Sizə yaşayıb-yaratmaq yaraşır...
Əməkdar jurnalist,
yazıçı-publisist Fazil
Güneyin 80 yaşına
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
Onunla qəribə bir dialoqla başladı danışığımız:
- Çox kədərli olur gözləriniz...
- Nə bilim...
- Məncə, bu, qəribliyin insana bağışladığı hisslərdir...
- Haqlısınız, ağsaqqal.
- ...
Susdu bir anlığa. Mənə elə gəldi ki, bu sözləri deyəndə
Fazil müəllimin gözləri yaşardı.
Bəlkə də sevindi ki, onu görmürəm. Elə
mən də sevindim ki, mənim göz yaşlarımı
o görmədi.
Sonra dedi:
- Ancaq çox güclü qadınsınız.
Bu ürəklə qəribçiliyə
dözə bilirsiniz.
- ...
Dillənə bilmədim, düşündüklərimi,
içimdən keçən,
ürəyimdə daşa
dönən qürbəti
ona anlatmadım. Sadəcə özüm-özümlə
danışdım: "Bilirəm,
nədir qürbət,
Fazil müəllim! Doğma insanlara sarılmaq, onların qoxusunu almaq istəyəndə, amma onları yanında tapmayanda başlayır qürbət. Küçələrdə
yeriyəndə gülləri-çiçəkləri
torpağının güllərinə,
çiçəklərinə bənzətməkdir qəribçilik.
Durub güllərin gül camalına həsrətlə tamaşa
etməkdir, onda doğmalıq axtarmaqdır.
Bəzən yad musiqiləri
eşidəndə qulağına
"muğam" səsi
gəlməkdir. Evləri,
ağacları özününkünə
bənzətməkdir qürbətçilik...
Bəzən ən bahalı
ətirlərin qoxusunu
içinə çəkəndə
qəfildən Vətəninin
yovşan iyisini duymaqdır. Reyhanını,
yarpızını xatırlamaqdır.
Yovşanı, kəklikotunu
evinin ən görkəmli yerində, vazada yerləşdirməkdir.
Hərdən onlara baxanda, qoxulayanda sinəndə duyduğun ağrıdır qürbətçilik...
Gecələr üzü Vətənə
yatmaqdır. Elini-obanı,
doğmalarını yuxuda
görmək üçün
Yaradana yalvarmaqdır qərib olmaq...
Qəribçilik ürəyini Vətəndə
qoyub getməkdir, Fazil müəllim..."
Amma bilirdim, Fazil Güney də bir zamanlar bu
hissləri yaşayıb.
O qəribə insanın
həyat yoluna nəzər salanda, yad ölkələrdə olanda
yazdıqlarından duydum
onun keçirdiyi hissləri. Özümə
bir yaxınlıq, doğmalıq tapdım,
hiss etdim. Onun yazdığı "Kərkükdə
bir oğlan vardı" yazısını
oxuyanda ağladım.
Bir igidin, bir türkmən oğlunun qəhrəmanlığı, doğmalığı
bir zamanlar onu necə ağlatmışdısa,
mən də elə ağladım... Elə gözəl bəhs etmişdi hekayəni, sandım ki, onunla mən də o qəhrəmanı
görmüşəm, onunla
tanış olmuşam,
danışmışam... Onu
mən də özümə doğma insan sanmışam. Onun, o igid təyyarəçinin
ölümü, ədalətsizcəsinə
həlak olması Fazil müəllim qədər mənim qəlbimi də incitmişdi, yaralamışdı...
Bilirsiniz,
bir insanı tanımaq üçün
əsirlər, illər
gərək deyil. Qalaq-qalaq kitablarını,
dəvə yükü
əsərlərini oxumaq
lazım deyil. Nədənsə, mən adamı ilk baxışdan
tanıyıram. Bir söhbətlə,
bir danışıqla
necə adam olduğunu az-çox bilirəm. Bir əsərini
oxuyanda yazarın, elm adamının necə fikir sahibi aydın
olur.
Fazil Güneylə bir torpağın adamıyıq.
O da elmə, ədəbiyyata,
mədəniyyətimizə neçə-neçə görkəmli
şəxsiyyətlər bəxş
edən Cəbrayılda
dünyaya göz açıb. 1945-ci ildə
gözəl avqust günlərində. Ziyalı
ailəsində doğulub.
1963-1968-ci
illərdə Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU) Şərqşunaslıq
fakültəsinin "Ərəb
dili tərcüməçiləri"
bölməsində oxuyub,
bir dərs ilini Əlcazair Universitetində təcrübə
keçib.
Təhsilini bitirdikdən sonra
Suriyada, İraqda, Liviyada hərbi və mülki tərcüməçi olub.
O illərin xatirələrini,
gördüklərini də
unutmayıb. Bütün
ürək sözlərini
hekayələrinə, yazdığı
kitablara töküb.
İlk hekayələr kitabı
1965-1967-ci illərdə işıq
üzü görüb.
O qədər aydın,
gözəl dili var
ki...
Fəlsəfə doktoru, ölkəmizdə
ilk ingiliscə qəzet olan "Azernews" qəzetinin təsisçisi və baş redaktoru Fazil Güneyin "Suriya qadın yazıçılarının əsərlərində qadın
emansipasiyası" elmi
monoqrafiyası diqqətimi
çox cəlb elədi. Fazil müəllim elmi məqalələri, yazıları
üçün heç
zaman asan və çox müraciət olunmuş mövzuları seçmir.
Məncə, bu, yazıçı barəsində,
elm adamı haqqında çox söz deyir. Nədənsə, onun bütün yaradıcılığı,
elmi əsərləri
mənə yaxın gəldi. Elmi əsərlərində, adi
xatirələrində şərq
ailəmindən nə
qədər maraqlı
faktları, tarixi hadisələri öyrənmək
olur.
Söhbət zamanı o bir sual verdim:
- Nədən o Kərkükdən
olan Məhəmmədəlinin
ölümünü eşidəndə
ağladınız? Hələ
elə yazmısınız
ki, o xatirələriniz məni
də ağlatdı.
- Onda bir doğmalıq
vardı. Danışıqlarından
əsl türklük,
əsl müsəlmanlıq
gördüm. Onunla bütün bunlar barəsində çox söhbət etmişdik. Türkmənlərə göstərilən
ögeylik, əziyyətlər
onu çox incidirdi. Məhəmmədəliylə
danışandan sonra çox fikirləşdim bu barədə. Şərq ölkələrini
gəzdikcə, şahid
olduqlarım bunun doğru olduğunu sübut edirdi. Çox igid oğlandır. Bilirsiniz, bir gündə Bakıya gəlib-qayıtmışdı.
Azərbaycanı görmək
üçün, onun
insanlarındakı doğmalığı
duymaq üçün.
O istiliyi almaq üçün. Ürəyi
böyük insandır
o kərküklü oğlan.
Onu bütün türk ölkələri
maraqlandırırdı. Mənə
elə suallar verirdi ki, Azərbaycan, Türkiyə barəsində.
Necə qeyrətli bir oğuldur...
Bizim ortaq dərdimiz olan Qarabağ hadisələrindən də
xeyli danışdıq.
Hamının içindəki
yara eynidir. Neçələriylə söhbətlərim
əsnasında bunun şahidi olmuşam. Fazil Güney də içindəkiləri
anlatdı: "Qarabağ
hadisələri çətin
unudular. Torpaq elə şirindir, elə əvəzedilməzdir
ki, onun yoxluğu, onun tapdanması içimizdə açdığı
yaralar sağalmaz. Xarabaya qalan yurd yerlərimiz bizə göz dağıdır. Dünyaya
gəldiyimiz, böyüdüyümüz,
valideynlərimizlə, doğmalarımızla
yaşadığımız evlərimizi tapmayanda insanın içi qan ağlayar. Bunları bizlər yaşadıq..."
Fazil müəllim ürək ağrısı ilə, göz yaşlarıyla yazdığı, gözəl
Qarabağımızın igid
oğlu Ramil Səfərovun da yer aldığı üçcildli
"Qara qan" romanı dediklərinin sübutudur. Tam 27 ilə yazılan bu böyük əsərdə
Qarabağ hadisələri
sonuna qədər, yüksək səviyyədə
öz əksini tapıb.
Bilirəm, Fazil müəllim,
bilirəm, necə ağırdır o dəhşətləri
kağıza tökmək,
o hadisələri təkrar-təkrar
yaşamaq. Əsgərlərimiz,
igidlərimiz, qazilərimiz
bir dəfə yaşayıb, bir dəfə keçiblər
o odun-alovun içindən.
Şəhidlərimiz bir
dəfə şəhid
olublar. Ancaq yazıçılar, Vətən
sevdalıları, yüzlərcə
dəfə keçirlər
o oddan-alovdan. Yüzlərcə
dəfə şəhid
olurlar. Yaralılara həkimlər, təbiblər
kömək edirlər,
yaralarını sarıyırlar.
Amma bizim yaralarımızı
sarıyan olmur, məlhəmi tapılmır.
Yaşamışam bu
hissləri. Özünüzü
nə qədər tutmağa çalışsanız
da, yaşaran gözlərinizi
görürəm uzaqdan...
Bilirəm, ata ocağınızı
yerində tapmayanda nələrlər yaşamısınız.
Nələr gəlib keçib ürəyinizdən.
Sizin də ömrünüz dayanıb
bu neçə ildə. Siz də sadəcə nəfəs almısınız.
Bütün Qarabağ
əhli kimi bugünkü günü gözləmisiniz. Neyləmək
olar, sən demə, talemizə yazılıb bütün
baş verənlər.
Son zamanlar heç kimi vaxtında təbrik edə bilmirəm. Niyəsini də bilmirəm...
Bu yaxınlarda 80 yaşınız
tamam olub. Hələ indi başlayır biz qarabağlılar
üçün yaşamaq,
o torpaqlarda ömür
sürmək, otuz ilimizin əvəzini çıxmaq. İnanıram,
siz də belə düşünürsünüz.
Siz də orada doyunca nəfəs
almaq, yaşamaq ümidindəsiniz...
Yüzlərlə publisistik yazılar,
feleytonlar, pamflet, hekayələr və elmi məqalələr müəllifi, İƏT Üzv
Dövlətləri Jurnalistləri
Assosiasiyası İB-nin
sədrinə yaşamaq,
yaratmaq, bizləri sevindirmək yaraşır...
Moskva
525-ci qəzet 2025.- 30 oktyabr (№198).- S.12.