Rəqəmsal kitabxana xidmətlərimövzusunda təlim

 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşənMədəniyyət rüzgarılayihəsi çərçivəsində oktyabrın 27-də Bərdə rayon Mədəniyyət MərkəzindəRəqəmsal kitabxana xidmətlərimövzusunda təlim keçirilib.

 

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı ilə keçirilən təlimin məqsədi kitabxanaların xidmət sektorunda müasir metodların tətbiqinin sürətləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması oxucularla işin düzgün qurulmasıdır.

 

Bərdə ətraf rayonlardan kitabxana əməkdaşlarının iştirak etdiyi təlim Azərbaycan Milli Kitabxanası Elektron kitabxana şöbəsinin baş kitabxanaçısı Vüsalə Şükürova tərəfindən aparılıb.

 

Əvvəlcə çıxış edən Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə sektorunun müdiri Əhliyyət Əliyev MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova rəqəmsallaşmanın müasir kitabxanalar üçün əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu sahədə tətbiq edilən müasir yanaşmalar oxuculara sürətli xidmət göstərilməsi, həmçinin kitabxana resurslarının daha geniş istifadəsinə şərait yaradır.

 

Təlim zamanı Vüsalə Şükürova Milli Kitabxanada xidmət sahəsində tətbiq olunan yeniliklərdən söz açıb. O, rəqəmsal sistemin üstünlüklərindən danışıb, kitabxanaçıların suallarını cavablandırıb.

 

İnteraktiv formatda gerçəkləşən təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

525-ci qəzet  2025.- 30 oktyabr (¹198).- S.9.