Günay Əfəndiyeva: Azərbaycan ilə Qazaxıstanın tərəfdaşlığı həyatın müxtəlif istiqamətləri üzrə genişləndirilməkdədir

 

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevanın müsahibəsi

 

- Son günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri həm yerli, həm beynəlxalq medianın diqqət mərkəzində oldu. Siz bu səfərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

 

- Bilirsiniz, 2025-ci il oktyabrın 20-21-də cənab Prezidentin Qazaxıstana dövlət səfəri, ölkələrimizi birləşdirən ortaq dəyərlərin yeni ruhda inkişaf etməsinin daha da güclənməsinin göstəricisidir.

 

Eyni zamanda mən düşünürəm ki, Bakı Astana münasibətlərinə yalnız ikitərəfli tərəfdaşlıq prizmasından deyil, həm Türk dünyasının birgə gələcək strategiyasını müəyyən edən mühüm platforma kimi yanaşmaq vacibdir. Azərbaycanla Qazaxıstan əlaqələri ümumtürk birliyində xüsusi rola malikdirbiri Xəzərin qərb sahilində, biri şərqində, amma eyni kökdən gələn dəyərlərin, mədəniyyətin, əməkdaşlıq həmrəylik prinsiplərinin təmsilçiləri kimi.

 

- Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı iləOrta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı keçirildi... Bu layihə region üçün hansı yeni imkanlar vəd edir?

 

- Dünya gündəmindəki son hadisələr göstərdi ki, Orta Dəhliz təşəbbüsü artıq alternativ deyil, zərurətdir. Hər iki dövlət bu zərurəti anlayır çevik reaksiya verir.

 

Bilirsiniz ki, Orta Dəhliz layihəsi Asiya ilə Avropa arasında yükdaşımalarının sürətləndirilməsi, tranzit xərclərinin azaldılması logistika təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. Eyni zamanda, Orta Dəhliz Azərbaycan Qazaxıstanın tranzit potensialının daha yüksək səviyyəyə çıxarılması ölkələrimizin qlobal ticarət şəbəkəsində strateji mövqeyinin daha da möhkəmləndirilməsi baxımından da önəm daşımaqdadır. Bu marşrutun açılması, hər iki ölkəyə beynəlxalq layihələrdə daha aktiv iştirak imkanı yaradır.

 

Digər tərəfdən Orta Dəhliz layihəsi, bütövlükdə Türk Dövlətləri Təşkilatı region ölkələrinin iqtisadi inteqrasiyasını gücləndirən, enerji logistika sahəsində birgə investisiyaları stimullaşdıran, gələcək üçün qarşılıqlı fayda təmin edən əməkdaşlıq modelidir.

 

Belə düşünün ki, Orta Dəhliz, Böyük İpək Yolunun müasir bir davamıdır. Tarixdə olduğu kimi, bu yeni marşrut da yalnız malların deyil, ideyaların təcrübələrin paylaşılması kontekstində əhəmiyyət kəsb edir. Bu, Türk dünyası ölkələri arasında həyatın bir çox sferalarında daha sıx mübadilələrin aparılmasına imkan verir.

 

- Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dəstəyini ifadə etdi...

 

- Bəli. Ümumiyyətlə, səfər çərçivəsində gerçəkləşdirilən birgə mətbuat bəyanatında cənab Prezidentin vurğuladığı kimi, Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləmişdir.

 

2020-ci ilin noyabr ayını xatırlayıram, II Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə yenicə yekunlaşmışdı. Mən o zaman Türk Mədəniyyəti İrsi Fondunda çalışırdım. Biz Fondun mərkəzi qərargahında Qazaxıstandan gələn politoloq siyasi blogerlərdən ibarət nümayəndə heyətinin iştirakı ilə təşkilat tərəfindən nəşr olunan səfir, hüquq üzrə fəlsəfə doktoru, professor Namiq Əliyevin “XIX-XX əsrlərdə Cənubi Qafqaz üzrə beynəlxalq müqavilələr ermənilərin köçürülməsiadlı kitabının təqdimatını keçirdik. Qazax dostlarımızla birlikdə Azərbaycanın tarixi həqiqətlərini danışdıq, onların dünya ictimaiyyətinə çatdırılması imkanlarını müzakirə etdik.

 

Eyni zamanda, Qazaxıstanın Azərbaycana dəstəyi post-müharibə dövründə Qarabağın bərpası quruculuq proseslərində davam edib. Füzulidə Qazaxıstanın təşəbbüsü ilə açılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bizim köklərimizdən, qəlblərimizdən gələn qardaşlığın, tarixi bağlarımızın önəmli təcəssümüdür.

 

Okyabrın 21-də Qazaxıstanda mətbuata birgə bəyanatında cənab Prezident diqqətə çatdırmışdır ki, avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Azərbaycanın sülh addımına Qazaxıstanın dərhal öz müsbət reaksiyasını göstərməsi, ölkənin regionda sabitlik, təhlükəsizlik əmin-amanlığa verdiyi əhəmiyyəti vurğulayır.

 

Düşünürəm ki, bizim ortaq soy-kökdən gələn münasibətlərimiz bu gün praktiki layihələr ilə daha da möhkəmlənməkdədir.

 

Baxın, görün Prezidentin Qazaxıstan səfəri çərçivəsində qədər sənədlər qarşılıqlı şəkildə mübadilə olundu. Sənaye, energetika, nəqliyyat, birgə-investisiya, səhiyyə, rəqəmsal digər sahələrdə. Bu deməkdir? Yəni Azərbaycan ilə Qazaxıstanın tərəfdaşlığı həyatın müxtəlif istiqamətləri üzrə genişləndirilməkdədir.

 

- Günay xanım, Siz Azərbaycan ilə Qazaxıstan arasında birgə dəyərlərə söykənən münasibətlərin zamanla inkişaf edərək yeni mərhələyə qədəm qoymasından bəhs etdiniz..

 

- Bəli. Bir az əvvəl sizinlə qazax politoloqlarla bağlı bir epizod paylaşdım. Başqa bir misal çəkim. 5 il öncə, biz İspaniyada Türk dünyasının iki nəhəng simasıÜzeyir Hacıbəylinin 175 Abay Kunanbayevin 135 illiyinə həsr olunmuş poçt markalarını çap etdik onlar Avropa ərazisində dövriyyəyə buraxıldı. Niyə biz onları seçdik? Bilirsiniz ki, Üzeyir bəy Azərbaycan milli musiqi məktəbinin əsasını qoyan dahi bəstəkar olmaqla yanaşı, həm publisist dramaturq kimi görkəmli qələm sahibi idi. Eyni zamanda müasir qazax yazılı ədəbiyyatının banisi Abay, həm öz musiqilərini dombrası ilə müşayiət edən böyük bəstəkar idi. Yəni vurğulamaq istədiyim məqam budur ki, o bənzərliklər, oxşarlıqlar, xalqlarımızın ruh birliyindən irəli gəlir.

 

Bu gün istər mədəniyyət sahəsində, istər rəqəmsal dəhlizlər, enerji xətləri, logistika sahəsindəki birgə layihələr eyni missiyanı daşıyırbizi bir-birimizə daha da yaxınlaşdırmaq,  eləcə , ümumiyyətlə, Türk Dünyasını daha da gücləndirmək.

 

525-ci qəzet 2025.- 31 oktyabr (¹199).- S.4.