Sərhat Kabaklı imzası
Faiq
BALABƏYLİ
Poeziya ilə nəfəs almaq, söz demək, tanış olmaq elə bir ünsiyyət formasıdır ki, zənnimcə,
bundan doğması, bundan isti olanı
yoxdur. Şeirlə ən ülvü hissləri, dünyaya, insanlığa bağlılığı,
Vətənə sevgini,
lirik duyğuları çatdıra bilənlərə,
elə bunu dərk edənlərə
də nə xoş! Bu dəfə tanınmış bir söz adamından, onun poeziyasından bir neçə yarpaq nümunə göstərməklə fikrimi
bölüşmək istəyirəm.
Son illər dilimdən düşməyən, ürəyimdə
dövr edən bu misralarla:
"Vətəninə göz dikəni əz oğlum,
dostun kimdir, düşmənin kim, sez, oğlum!"
- Sərhat Kabaklı imzasını tanıdım
desəm, düz olmaz. Şairi çoxdan tanıyır, təsadüf etdikcə oxuyurdum. Amma onu qeyd etdiyim bu
misralarla davam edən şeiri ilə daha çox
sevdim, desəm, əlbəttə, yanlış
olmaz.
Bu şeirdə dünya görmüş, Vətənin
işğalında yaşamış,
basqılar görmüş
bir xalqın ahılının, müdrikinin
nəsihəti, öyüdü
var.
Gün gidende, ay gelende gel, oğlum,
Cihan yanar sen gülende
gül, oğlum,
Bir yol var ki, Hak yoludur bul, oğlum,
Yeri bilmek, göğü bilmek bil, oğlum.
Heç
yanlışlıq yox,
bu, bir öyüddür,
Vətən, el-oba,
ulus dardadır, gəl
oğlum, gəl. Gəl ki gəlişindən
gülüşündən dünya lərzəyə
gəlsin, haqq yolunu, həqiqəti tap, ona sığın, mübariz ol və Yerin yer,
Göyün göylüyünü
bil, tanı və tanıt.
Sərhat
bəyin digər könül oxşayan şeirlərinin də təsir dairəsindən qurtulmaq olmur, şairin hansı duyğularla yaşamasından,
milli ruhun ənginliklərdə
pərvazlanmasından qürurlanırsan.
Bir şeirində deyir:
Üfüqlər küsməsin qeyri
günəşə
Qaranlığın arxasından dan gəlir.
Təbii
ki, belədir, Günəş
hər batdıqda yenidən doğmaq, dan yerini al şəfəqlərlə
boyamaq üçün
qeyb olur.
Suya həsrət könüldə
dəfnə budağı
Yaşıl yaşıl göyərəcək
an gəlir, -
deyən
şairin yuxarıda bəhs etdiyim, "Bil, oğlum" şeirinin bu misrarlarıyla da həmahəngdir:
Çabuk büyü, çabuk
yetiş tez, oğlum,
Çakal gezen şu dağlarda gez, oğlum,
Vatanıma göz dikeni ez, oğlum,
Tarihini şerefinle yaz, oğlum.
Və
zaman gəldi, dünən
çocuq bildiyimiz oğullarımız illəri
qabaqladılar sanki, tez böyüdülər.
Çaqqalların, düşmənlərin
gəzdikləri dağlara
boy verdilər, sıralandılar,
vətənimizə göz
dikənləri əzdilər,
tariximizin şanlı
tarixini şərəflə
yazdılar.
Sərhat
Kabaklı şeirlərində
tarixə güzar etmək, ötənləri
xatırlamaq, yaddaşa
hopdurmaq, unudulmamaq əsas
xətt kimi keçir. Ötənləri
unudanlar bu günündə yanından
səssiz ötüb keçər. Bu baxımdan,
şairin şeirlərinin
birində dediyi bu sözlər, xatırlatmalar necə də yerinə düşür:
Kor-sağır gecələrin bir
də sabahı vardır,
Və qışdan sonra gələn, əlbəttə
ki, bahardır.
Həm də "heç nə unudulmur, heç nə yaddan çıxmır"
deyiminin müqabilində,
düşünürsən ki, nə yaxşı ki, nələrsə bilinməmiş
qalır?
Daşların dili olsa, desə dünü bu günə
Ağlayan nəyə ağlar,
gülənin məramı
nə?
- deyən şairimizə, əlbəttə, haqq vermək olar.
Və yenə də şairin həmin məşhur şeirinə
dönürəm, oğlumuza,
nəvəmizə, övladlarımıza
üz tuturam, Sərhat bəyin bu misraları ilə ərklə, ötkəm səslə deyirəm:
Senden gider sonsuzluğa yol, oğlum,
Dört
bir yana salmalısın kol, oğlum,
Ekmeğini aç olanla böl, oğlum,
Haram yeme, Hak yolunda
öl, oğlum.
Və qayıdıram yuxarıda
iki beytini misal göstərdiyim digər şeirə:
Bir əsrlik çinarın hər budağından
Hər yarrağından min ah ilə
ün gəlir,
- deyən şair elə bu şeirin
ilk misralarında deyirdi
ki, bir eşqə düşdük ki, sevgilinin
cigərindən qan gəlir. Bu sevgi, bu eşq sevgilərin
ən böyüyü,
ən alisi olan yurd-yuva, el-oba, VƏTƏN sevgisi
ola bilər ki, şairin
özü demiş, bu sevgini sübutlamaq,
vətəni azad etmək üçün:
Bir fitrət sonrası, bir gülüş anı
Könlü buruk, dəmir yumruq xan gəlir,
- necə ki, gəldi, necə ki, 32 il işğal
altında olan torpaqlarımızı azad
etdi.
Və yenə
də dönüş
edirəm, öyüd,
nəsihət, məsləhət
və çağırış
dolu "Bil, oğlum" şeirinə:
Zulüm
dolu saltanattan in, oğlum,
Zalimlere
duymalısın kin, oğlum,
Nefis ki bir mantık yutan dev, oğlum,
Mağrur
olma, insanları sev, oğlum...
..Xəyanətə tasalanmaq yox, oğlum,
Qılıncını xain qəlbə sox, oğlum.
Türk
dünyasının tanınmış
söz adamı, şair Serhat Kabaklı poeziyasında özümüzü, soyumuzu,
Vətənə sevgini,
sözə vurğunluğu
sezməmək olmur.
Şairin
qəlb ağrıdan
duyğularımızı titrədən,
inlədən kövrək
bir şeiri ilə fikrimi tamamlamaq istəyirəm.
"Öncə göyərçinləri
vurdular" şeirini
sakit oxumaq, oxuyub da kövrəlməmək
olmur:
Öncə yaşılı sildilər
tablolardan
Siyaha yıkadılar pəmbə
şəfəqi
Hüzün üstümüzdən getməsin, deyə
Viranəyə döndərdilər
Gözəlim çiçəklərlə bürünən
Bağçanı, bağı.
O qədər doğma, o qədər qəlbə yaxındır ki, əzbərimdə
olan və misal olaraq göstərdiyim
bu şeirləri Azərbaycan və Türkiyə türkcəsində
ifadə etdim. Olsun, zatən bu poeziya nümunələri,
şeirlər hər birimizindir, sənin, onun, mənim və əlbəttə
ki, böyük söz
adamı Serhat Kabaklının...
525-ci qəzet
.- 2025.- 30 oktyabr (№198).- S.13.