Dünyada Elmlər Akademiyaları   Azərbaycan Milli Elmlər Akademiyası

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,

 

Akademiya sözü geniş anlayış olub, yunan dilində elm, ali təhsil incəsənət sahələrini əhatə edən elmi mərkəzlər mənasını bildirir. Akademiya termini qədim Yunanıstanda bizim eradan əvvəl 387-ci ildə Afinada təsis edilmiş dünyanın ilk akademiyası hesab edilən Platon Akademiyasının adı ilə elmi dövriyyəyə daxil olmuşdur. Belə ki, bizim eradan əvvəl IV əsrdə fəaliyyət göstərmiş məşhur Platon Akademiyasında antik yunan filosofları Platon Aristotelin söhbətlərinin keçirildiyi məkan qədim yunan mifologiyasında yarım allahlardan biri kimi haqqında söz açılan Hekademin adı ilə bağlı olmuşdur. Platon özünün məşhur təhsil müəssisəsini yaradarkən həmin Hakadema meşəliyi adlanan müqəddəs məkanı seçməklə həm elm təhsilə dair ideallarının ilahi dərəcədə müqəddəs olduğunu nəzərə çatdırmış bu ideala axıradək məsuliyyətlə xidmət etmişdir. Həmin yer qədim dövrün təhsilli adamlarının nəzərlərində müqəddəs hesab olunmuşdur.

 

Platon Akademiyası antik dövrün qədim yunan filosofu Platonun (428-347) rəhbərliyi ilə fəaliyyət göstərmiş ali təhsil müəssisəsi kimi dünyada böyük şöhrət qazanmışdır. Antik dövrün bəşəriyyətin keçdiyi bütün inkişaf dövrlərinin ən böyük mütəfəkkiri olan Aristotelin (384-322) bu Akademiyada təhsil alması Platon Akademiyasının dünya şöhrəti qazanmasında mühüm rol oynamışdır. Ailə həyatı qurmayan Platon üçün Akademiya təkcə onun özünün yox, bütövlükdə Yunanıstan cəmiyyəti ailəsinin taleyinin əsas hərəkətverici qüvvəsi kimi uca tutulmuşdur.

 

Sonralar dünyada Akademiyalar daha çox elm adamlarının fəaliyyət göstərdiyi, elmi araşdırmaların müzakirələrin aparıldığı elmi-tədqiqat müəssisəsi statusu qazanmışdır. Hələ orta əsrlərdən başlayaraq ayrı-ayrı ölkələr özləri Akademiyasını yaratmışlar.

 

Funksiyalarına görə Elmlər Akademiyaları aşağıdakı kimi bir neçə qrupa ayrılır:

 

1.  Milli Elmlər Akademiyaları (Elmlər Akademiyaları da bu qrupa aiddir)

 

2. Beynəlxalq Akademik qurumlar (Beynəlxalq Elmi Şura; Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyası, Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası s.)

 

3. Elmlər Akademiyaları Assosiasiyaları (Məsələn, Asiya Elmlər Akademiyaları Elmi Cəmiyyətləri Assosiasiyası)

 

4. Sahə üzrə Elmlər Akademiyaları (Tibb Akademiyası, Mühəndislik Akademiyası, Pedaqoji Elmlər Akademiyası s.)

 

5. Elm Təhsil sahələrini birgə əhatə edən Akademiyalar (Amerika İncəsənət Elmlər Akademiyası, Rusiya İncəsənət Akademiyası s.)

 

6. Elm İncəsənət Akademiyaları (hazırda Avropa ölkələrinin əksəriyyətinin Elmlər Akademiyaları belə adlanır)

 

7. Elm Texnologiya Akademiyaları (Asiya ölkələrində Akademiyalar üçün bu format qəbul edilmişdir).

 

8. İnstitut adlandırılan elmi-tədqiqat xarakterli Akademik qurumlar (Amerika Standartlar Texnologiyalar İnstitutu).

 

9. Universitetlərin tərkibində fəaliyyət göstərən Akademiya tipli elmi qurumlar.

 

10. Kral Akademiyaları (Britaniya)

 

11. Papa Akademiyası (Roma)

 

12. Akademiya tipli elmi cəmiyyətlər

 

13. Akademiya statusuna malik olan Elmi-Tədqiqat Laboratoriyaları (Məsələn: ABŞ Hərbi Dəniz Elmi-Tədqiqat Laboratoriyası)

 

13. Gənc Alim Mütəxəssislərin Akademik təşkilatları (Gənc Alimlərin Beynəlxalq Akademiyası, Almaniya Gənclər Akademiyası s.)

 

Keçmiş Sovetlər ittifaqında SSRİ miqyasında müttəfiq respublikalar üçün bütün elm sahələrini özündə birləşdirən Elmlər Akademiyası formatı qəbul olunmuşdu. Sovet hakimiyyəti illərində Azərbaycan SSR Elmlər Akademiyası kimi fəaliyyətini davam etdirmiş ölkəmizin ali dövlət elmi təşkilatı xalqımızın Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyası statusu qazanmışdır.

 

 

 

Dünyada Akademiyalar müxtəlif adlar ilə fəaliyyət göstərirlər. Amerika Birləşmiş Ştatlarında əsas akademik qurum Milli Elmlər Akademiyası adı ilə fəaliyyətini davam etdirməkdədir. ABŞ Milli Elmlər Akademiyası prezidentinin rəhbərlik etdiyi Elmlər Akademiyasında vitse-prezident vəzifələrini Amerikanın Tibb Mühəndislik Akademiyalarının prezidentləri yerinə yetirirlər.

 

Çin Xalq Respublikasında 1949-cu ildə təsis edilmiş Elmlər Akademiyası Milli Elmlər Akademiyası statusunda fəaliyyət göstərir.

 

Rusiyada Elmlər Akademiyası I Pyotrun 8 fevral 1724-cü il tarixli fərmanı ilə Sankt-Peterburq Elmlər Akademiyası kimi yaradılmışdır. Sonralar Rusiya İmperator Akademiyası, sovet hakimiyyəti illərində isə SSRİ Elmlər Akademiyası adlandırılmışdır. Hazırda bu elmi təşkilat Rusiya Elmlər Akademiyası kimi fəaliyyətini davam etdirir.

 

İngiltərədə Elmlər Akademiyası Kral Cəmiyyəti adı ilə tanınır. Britaniya Kral Akademiyası da adlandırılan bu akademik elmi təşkilat 1860-cı ildə təsis edilmişdir.

 

Almaniyada bir neçə Akademik elmi-təşkilati qurum olsa da, Elmlər Akademiyası funksiyasını Alman Elmi-Tədqiqat Fondu həyata keçirir. Ölkədəki əsas elmi-tədqiqat institutları universitetlər Alman Elmi-Tədqiqat Fondunun üzvləri statusunda fəaliyyət göstərirlər.

 

Fransada müxtəlif dövrlərdə ayrı-ayrı adlarla yaradılmış Elmlər Akademiyaları hazırda da fərqli adlarla fəaliyyətlərini davam etdirirlər. Lakin Fransada 1795-ci ildə elmi tədqiqat müəssisəsi kimi yaradılmış Fransa İnstitutu əsas elmi təşkilat statusu daşıyır. Fransa İnstitutu ölkədə təsis edilmiş bir neçə akademik qurumları özündə birləşdirir. Belə ki, ondan əvvəl 1635-ci ildə təsis edilmiş Fransa Akademiyası, 1663-cü ildən fəaliyyətə başlamış Fransa Əlyazmaları Akademiyası, 1866-cı ildən fəaliyyət göstərən Fransa Elmlər Akademiyası, 1795-ci ildə yaradılmış Fransa İncəsənət Akademiyası, 1832-ci ildən fəaliyyətini davam etdirən Fransa Siyasi Elmlər Mənəviyyat Elmləri Akademiyası Fransa İnstitutunun tərkibinə daxildir.

 

Avropa qitəsindəki əksər dövlətlərin Elmlər Akademiyaları vardır. Şərqi Avropa ölkələrində ən qədim Akademiya 1724-cü ildə təsis edilmiş Rusiya Elmlər Akademiyasıdır. Macarıstan Elmlər Akademiyası 1825-ci ildən, Rumıniya Akademiyası Xorvatiya Elmlər Akademiyası 1866-cı ildən, Bolqarıstan Elmlər Akademiyası 1869-cu ildən, Serbiya Elmlər Akademiyası 1882-ci ildən fəaliyyət göstərir. Şərqi Avropadakı digər ölkələrin Elmlər Akademiyaları XX əsr ərzində formalaşdırılmışdır. Belə ki, Sloveniyada (1938), Polşada, Slovakiyada, Çexiyada (1952), Bosniya Hersoqovinada (1966), Şimali Makedoniyada (1967), Albaniyada (1972), Çernoqoriyada (1976), Rostovda (1978) fəaliyyət göstərən əksər Akademiyalar Elm İncəsənət Akademiyaları adlanır.

 

Qərbi Avropa ölkələrində Elmlər Akademiyalarının yaranma tarixi Şərqi Avropa ilə müqayisədə daha qədimdir. Belə ki, İtaliya Lincei Elmlər Akademiyası 1603-cü ildə, Almaniya Elmlər Akademiyası 1652-ci ildə, Britaniya Kral Elmi Cəmiyyəti 1660-cı ildə, Fransa Elmlər Akademiyası 1866-cı ildə təsis edilmişdir. XVIII əsrdə Qərbi Avropa ölkələrində Elmlər Akademiyalarının yaradılması prosesi davam etdirilmişdir. Danimarka (1742), İsveç (1739), Portuqaliya (1779), İrlandiya (1785) Elmlər Akademiyaları üç yüz ildən artıq bir dövrdə öz ölkələrinin elmi-texniki mədəni inkişafına mühüm töhfələr verməkdə davam edirlər.

 

İsveç Kral Akademiyası bir əsrdən çoxdur ki, dünyanın ən nüfuzlu mükafatı olan Nobel mükafatlarının müəyyən edilməsi missiyasını məsuliyyətlə həyata keçirir.

 

XIX-XX əsrlərdə Qərbi Avropada Akademiya quruculuğu başa çatdırılmışdır. Niderland Kral Akademiyası 1808-ci ildən, Avstriya Akademiyası 1847-ci ildən, İspaniya Dəqiq Təbiət Kral Akademiyası, Norveç Elmlər Ədəbiyyat Akademiyası 1857-ci ildən fəaliyyətlərini davam etdirməkdədir. Avropanın bu hissəsində XX əsrdə İslandiya Elmi Cəmiyyəti (1918), Finlandiya Elmlər Ədəbiyyat Akademiyası (1908), Afina (Yunanıstan) Akademiyası (1926), Vatikan Papa Akademiyası 1936-cı ildən fəaliyyət göstərməkdədir. Sonrakı dövrlərdə Türkiyə Elmlər Akademiyası (1993), Belçika Kral Elmlər İncəsənət Akademiyası (2001) nəhayət, İsveçrə Elmlər İncəsənət Akademiyası (2006) təsis edilməklə nəinki Avropada, dünyada Akademiya quruculuğu yekunlaşmışdır.

 

Keçmiş SSRİ- daxil olmuş ölkələrdən Rusiya Elmlər Akademiyası (1724), Ukrayna Milli Elmlər Akademiyası (1918), Belarusiya Elmlər Akademiyası (1928), Estoniya Elmlər Akademiyası (1938), Litva Elmlər Akademiyası (1941), Ermənistan, Özbəkistan (1943), Azərbaycan (1945), Gürcüstan, Qazaxıstan, Moldova (1946), Türkmənistan, Tacikistan (1951), Qırğızıstan (1954) Elmlər Akademiyalarında fundamental tədqiqatlar tətbiqi araşdırmalar uğurla davam etdirilir.

 

Ümumiyyətlə, Asiya qitəsindəki 49 ölkədən iyirmi dördündə Elmlər Akademiyaları vardır. Asiyada ən qədim Elmlər Akademiyası 1867-ci ildə yaradılmış Yeni Zelandiya Kral Elmi Cəmiyyətidir. Monqolustan Elmlər Akademiyası 1921-ci ildə, Hindistan Milli Elmlər Akademiyası 1935-ci ildə, Yaponiyada Elmlər Akademiyası funksiyasını yerinə yetirən Yaponiya Elmi Şurası Çin Xalq Respublikasının Elmlər Akademiyası 1949-cu ildə, Koreya XDR Elmlər Akademiyası 1952-ci ildə, Pakistan Elmlər Akademiyası 1953-cü ildə, Avstraliya Elmlər Akademiyası Cənubi Koreya Elmlər Akademiyası 1954-cü ildə yaradılmışdır. Hazırda Asiya qitəsində İsrail İctimai Humanitar Elmlər Akademiyası (1961), İordaniya Kral Elmi Cəmiyyəti (1970), Banqladeş Elmlər Akademiyası (1973), Vyetnam Elm Texnologiya Akademiyası Vyetnam Sosial Elmlər Akademiyası (1975), Filippin Elm Texnologiya Akademiyası, Şri Lanka Milli Elmlər Akademiyası (1976), Sinqapur Elmlər Akademiyası (1977), Əfqanıstan Elmlər Akademiyası (1978), Nepal Elmlər Akademiyası (1982), İndoneziya Elmlər Akademiyası (1990), Malaziya Elmlər Akademiyası (1995), Fələstin Elmlər Akademiyası, Tayvan Elmlər Akademiyası (1997), İran İslam Respublikası Elmlər Akademiyası (1998), Kamboca Kral Akademiyası (1999), Livan Elmlər Akademiyası (2007) kimi akademik qurumlar fəaliyyət göstərməkdədir. Asiyada ən böyük Elmlər Akademiyası olan Çin Xalq Respublikasının Elmlər Akademiyasında 64 min əməkdaş çalışır. Şimali Koreya Xalq Demokratik Respublikası Dövlət Elmlər Akademiyasında 50 min, Vyetnam Elmlər Akademiyasında 1800 əməkdaş fəaliyyət göstərir. Elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmayıb, akademik klub funksiyalarını icra edən Nepal Akademiyasının 40, Fillipin Akademiyasının 36, Əfqanıstanın 35 nəfər inzibati vəzifələri yerinə yetirən əməkdaşı vardır.

 

Afrika qitəsində 24 ölkənin Elmlər Akademiyası mövcuddur. Dünyanın ən qədim Akademiyası hesab edilən Efiopiya Akademiyası 1137-ci ildə yaradılmışdır. Misir Elmlər Akademiyası 1922-ci ildən fəaliyyət göstərir. Qara qitədə Mərakeş (1952), Sudan (1956), Qana (1959), Madaqaskar, Kamerun, Burkino-Faso, Konqo, Nigeriya, Seneqal, Toqo, Kot-d`ivuar (1960), Cənubi Afrika Respublikası (1961), Uqanda, Əlcəzair (1962), Kenya (1963), Zambiya (1964), Zimbabve (1964), Mavriki (1968), Benin, Mozambik (1975) Elmlər Akademiyaları fəaliyyət göstərməkdədir.

 

 

 

Bundan başqa, Afrika Elmlər Akademiyalarını elmi qurumlarını koordinasiya edən istiqamətləndirən Afrika Elmlər Akademiyaları Assosiasiyası da vardır.

 

Dünyada çoxsaylı Akademiyaları özündə birləşdirən əsas beynəlxalq elmi təşkilatlar aşağıdakılardır:

 

1. Beynəlxalq Akademiyalar Birliyi - İUA (Paris - 1920).

 

 63 Elmlər Akademiyasını əhatə edir.

 

2. Beynəlxalq Elmi Şura - İCSU (Paris - 1931).

 

145 ölkə üzrə 201 Elmlər Akademiyasını elmi cəmiyyəti özündə birləşdirir.

 

3. Beynəlxalq Elmlər Akademiyaları Birliyi - İAR (İtaliya, Triyest - 1993). 119 Elmlər Akademiyası elmi təşkilatdan ibarətdir.

 

4. Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq - İAP (İtaliya, Triyest - 2016). 140 Elmlər Akademiyası elmi qurum ABT təşkilatının üzvüdür.

 

5. Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası - İAAS - MAAN (Kiyev - 1993). MDB Elmlər Akademiyaları digər akademik qurumlardan təşkil olunmuşdur.

 

6. Təbiət Humanitar Akademiyalarının Avropa Federasiyası - ALLEA (Almaniya, Berlin - 1994).

 

59 Akademiyanı elmi təşkilatı özündə birləşdirir.

 

7. Avropa Elmlər Akademiyası - EASAS (Almaniya,Yagerberq - 2001). Avropa Elmlər Akademiyalarının Məsləhət Şurası da adlanır.

 

1919-cu ildə 25 ölkənin EA- əhatə etmişdir.

 

8. Afrika Elmlər Akademiyaları Şəbəkəsi - MASAS (Keniya, Nayrobi - 2001).

 

9. İslam Ölkələrinin Elmlər Akademiyaları Şəbəkəsi - NASİC (Pakistan, İslamabad - 2004).

 

57 ölkənin EA- elmi təşkilatlarını birləşdirir.

 

10. Asiya Elmlər Akademiyaları Elmi Cəmiyyətləri Assosiasiyası - AASSA (Cənubi Koreya, Seul - 2012).

 

34 ölkənin Elmlər Akademiyalarından təşkilatlanıb.

 

11. Ümumdünya Elmlər İncəsənət Akademiyası - VAAS (ABŞ, Napa - 1960).

 

78 ölkədən 730 nəfər üzvü vardır.

 

12. Dünya Elmlər Akademiyası - TVAS (İtaliya, Triyest - 1983). Nobel mükafatı laureatı Abdas Salamın iştirakı ilə təsis edilmişdir. 2019-cu ildə 90 ölkədən 1200 nəfər üzvü olmuşdur.

 

13. Ümumdünya Gənclər Akademiyası - GYA (Almaniya, Qallena - 2010)

 

14. Latın Amerikası Elmlər Akademiyası (ABŞ, San-Fransisko - 1982).

 

15. İslam Ölkələri Elmlər Akademiyaları - İAS (Omman, İordaniya - 1986).

 

57 ölkənin elmi təşkilatlarından ibarətdir.

 

16. Avropa Akademiyaları (London - 1988).

 

17. Avropa Elmlər İncəsənət Akademiyası (Avstriya, Zalsburq - 1990).

 

1700 nəfər üzvü vardır.

 

18. Avropa Elmlər Akademiyası (Belçika - 2003).

 

570 nəfər üzvü vardır. 15 nəfəri Nobel mükafatçısıdır.

 

19. Ərəb Elmlər Akademiyası (Livan, Beyrut - 2002).

 

20. Almaniya Gənclər Akademiyaları - YAR (2012).

 

Azərbaycanda akademiya tipli ilk elmi qurum XIII əsrdə, 1259-cu ildə görkəmli elm xadimi Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa Rəsədxanasıdır. Marağa Rəsədxanası universal akademik qurum olub, astronomiya ilə yanaşı, riyaziyyat, tibb, metafizika, fəlsəfə, xəttatlıq sair kimi elm sahələrinə dair tədqiqatlar aparılmışdır. XIV əsrdə təsis edilmiş, Rəşidəddinin rəhbərlik etdiyi Təbriz Daruş-Səfa Akademiya şəhərciyi universal fəaliyyət sahəsinə malik olub, bir çox elmləri təhsil sahəsini əhatə etmişdir.

 

Bundan başqa, ölkəmizdə elmin təşkilatlanması işinə yenidən XX əsrdə başlanılmışdır. Belə ki, 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq Tətəbbö Cəmiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının sələfidir. Daha sonra 1929-1932-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Elmi Tədqiqat İnstitutu kiçik akademik qurum modelində tədqiqatlar aparmış, aspirantura vasitəsilə yeni elmi nəslin hazırlanması işinə başlamışdır. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı artıq təşkilatlanmış elmi qurumlar idi.

 

Nəhayət, 27 mart 1945-ci ildə müstəqil elmi təşkilat kimi Azərbaycan Milli Elmlər Akademiyası yaradılmışdır. Akademik Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, Şamil Əzizbəyov Heydər Hüseynov vitse-prezidentlər, Mirəli Qaşqay akademik-katib seçilmişlər.

 

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər Elmlər Akademiyasının intibah dövrü hesab olunur. Bu illərdə Elmlər Akademiyasında mükəmməl elmi məktəblər yaranmış, elmimiz Sovetlər İttifaqının hüdudlarını aşaraq dünyada tanınmış yeni elmi nəsil yetişib formalaşmışdır. Təəssüf ki, Ulu öndər SSRİ-nin rəhbərliyinə getdikdən sonra bu inkişaf tempi qorunub saxlanılmamışdır. Hətta müstəqilliyin başlanğıc illərində Akademiyanı ləğv etmək  haqqında bəyanatlar səsləndirilmişdir. Ona görə 1983-1993-cü illər Elmlər Akademiyasının tənəzzül böhran dövrü hesab olunur. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətində yenidən siyasi hakimiyyətə qayıdışı ilə respublikanın digər sahələrində olduğu kimi, böyük dirçəliş prosesləri başlamış, ölkə maraqları ön mövqeyə çəkilmişdir. Ona görə 1993-2003-cü illər elm tariximizə Milli Elmlər Akademiyası quruculuğu mərhələsi kimi daxil olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-cü ildən başlanan mərhələ 2 dövrə ayrılır: 1. Modernləşmə inkişaf dövrü (2003-2021-ci illər); 2. Yeniləşmə islahatlar mərhələsi (2022-ci ildən). Hazırda Milli Elmlər Akademiyası Dünya Akademiyaları Cəmiyyətinin bərabərhüquqlu üzvü kimi Azərbaycan elminin milli maraqlarının bəşəri ideyalarının elmi cəhətdən daşıyıcısı funksiyasını yerinə yetirir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin dövlətçilik mənafelərinə xalqımızın milli maraqlarına xidmət etmək yollarında uğurla irəliləməkdədir.

 

Azərbaycan Milli Elmlər Akademiyası aşağıdakı beynəlxalq elmi təşkilatların üzvüdür: Beynəlxalq Türk Akademiyaları Birliyi (Astana), Beynəlxalq Elmi Şura (Paris), Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyası (İtaliya, Triyest), Asiya Elmlər Akademiyaları Elmi Cəmiyyətləri Assosiasiyası (Cənubi Koreya, Seul), Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası - MAAN (Minsk), Avrasiya Universitetlər Birliyi (İstanbul), Qafqaz Universitetlər Birliyi (İstanbul).

 

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının dünyanın adları aşağıda göstərilən ölkələrin Elmlər Akademiyaları ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələri vardır: Türkiyə, Çin Xalq Respublikası, Rusiya, İtaliya, Bolqarıstan, Belarusiya, Macarıstan, Ukrayna, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Polşa, Rumıniya, Özbəkistan, Tacikistan, Türkmənistan, Monteneqro, Yunanıstan, Pakistan, Vyetnam, Cənubi Koreya, Monqolustan, Misir Ərəb Respublikası, Əlcəzair s.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2025-ci il tarixli Sərəncamı ilə 80 illik yubileyi qeyd edilən Azərbaycan Milli Elmlər Akademiyası özündə Elmi Bölmələri Regional Elmi Mərkəzləri birləşdirən ali dövlət elmi təşkilatıdır.

 

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Humanitar Elmlər İctimai Elmlər, Fizika-Riyaziyyat Texnika, Kimya, Biologiya Tibb, Yer Elmləri Bölmələri, Naxçıvan Gəncə Bölmələri, 16 elmi-tədqiqat institutu, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, Şəki, Lənkəran Quba Regional Elmi Mərkəzləri, "Elm" nəşriyyatı fəaliyyətini davam etdirir.

 

Milli Elmlər Akademiyasında Azərbaycançılıq idealları, ədəbi-tarixi şəxsiyyətlərin yenidən tədqiq edilib dəyərləndirilməsi yollarında mühüm addımlar atılır. Qarabağın Qərbi Azərbaycanın öyrənilməsi, türkologiyanın ön mövqeyə çıxarılması prioritet istiqamətlərdir. Eyni zamanda XXI əsrin çağırışlarına uyğun olaraq, süni intellekt, rəqəmsal inkişaf, yaşıl transformasiyalar, elektron xidmətlər istiqamətləri akademik elmi dövriyyənin aktual istiqamətlərini təşkil edir. Yeniləşməkdə davam edən Milli Elmlər Akademiyası müstəqil dövlətimizin əsas elmi mərkəzi olaraq, çoxcəhətli elmi-təşkilati fəaliyyətini uğurla davam etdirməklə bərabər, sabahlara doğru inkişaf yollarında yeniləşmə proseslərinin mühüm addımlarını atır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmiz üçün müəyyən etdiyi prioritetlər hədəflər uğrunda dönmədən irəliyə doğru addımlamaq Milli Elmlər Akademiyasının qayəsini ana məqsədini təşkil edir.

 

Elmlər Akademiyasına malik olmaq ölkələrin elmi-texniki mədəni inkişafının əsas göstəricilərindəndir.

 

Elmlər Akademiyalarını inkişaf etdirmək ölkənin ümumi inkişafına təkan vermək deməkdir.

 

Doğma Milli Elmlər Akademiyamız, 80 yaşın mübarək!

 

21 oktyabr 2025-ci il

 

525-ci qəzet  2025.- 31 oktyabr (¹199).- S.14.