Sabir RüstəmxanlınınGöy Tanrıromanı rus dilində çap olundu

 

Azərbaycan xalq şairi Sabir RüstəmxanlınınGöy TanrıromanıAzərnəşrnəşriyyatı tərəfindən rus dilində çap olunub. Göy Tanrı inancı bu inancın kahinlərinin yaratdığı törə, yəni qanun mənəvi qaydalar-əsərin əsas ideya xəttini təşkil edir.

 

Tarixən dünyaya ya ərəb-İran, ya da Avropa prizmasından baxan bir çox qələm fikir adamlarından fərqli olaraq, Sabir RüstəmxanlıGöy Tanrı”da hadisələrə öz xalqının baxış bucağından yanaşır, türkün itirilmiş yaddaşını bərpa etməyə çalışır.

 

Əsərdə türk qövmünün mənşəyi ilə bağlı müəllifin çox maraqlı mülahizələri yer alır. O, qədim sivilizasiyalar haqqında ezoterik bilgilərdən bəhrələnərək, türklərin göy mənşəli, çox qədim bir sivilizasiyanın varisləri olduğunu iddia edir. Bu, sadəcə müəllifin təxəyyül məhsulu deyil, əsərdə bu fikirlərUlu xan Ata bitikçiadlı kitabı Oğuz xana şərh edən Ata Qamın dili ilə ifadə olunur.

 

WhatsApp Image 2025-10-30 at 13.18.24.jpeg (220 KB)

 

Müəllifin təqdimatında söhbət ezoterik ədəbiyyatdaAtlantidaLemuriyakimi tanınan, lakin məhv olmuş qədim sivilizasiyalardan gedir. Ata Qamın dilindən bu sivilizasiyalarla türk qövmü arasında mənəvi tarixi bağlar qurulması inanılası elmi-fəlsəfi əsaslarla təqdim olunur.

 

Beləliklə, “Göy Tanrıromanı yalnız bir ədəbi əsər deyil, həm türkün mənəvi köklərinə, ilkin dünyagörüşünə yaddaşına poetik-fəlsəfi dönüş cəhdi kimi dəyərləndirilə bilər.

 

525-ci qəzet  2025.- 31 oktyabr (¹199).- S.9.