Tomris Kirin başını qəbul edir

 

“Bir rəsmin dediklərirubrikasının budəfəki qonağı sənətşünas Şabikə Şahbazovadır. Onunla məşhur rəssam Peter Paul RubensinTomris Kirin başını qəbul edirəsərindən danışacağıq.

 

Peter Paul Rubens 1577-ci il may ayının 28-də Almaniyanın Ziqen şəhərində anadan olub. Rubens çox rəngarəng maraqlı uşaqlıq illəri keçirib. 1600-cü ildən etibarən Venesiya, Roma, Florensiya kimi incəsənət mərkəzlərinə səfər edib, burada bir çox nüfuzlu rəssamların yanında işləyib, onlardan bu sənətin incəliklərini öyrənib. Rubens həyatı boyunca həm rəssam, həm diplomat olaraq fəaliyyət göstərib. Bir müddət sonra anasının xəstəliyə tutulduğunu öyrənən rəssam Antverpenə qayıdıb.  Rəssam ilk emalatxanasını da məhz burada açıb.

 

Rubens yaradıcılığında tez-tez dini mifoloji mövzulara toxunurdu. Bundan əlavə, əsərlərində işıq- kölgə oyunu, dinamika, güclü emosiyalar, parlaq rənglər üstünlük təşkil edir. Yaradıcılığının ən əsas səhifələrindən birini isə portret tarixi janrda işlədiyi əsərləri təşkil edir.

 

- Bu rəsm Rubens yaradıcılığının hansı dövrünə təsadüf edir?

 

- Peter Paul Rubens “Tomris Kirin başını qəbul edir” (digər adıTomris əfsanəsi”) əsərini 1622-1623-cü illərdə yaradıcılığının ən yetkin dönəmində yaradıb. Ümumiyyətlə, bu dövrdə ədalət, hakimiyyət cəmiyyətdə qadının rolu mövzuları daha çox müzakirə olunurdu. Rubens bu əsəri həmin dövrdə yaradaraq mənəvi siyasi mesajlar çatdırmağa çalışıb. Bəzi tədqiqatçıların sənətşünasların fikirlərinə əsasən bildirilir ki, bu əsəri rəssama o dövrün tanınmış zadəgan ailələrindən biri sifariş edib. Daha keçmişə nəzər salsaq, əsərin yaradılmasının əsas mənbəyi HerodotunTarixkitabından başlayır. Herodot yazırdı: “Keçmişdə əraziləri ələ keçirmək üçün hökmdarlar arasında çox böyük toqquşmalar baş verirdi. Bunlardan biri Tomris II Kir arasındakı mübarizə olub. E.ə 530-cu ildə Fars şahı II Kir kraliça Tomrisin ölkəsinə hücum edir. Bu döyüşdə II Kir hiylə işlədərək Tomrisin oğlu Sparqapisesi öldürür. Beləcə Tomirisin qoşunu məğlub olur. Həmin an Tomris oğlunun cansız bədəninin yanında II Kiri öz qanında boğacağına and içir. Daha sonra Tomris öz ordusuyla Kiri axtarıb tapır Araz çayı sahilində Kirin başını kəsir, kəsilmiş başı qanla dolu qaba atır. Beləcə qəhrəman Tomris həm öz andını yerinə yetirir, həm oğlu Sparqapisesin intiqamını alır”.

 

- Əsərin rəng həlli necədir?

 

- Əsərdə isti tonlaran daha çox istifadə olunub. Əsasən qızılı, mavi gümüşü tonlara üstünlük verilib. Bunun əsas məqsədi həm dövrün xarakterik xüsusiyyətlərini göstərmək, həm mövzuyla əsəri uyğunlaşdırmaq olmuşdu. Bu rənglər kraliça Tomrisin zərifliyini, ilahi ədaləti hakimiyyəti simvolizə edirdi. Əsasən Tomrisin burada geyimdə göstərilməsi onun bu hərəkətinin acımasızlıq olmasına baxmayaraq, ədalətli bir davranış olduğunu simvolizə edir. Bundan əlavə, bildiyimiz kimi, qırmızı qızılı rəng tonları müharibədə qisasın, ədalətin göstəricisidir. Məhz bu əsərdə qırmızı qızılı tonlara üstünlük verilib. Əsərin rəng həllində işıq-kölgə oyunu böyük rol oynayır. Burada işıq daha çox əsas fiqur olan Tomrisin üzərindədir. Bu, onun mənəvi siyasi gücünü vurğulayır. Fon ön hissəyə nisbətən daha tünd saxlanılıb. Bunun səbəbi ön, yəni mərkəzi hissənin daha aydın canlı göstərilməsi idi. Əsərdə rənglərin ahəngi parıltısı dərin emosionallıq teatrallıq  hissi yaradır.

 

- Bəs kompozisiya haqqında deyə bilərsiniz?

 

- Bu əsər üç hissəyə bölünür: sol tərəf, mərkəz sağ tərəf. Sol tərəf qadınlar hissəsidir. Burada qadınlar təsvir edilib. Qadınların təsviri  mərhəmət, təmizlik saflığın göstəricisidir. Onlar borokko dövrünün xüsusiyyətini daşıyan dəbdəbəli geyimlər saç düzümləri ilə təsvir olunublar. Ən əsas hissə mərkəzi hissədir. Burada Kraliça Tomris II Kirin kəsilmiş başını gətirib diz çökən əsgər təsvir olunub. Bu, yalnız mərkəzi deyil, həmçinin emosional hissədir. Digər adı ilə buranı kulminasiya mərkəzi olaraq da adlandıra bilərik. Yəni əsər bu hissədə öz həllini tapır. Mərkəzdə Tomris qızılı tonlarla bəzədilmiş geyimdə təsvir edilib. Onun qarşısında isə qanla dolu qab, II Kirin kəsilmiş başı başı gətirən əsgər təsvir olunub. İşıq-kölgə oyunu burada daha aydın şəkildə görünür. Bu mərkəzi hissə həm sağ, həm sol hissədən daha aydın parlaq halda təsvir edilib. Digər hissə isə əsgərlərin, döyüşçülərin şahidlərin təsvir olunduğu sağ tərəfdir. Bu tərəfdə çox saylı müxtəlif obrazlar it təsvir edilib. “İt” ümumi olaraq sadiqlik rəmzidir. Məhz bu tabloda itin təsvir olunmasının səbəbi, sağ tərəfdəki obrazların Kraliça Tomrisə sadiq olmasını göstərir. Həmçinin bu simvolun digər mənası isə Tomrisin oğluna sadiq qalıb II Kirdən intiqamını almasıdır. Sağ tərəfdəki obrazların içərisində bir obraz xüsusilə diqqət çəkir. O, diz çökmüş əsgərin arxa hissəsində dayanan kök kişidir. Bu kişi obrazı türk ənənələrinə uyğun formada təsvir edilib. Əsasən baş üst geyimi tam olaraq türk üslubunda göstərilib. Rubens bu obrazı yaratmaqla Tomrisin bir türk əsilli qadın olduğunu göstərməyə çalışıb. Dramatizm, təmtaraq, hərərət emosional güc açıq-aydın şəkildə görünür. Paltarların teksturası, ipək qızıl sapların işıq altında parlaması Rubensin fırçasının ustalığından xəbər verir.

 

- Tablo hazırda harada saxlanılır?

 

- Bu əsər Fransanın Renn şəhərindəki İncəsənət Muzeyində qorunur.

 

- “Tomris Kirin başını qəbul edirəsərinin rəssamın digər işləri ilə hansı ortaq fərqli xüsusiyyətləri var?

 

- Rubensin əsəri bəzi xüsusiyyətlərinə görə digər işləri ilə bənzərlik təşkil edir. Borokko dövrü rəssamı olduğuna görə dinamika, hərəkət, təmtəraqlılıq, emosional güc, işıq-kölgə oyunu, rənglərin harmoniyası baxımından oxşarlıqdan söhbət gedir. Digər bir sıra əsərlərində insan bədənləri plastik detallı, obrazlar daim hərəkətdə təsvir edilib. Fiqurların olduqca real axıcı olması da Rubens yaradıcılığına xasdır. Bu əsəri digərlərindən fərqləndirən əsas cəhət isə onun mövzusudur. Rubens yaradıcılığı boyunca əsasən dini mifologi obrazlara süjetlərə müraciət edirdi. Lakin bu əsərində tamamilə real həyatdan götürülmüş sujeti canlandırıb.

 

- Sizcə, bu rəsm bizə deyir?

 

- Qadın bəşəriyyətin ən incə varlığıdır. Lakin qədər incə varlıq olsa da, bir o qədər güclü cəsarətlidir. Buna səbəb isə qadınların daim müşahidəçi olmasıdır. Əksərən qadınlar edilən yaxşılığa çox gözəl qarşılığın verirlər. Amma kim incitsə, bunun qisasını da almağı bacarırlar. Rubens burada qadının daima qisasını ala biləcək gücə malik olduğunu vurğulayır.

 

Aytac SAHƏD

 

525-ci qəzet  2025.- 29 oktyabr (¹ 197).- S.14.