, gənc yazıçılarla görüşdə açıq dedi: “Siz cavan nəsilsiniz, heç zaman Cənubi Azərbaycan məsələsini unutmayın. Vahid Azərbaycan idealını qoruyun!” O vaxt belə danışmaq böyük cəsarət tələb edirdi, ancaq Mirzə müəllim heç nədən çəkinmədi, ürəyinin ən böyük arzusunu bizə çatdırdı”.

 

 

 

Dil - varlığımızdır bizim

 

 

 

Bu yazıda əsasən böyük şəxsiyyətin milli dəyərlərimizin qorunması uğrunda yorulmaz fəaliyyəti, vətənpərvər ziyalı ömrü haqda fikirlərin yer alması nəzərdə tutulduğu üçün həyatının bütün mərhələləri barədə yazılmayacaqdır. Lakin qeyd etməyi borc bilirəm ki, bu insan bütünqaynar nöqtələrdəbirinci sırada olmuşdur.

 

İrandan qayıdan kimi Uzaq Şərqdə - Xabarovsk, Vladivostok, Birobican sair hərbi dairələrdə olmuş, Azərbaycanın 416-cı diviziyasının döyüş yolunu öyrənmiş, cəbhəyə yola düşməyə hazırlaşan döyüşçülərlə görüşlər keçirmişdir. 40-cı illər onun həyatında çox gərgin, eyni zamanda məhsuldar sınaqlarla dolu keçmişdir. Həmin illərlə bağlı onun cəmiyyətdəki mövqeyinə, nüfuzuna dəlalət bircə faktı qeyd etmək istəyirəm ki, 1948-ci il noyabrın 23-də dahi Üzeyir Hacıbəyov vəfat edəndə 37 yaşlı Mirzə İbrahimov Mircəfər  Bağırovun Sərəncamı ilə dəfn komissiyasının sədri olmuşdur.

 

Xalqımızın həyatında oynadığı əvəzsiz rolu illərə bölüb kiçiltmək istəmirəm, bütöv şəxsiyyətin ömrü boyu göstərdiyi xidmətlərin vəhdəti onu tariximizin nəhəng şəxsiyyəti kimi səciyyələndirir. Lakin Mirzə İbrahimovun 1956-cı ildə edə bildikləri, xalq olaraq bizim milli kimliyimizin təqdimatı kimi olduqca dəyərlidir bu faktın üzərində xüsusi dayanmaq istəyirəm.

 

1956-cı ildə Azərbaycan konstitusiyasına ilk dəfə olaraq dövlət dili haqqında maddə daxil edildi. Məsələnin mahiyyətini o illəri yaşamayan gənc oxucularımız daha yaxşı başa düşsün deyə qeyd edirəm ki, SSRİ müttəfiq respublikalarının (Gürcüstan Ermənistan istisna olmaqla), o cümlədən sosialist ölkələri birliyini təşkil edən ölkələrin (Albaniyadan,  Vyetnamdan,  Çindən Polşaya kimi - on bir ölkənin) heç birinin konstitusiyalarına dövlət dili haqqında maddə daxil edilməmişdi. Səbəb aydın idi - rus dilinin bütün bu ölkələrdə hakim dil olmasını təmin etmək lazım idi. Azərbaycanda konstitusiyaya dövlət dili haqqında maddə daxil edilməsi sovet dövlətçiliyində nümunəsi görünməmiş bir hadisə idi.   Konstitusiyaya dövlət dili barəsində maddə daxil edilməsi haqqında qanunun qəbul edildiyi dövrdə Azərbaycan dili nəinki dövlət idarələrindən tamamilə sıxışdırılıb çıxarılmışdı, hətta bəzi poçt şöbələrində Azərbaycan dilində teleqramlar qəbul edilmirdi, bəzi müəssisələrdə işçilərin Azərbaycan dilində yazdıqları ərizələr onlara qaytarılırdı.

 

Qanunun yaranması prosesi isə 1956-cı il iyulun əvvəllərində Mirzə İbrahimovun Rəyasət Heyətindəki kabinetində İmam Mustafayevlə söhbətindən başlamışdı. Respublika rəhbəri onunla razılaşmış, MK-ya yazılı məlumat göndərmək təklifinəşifahi müzakirə edərik” - deyə cavab vermişdi. Məsələ büroda şifahi tərzdə müzakirə olunduqdan sonra Mirzə İbrahimova SSRİ Ali Sovetinin Rəyasət Heyəti ilə danışıq aparmaq tapşırılmışdı. Tarixin mürəkkəb məqamlarında həmişə olduğu kimi, yenə şəxsiyyətin rolu hərəkətverici qüvvə olmuşdu. Ötən dövrlərdə yazılan bir məqalədə qeyd etmişəm ki, partiya orqanlarının həm qanunverici, həm icra orqanlarına rəhbərlik etdiyi  buna müvafiq olaraq respublikada bütün işlər üçün cavabdeh olduğu nəzərə alınarsa, onda Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevin Mirzə İbrahimovla birlikdə həmin tarixi missiyanı həyata keçirməsi ilə öz üzərinə daha böyük məsuliyyət götürdüyü aydın olar.

 

1956-cı il iyul ayının 17-də Mirzə İbrahimov Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Yefremoviç Voroşilovla məsələni şifahi, heç bir yazılı sənəd olmadan (!!!) razılaşdırmışdı. Bakıya qayıdandan sonra, iyulun 20-də Azərbaycan KP MK-ya məktub göndərərək (məktub Azərbaycan dilində yazılmışdı), məsələnin şərhindən sonra yazırdı: “Respublikanın dövlət dili haqqında Azərbaycan KP MK Bürosunun qərar layihəsini müzakirənizə təqdim edirəm. Konstitusiyaya ediləcək əlavəni Azərbaycan SSR Ali Sovetinin bu il avqustun 15-də çağırılan sessiyasının müzakirəsinə verməyi məsləhət görürəm”. İyulun 24-də Azərbaycan KP MK bürosuAzərbaycan SSR konstitusiyasına dövlət dili barəsində maddə əlavə edilməsi haqqındaqərar qəbul edir avqustun 3-də qərardan çıxarış Ali Sovetin Rəyasət Heyətinə göndərilir. Sessiya nəzərdə tutulduğu kimi, avqustun 15-də yox, 21-də çağırılır Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR-in Dövlət dili barəsində maddə əlavə edilməsi haqqında qanunqəbul edilir.

 

Həmin qanunla Azərbaycan SSR konstitusiyasının XIII fəsliDövlət dili, gerb, bayraq, paytaxtadlandırılaraq, ona 151-ci maddə əlavə olundu:

 

Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir.

 

Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək işlətmək hüququ təmin edilir”.

 

1956-cı il oktyabrın 28-də “Kommunistqəzetində Mirzə İbrahimovunAzərbaycan dili dövlət idarələrindəadlı məqaləsi dərc olundu. Dövlət sənədi siqlətində olan bu məqalədə görkəmli şəxsiyyət yazırdı: “Bəzi idarələrdə bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da tamamilə cavabsız buraxan bürokratlar da tapılır. Belə bürokratlarla mübarizə bütün partiya sovet təşkilatlarının, bütün vətəndaşların borcudur. Respublikanın dövlət, partiya ictimai təşkilatlarında Azərbaycan dilinə etinasızlıq göstərən şəxslər kobud səhvə yol verirlər”.

 

Onun gəldiyi nəticə bu idi ki, “Respublikanın dövlət idarələrində ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Sovet quruculuğunda bu, hər bir xalqın pozulmaz hüququdur. Bu hüquqa hörmət etmək hamının vətəndaşlıq borcudur”.

 

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, həmin dövrdə rus dilində danışmaq bir üstünlük, şərəf ziyalılıqhesab edilirdi. Bəzi insanlar öz doğma dillərində danışmaq istəmir, bəziləri isə heç danışa da bilmirdi. Ucqar kəndlərdə belə kolxoz iclaslarının rus dilində aparıldığı həmin illərdə  bəstəkarlarla görüş zamanı Qara Qarayevə söz verilir. Mərkəzi Komitənin Birinci katibi (o dövrdə de-fakto ölkənin başçısı) İmam Mustafayevin iştirak etdiyi rəsmi tədbirdə bütün məruzəçilər Azərbaycan dilində danışdığı üçün bu dili bilməyən Qara Qarayev utanır, sıxılır İmam Mustafayevə müraciət edir ki, Azərbaycan dilində danışmaq mənim üçün çətindir, icazə verin rus dilində danışım.  Respublikanın rəhbəri cavab verir ki, Sizin üçün hansı dildə danışmaq rahatdırsa, həmin dildə danışın. Onun rus dilində danışması məsul şəxs kimi rəyasət heyətində əyləşən Mirzə İbrahimovda böyük hiddət doğurur o, hiddətini gizlədə bilməyərək bərkdən deyir:

 

- Bu necə bəstəkardır ki, öz ana dilini bilmir?!

 

50-ci illəri belə məsələlərdə sərt güzəştsiz mövqeyi olan Mirzə İbrahimovun həyatının fəaliyyətinin ən məhsuldar qızıl dövrü kimi səciyyələndirmək olar. Yazıçı Nahid Hacızadə yazırdı: “O zaman Mirzə İbrahimov sözün əsl mənasında xalqın sevimlisinə, ümid yerinə çevrilmişdi. Böyük ədib Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin sədri kimi çox böyük işlər apardığına görə ümumxalq sevgisi qazanmışdı. Həmin illər yaddaşlarda özünəqayıdış milli oyanış illəri kimi qaldı”.

 

1957-ci ildə dünya şöhrətli Türk şairi Nazim Hikmətin Bakıya gəlişi zamanı respublika ictimaiyyəti ilə görüşlərinin əksəriyyətində onu Mirzə İbrahimov müşayiət edirdi. Nazim Hikmət indiki Bakı Dövlət Universitetində tələbələrlə görüşünə Mirzə İbrahimovla gəlir. Məhz bu görüşün Azərbaycan ədəbi mühitinə təsiri ilə bağlı çoxlu fikirlər vardır. Universitetdə divarlara vurulmuş lövhələrin heç birində rus dilində yazılmış elanlara rast gəlmək mümkün deyildi. Bununla da tələbələr Nazim Hikmət Mirzə İbrahimova “Biz sizin yolunuzu tutmuşuq”, - mesajını verirdilər. Görüş ərəfəsində bir tələbənin Nazim HikmətəƏgər bir azərbaycanlı özgə dildə oxuyub, özgə dildə düşünüb, özgə dildə yazarsa, onu azərbaycanlı adlandırmaq olarmı?”, - sualına Nazim HikmətƏgər bir adam Çin dilində təhsil alırsa, fikri, düşüncəsi çinli kimi qurulubsa, onu Çin mütəxəssisi hesab etmək olar. Öz ölkəsinə, xalqına onun o qədər dəxli yoxdur”, - diplomatik cavabını verir. Lakin Mirzə İbrahimovun cavabı aydın çox kəskin olur: Gözlənilməz halda Mirzə İbrahimov ayağa qalxıb: “Belələri əclafdır!”, - deyə qışqırdı. Milli məsələdən, dildən, dilə münasibətdən söhbət düşəndə o, məhvərindən çıxırdı, çox qəzəbli olurdu.

 

Şahidlər danışırdılar ki, əllər göyərçin kimi çırpındı, alqış səslərindən zal birdən-birə necə kükrədi, necə coşdu! Əslində isə Mirzə İbrahimovun bu qəzəbi, sadəcə, tələbənin sualına deyildi, həmin illərdə onun Azərbaycan dili uğrunda mübarizəsinə qarşı çıxan milli qeyri-milli “opponentlərinəqarşı idi. Mirzə İbrahimov bu zaman gənclər arasında çox məşhur idi.

 

(Ardı var)

 

525-ci qəzet  2025.- 29 oktyabr (¹197).- S.12-13.