Ağdam Teatrının səhnəsində
fərqli üslubda tamaşa
Ağdam
Dövlət Dram Teatrının səhnəsində ilk dəfə
fərqli üslubda - multimedial tamaşa nümayiş ediləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin
premyerası oktyabrın
30-da olacaq.
Yazıçı-dramaturq İlqar Fəhminin “Şuşanı al bizimçün” pyesi əsasında ərsəyə
gələn eyniadlı
tamaşanın quruluşçu
rejissoru Racu Şıxlı, quruluşçu
rəssamı Müşfiq
Qarayev, işıq rəssamı Anar Şükürov, musiqi tərtibatçısı Azər
Şükürov, rejissor
assistenti Xaliq Abdullazadədir.
İkinci Qarabağ
müharibəsindəki hadisələrin
mənəvi-psixoloji aspektlərini
önə çıxaran
tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Afərdə Sabirqızı, Qalib Abdullazadə, Fərhad Fərhadzadə, Afaq Əliyeva, Nurşən Xudadatova, Camal Zamanov, Ülviyyə Qasımova, Zərifə Ağayeva, Sərdar Əlizadə və Behbud Əsgərov ifa edirlər.
Əsər 44 günlük Vətən müharibəsi dönəmində
arxa cəbhədəki
bir ailənin psixoloji travmalarından yaranmış gərginlik
və qarşılıqlı
ziddiyyətlərdən bəhs
edir. Müəllif pyesi 2020-ci ildə - müharibənin ilk 10 günlüyündə qələmə
alsa da quruluş
müəllifinin istəyi
ilə mövzuya Zəfəri, yəni müharibənin sonluğunu
da əlavə edib. Belə ki, R.Şıxlı müəlliflə birgə
yenidən əsər
üzərində işləyib,
rejissor yozumunda əsərin finalını
zəfərə qədər
gətirib çıxarıb.
Fərqli janrda
– psixoloji-ictimai-patriotik ailə
dramı olaraq öz səhnə həllini tapmış əsər ümumilikdə
müharibənin insan
hisslərində buraxdığı
dərin izlərin fərqli hadisələr və ruh halları
fonunda yaratdığı
təəssüratı korrekt
təqdim etməyə
çalışır.
Onu da qeyd edək ki, əsərin motivləri əsasında “Qarabağ Azərbaycandır!” adlı qısametrajlı kollaj-sənədli film də çəkilib. Filmin ideya müəllifi Məhəmməd Hüseynov, ssenari müəllifi və quruluşçu rejissoru Racu Şıxlı, montaj və təsvir rejissoru “Ümid” mükafatçısı Anar Əhməddir.
525-ci qəzet 2025.- 24 oktyabr
(¹ 194).- S.12.