Kökə qayıdış

 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

 

Qarabağın cənnət guşələrindən biri - Xankəndidə 19-20 oktyabr 2025-ci il tarixdə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi. İraq-Azərbaycan Türkman varlığı barədə akademik Rafael Hüseynov, mənim dissertantım, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev mən məruzə etdik. “Kökə qayıdışadlı məruzəmin mətnini oxuculara təqdim edirəm.

 

İraq-Azərbaycan Türkman varlığı lap qədim dövrlərə dayanır. Təkcə onu demək kifayətdir ki, VIII əsrin ortalarında Bağdadda Azərbaycan türkmanlarının məhəlləsi vardı. Şübhəsiz ki, burada siyasi məqsədlər böyük rol oynayırdı. Xəlifələr ərəblərin üsyan iğtişaşlarının qarşısını almaq    təhlükəsizliyi təmin etmək üçün türkmanlara arxalanır, onlara xüsusi qayğı göstərirdilər. Biz tarixin o dövrünə nəzər salmadan Hülaku Xanın Bağdadı tutduğu 500 ildən artıq hökm sürən Abbasilər sülaləsinə son qoyduğu 1258-ci ildən sonrakı olaylardan söz açacağıq.

 

Onu da deyək ki, Hülaku Xanın Bağdadı istila edib xilafətə son qoymasında, Bağdad ətraf şəhərlərin Azərbaycanın əyalətinə çevrilməsində ərəblər Hülaku xanın müşaviri Nəsirəddin Tusini günahlandırırdılar onu heç vaxt bağışlamadılar. 1274-cü ildə Bağdadda vəfat edən böyük alimin harada dəfn olunduğunu gizlədirdilər.

 

Sən demə, alimin məzarı Bağdadda Museyi Kazım Cümə Məscidində, Museyi Kazımın məzarının sağ tərəfində, qadınlar üçün ayrılmış cinahda imiş. Bunu mən 2001-ci ildə 15 yaşlı oğlumu Müqəddəs yerlərə aparanda bir təsadüf nəticəsində tapdım.

 

Mətləbdən uzaqlaşmayaq.

 

İraqda Azərbaycan-türkman varlığı aşağıdakı dövrləri əhatə etmişdir.

 

Elxanilər dönəmi - 1258-1344

 

Cəlayirlər dönəmi - 1344-1411

 

Qaraqoyunlular dönəmi - 1411-1468

 

Ağqoyunlular dönəmi - 1467-1508

 

Səfəvilər dönəmi - 1508-1534.

 

Göründüyü kimi, Bağdad vilayətində yaşayan soydaşlarımızla bir bayraq altında birləşmişdik. Hətta Uzun Həsənin vaxtında ölkənin paytaxtı yayda Təbriz, qışda Bağdad olmuşdu.

 

Lakin 1534-1918-ci illər arası Bağdad  vilayəti Osmanlıların təbəəliyinə keçdi. Doğrudur, Şah Abbasın Nadir Şahın vaxtında Bağdad ətraf şəhərlər gah Osmanlı türklərinin, gah da Azərbaycan türklərinin hakimiyyəti altında olmuşdur. Lakin 1747-ci ildə Nadir Şahın ölümündən sonraMüasir İraqın dörd əsriadlı kitabın müəllifi Stefan Longriq Hemslinin təbirincə desək, “Bağdad birdəfəlik xan itirib başa qazandı. Bundan sonra İraqla əlaqələrimiz kəsilmək dərəcəsinə çatdı”.

 

Ara kəsiləndən sonra soydaşlarımız ayrılığın ağrı-acısının əlacını həsrət nəğmələrində tapdılar:

 

Əslim qarabağlıdı,

 

Sinəm çarpaz dağlıdı,

 

Kəsilib gəlib-gedən

 

Demə yollar bağlıdı.

 

    

 

Bağdad yolu Gəncədi,

 

Gülü pəncə-pəncədi

 

Demə sizdən irağıq

 

Məhəbbət ölüncədi.

 

    

 

Hər aylar;

 

Hər həftələr, hər aylar

 

Qul qardaşım Bağdaddan

 

Gəncə deyib haraylar.

 

    

 

Eysim qərib;

 

Eysim, yoldaşım qərib.

 

Bilmirəm haralıyam

 

Torpağım-daşım qərib.

 

Yuxarıdakı bayatı-xoyratlardan da göründüyü kimi, kəsilən yollar, ayrılığıa gətirib çıxaran illər bu elatın dilinə təsir edə bilmişdir.

 

Bu münasibətlə kərküklü tədqiqatçı Səid Irmaq yazmışdır:

 

Vətən torpağı kiçilib-genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, tarixi təhrif edilə bilər. Hətta şan şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər, lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir (“Qardaşlıq”, ¹5, Bağdad, 1962)”.

 

 

 

O vaxtdan ədəbi dil osmanlı türkcəsi qəbul olunsa da, danışıq dili Azərbaycan dilini təmsil edir. Xalq dil məsələsindəki qətiyyətini bayatılarda bəyan edir:

 

Dilim-dilim;

 

Kəs qovun dilim-dilim

 

Mən dilimnən vaz keçməm

 

Olursam dilim-dilim.

 

Biz bütün bunlardan xəbərsiz idik. İ.V.Stalinin ölümündən (1953) sonra Sovet İttifaqında ab-havanın yumşaldığı keçən əsrin 60-cı illərində xəbər tutduq.

 

İraqa gediş-gəliş başlayandan sonra məlum oldu ki, İraqda Türkman adlanan, azərbaycanca danışan, dilini, adət-ənənəsini, folklorunu, ədəbiyyatını qoruyan elat vardır. Rəsul RzanınUzaq ellərin yaxın töhfələri”, Xalq şairi ilə birgə çap etdiyimizKərkük bayatılar” (1968), mənim “Elm həyatdərgisində çap olunan “İraq azəriləri” (1967), “Ulduzjurnalında işıq üzü görənKərkük şairləri” (1968), kərküklü Sinan Səid Nərminə Məmmədovanın birgə oxuduqları Kərkük mahnıları ölkəmizdə görünməmiş marağa səbəb oldu.

 

O da məlum oldu ki, keçən əsrin 60-cı illərindən başlamış, dil birliyimizdən, kök birliyimizdən, milli kimliyimizdən, eyni mili-mənəvi dəyərlərin daşıyıcısı olduğumuzdan söz açan ilk İraq Türkman alimi Əta Tərzibaşı olmuşdur. O, dil birliyimizdən danışarkən yazır: “Kərkük ləhcəsi ilə azəri dili əkizdir”. Tədqiqatçı xalq havalarından “Yar bizə qonaq gələcək”, “Ay qız mənə bax, bax”, “Ay qız, heyranın ollam”, “Qalanın dibində bir daş olaydım”, “Bu xal xaldır”, “Samovar almışam, silənim yoxdu  s. Bir çox havaların  müştərək olduğunu göstərmişdir. Xoyrat, mani bayatılardan danışarkən burada da şərik olduğumuzdan söz açır: Bizim xoyrat manilərimizin ən yaxın olanı mühəqqəq ki azəri olanlardır. Əskilər sözlərindən danışarkən burada da ortaq olduğumuzdan söz açır.

 

Əta Tərzibaşının qənaətini aşağıdakı dillər əzbəri olan atalar sözləri ilə işlənən bayatılar da təsdiqləyir.

 

Necə dağlar;

 

Qarşıda necə dağlar.

 

Yetim yanağı bilir

 

Göz yaşı necə dağlar.

 

    

 

Bir daş atar;

 

Bir kirəc, bir daş atar.

 

Tərəzin əyiləndə

 

Hər gələn bir daş atar.

 

    

 

Arzular gedər;

 

Qəmbər, Arzular gedər.

 

Bəsləmə yad ördəyin

 

Vətən arzular gedər.

 

    

 

Əkmə bitməyən yerə

 

Can ver itməyən yerə.

 

Ayaqlar necə varsın

 

Könül getməyən yerə.

 

Fikir verin, bu xoyratlarda Azərbaycan dilində olmayana bir söz belə yoxdur. O da təsadüfi deyil ki, Azərbaycanda Kərkük bayatıları ilə ürəyə məlhəm olan mahnılar bəstələnmişdir.

 

İraq türkman folklorşünaslıq ədəbiyyatşünaslıq məktəbinin banisi Əta Tərzibaşının bütün əsərlərini ölkəmizdə çap etmişik: “Kərkük bayatıları”, “Kərkük havaları”, “Kərkük əskilər sözü s. Azərbaycanda sevildi hadisəyə çevrildi. Tədqiqatçının milli birliyimizdən bəhs edən əsərləri fəaliyyəti Azərbaycanda yüksək qiymətləndirildi. Azərbaycan Sovet Ensiklopediyasında haqqında oçerk verildi (ACE, IX cild, 1986, s.257). Əta Tərzibaşı, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi. İraqda da Azərbaycanla bağlı onlarla kitab çıxıb. O kitabları Mədəniyyət Nazirliyində “İraq Türkman Departamentinin rəisi Ə.Bəndəroğlu çap etdirdi.

 

Ədəbi elmi əlaqələrimiz yolunda böyük xidmətlər göstərən Əbdüllətif Bəndəroğluna da Azərbaycan Sovet Ensiklopediyasında oçerk həsr olunub (ACE, IV cild, 1980, s.126).

 

Ə.Bəndəroğlu da Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

 

Deyirlər, dağlar zirvələri ilə xalqlar şəxsiyyətləri ilə tanınır. İki dahi şəxsiyyət Heydər Əliyev İhsan Doğramacının dostluğu Azərbaycan-İraq türkman ədəbi-mədəni, elmi əlaqələrinə təkan verdi. Ulu öndərimiz Heydər Əliyev İhsan Doğramacının 80 illik yubileyini Azərbaycanda 1995-ci ildə təntənəli şəkildə keçirdi. İçərişəhərdə AMEA ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində “İraq Türkman Muzeyiyaratmışdım. İhsan Doğramacı, həyat yoldaşı Ayser xanım, oğlu, professor Əli Doğramacı, Türkiyədən gələn heyət, Azərbaycan tərəfdən Arif Paşayev, Fatma Abdulla, mədəniyyət naziri Polad Bülbüloğlu başqaları yaratdığım muzeyə gəldilər. Mədəniyyət Nazirliyinin köməyi ilə tədbir hazırlanmışdı. Kərkük mahnıları oxundu. İhsan Doğramacının sevincinin həddi-hüdudu yox idi. “İraq-Türkman Muzeyiüçün Folklor Elm Mərkəzində yer azlıq edirdi. İhsan Doğramacının xahişi ilə Azərbaycan Ədəbiyyatı Muzeyində “İraq Türkman ekspozisiyasıyaradıldı. Təəssüf ki, muzeyin təmirindən sonra “İraq türkman ekspozisiyasıbərpa olunmadı. İraqda soydaşlarımız açıqca narazılıqlarını bildirdilər.

 

Bu günlərdə akademik Rafael Hüseynov mənə dedi ki, bu il ekspozisiya bərpa olunacaq.

 

Yuxarıda dediyimiz kimi, ədəbi əlaqələrimizə Ulu öndərlə İhsan Doğramacının dostluğu inanılmaz təkan verdi. İhsan Doğramacının xahişi ilə Ulu öndərimiz “İraq türkmanlarının İstanbulda çıxanQardaşlıqdərgisinə verdiyi müsahibədə dedi: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan İraq türkmanları bir bütövün parçalarıdır” (bax: “Qardaşlıq”, ¹8, 2000, s.4).

 

Maraqlıdır ki, Ulu öndərin bu tarixi kəlamından sonra iraqlı soydaşlarımız yazdılar: “Azərbaycan xalqı ilə İraq türkmanları ayrılmaz bir bütündür”. İnanılası deyil, Azərbaycanı görmədən iraqlı soydaşlarımız Fövzi Əkrəm, Faruk Köprülü Sabir DəmirçiAzərbaycan dastanı”, Faruk Köprülü isəKərkükdən Bakıya şahin uçurtdumpoemasını yazmışdır. Ə.Bəndəroğlu lap cavanlığındaBakıya həsrətşeirini yazmışdı. Bəndəroğlu o həsrəti dəfələrlə Azərbaycanda olandan sonra da yaşadı.

 

Yaşar könlüm;

 

Qəm içər, yaşar könlüm.

 

Bağdadda bir ah çəkər

 

Bakıda yaşar könlüm.

 

İraqdakı soydaşlarımızın görkəmli qadın şairi Nəsrin Ərbil Azərbaycanı görmədən yazmışdır:

 

Dilimsən,

 

Qonuşduğum dilimsən.

 

Kərküküm sən, Bakıdan

 

Bölünmüş bir dilimsən.

 

Ədəbi əlaqələrin nəticəsində indi 20 kərküklü şair ədəbiyyatşünas alim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıçılar Birliyində İraq türkman ədəbiyatı üzrə mən müşavirəm.

 

İraq türkman ədəbiyyatından 2 dissertantım - Səkinə Qaybalıyeva Orxan İsayev uğurla dissertasiya müdafiə edib.

 

Dissertantım Ülkər Dadaşova isə İraq türkman folklorundan müdafiəyə hazırlaşır.

 

Bir vaxt var idi iraqlı soydaşlarımızı Ə.Bəndəroğlu, Mövlud Taha Qayaçı Nəsrin Ərbili ölkəmizə qonaq kimi mən dəvət edirdim. Müstəqilliyimiz sayəsində indi onlar Azərbaycana doğma evlərinə gələn kimi gəlirlər. Hər il İraq türkmanları ilə bağlı konfranslar keçirilir. Konfranslara 20-30 nəfər soydaşımız gəlir.

 

Əbdüllətif Bəndəroğlu BDU-nun, Şəmsəddin Kuzəçi AMEA-nın Ədəbiyyat İnstitutunun Fəxri doktorudur. İraqlı soydaşlarımız Azərbaycan Yazıçılar İttifaqının qurultaylarına dəvət olunurlar.

 

Ən əlamətdar hadisələrdən biri AMEA Rəyasət Heyətinin iclasında İraq Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradılması barədə qərarı oldu.

 

Nəticə olaraq deyək ki, müəyyən tarixi-siyasi səbəblər üzündən ayrı düşmüş soydaşlarımızla birliyimizi zehinlərdə möhkəmləndirmək, milli kimliyimizi unutmamaq mənəvi birliyimizi təmin etmək üçün aşağıdakıları həyata keçirməyi tövsiyə edirəm:

 

1. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi nəzdindəKərkükşünaslıqbölümü yaradılsın.

 

2. Mədəniyyət Nazirliyinin tabeliyində olan Azərbaycan Ədəbiyyatı Muzeyində “İraq-Türkman ədəbiyyatı mədəniyyəti ekspozisiyasıbərpa olunsun.

 

3. Humanitar yönlü dövlət universitetlərinin tədris planında İraq-Türkman ədəbiyyatı, folkloru tarixinin tədrisi nəzərdə tutulsun.

 

4. Azərbaycan Yazıçılar Birliyində İraq-Türkman ədəbiyyatı üzrə rəsmi müşavir ştatı ayrılsın.

 

5. Azərbaycan Radiosunda hər cümə günü İraqdakı soydaşlarımıza ünvanlanmış bir saatlıq veriliş təşkil edilsin.

 

6. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Tarix, Dilçilik Folklor İnstitutlarında iraqlı gənclərə doktorantura aspiranturaya yer ayrılsın.

 

7. Bakı Musiqi Akademiyasına Milli Konservatoriyaya istedadlı İraq-Türkman gəncləri cəlb edilsin.

 

8. Dövlət universitetlərində İraq türkman gənclərinə dövlət hesabına təhsil almaq imkanı yaradılsın.

 

9. Qəzet dərgilərdə İraq-Türkman ədəbiyyatı mədəniyyətinin təbliğinə geniş yer verilsin.

 

10. Kərkükdə Azərbaycan adına qəzet dərgi təsis edilsin.

 

11. Kərkükdə ədəbiyyatımızı, musiqimizi, tariximizi nümayiş etdirən televiziya kanalı yaradılsın.

 

12. Bakıda Kərkükdə vaxtaşırı birgə ədəbi-musiqili verilişlər, gecələr təşkil edilsin.

 

13. Kərkükdə Azərbaycanın konsulluğu açılsın.

 

Əminəm ki, göstərilənlər yerinə yetirilməyə başlayanda dil birliyimiz, kök birliyimiz, milli kimliyimiz, eyni milli-mənəvi dəyərlərə sahib olduğumuz daha qabarıq şəkildə özünü göstərəcək, ayrılığa son qoymaqda yardımçı olacaqdır.

 

525-ci qəzet .- 2025.- 29 oktyabr (¹ 197).- S.14.