İztirabdan xoşbəxtliyə
çəkilən dəmir yol...
Görkəmli ziyalımız Şahmar Əkbərzadənin
ruhuna ithaf olunur...
32 il əvvəl Ağdam işğal edildi... Torpaq
ağrısının bütün
ağrı-acılarını öz varlığında
daşıyan Şahmar Əkbərzadə, Qarabağın bir
gün yağı tapdağından mütləq azad
olunacağına o elləri-obaları inandırmaq
üçün 25 il əvvəl öz ruhunu Ağdam səmasına
göndərdi...
Özü deyirdi ki, “Ölüm də yalandır, itim
də yalan, Dünyada müqəddəs çevrilmələr
var”... Özünün müqəddəs çevrilmə
bucağından keçib Tanrıyla həmsöhbət
olmağa getdiyi günün 25-ci ilində, işğaldan azad
olunmuş Ağdam şəhərinə 33 ildən sonra
Bakıdan sərnişin qatarı yola düşdü... Bu
qatarın par-paraıldayan təkərləri Böyük
Ustadın qalaq-qalaq yığılmış Qarabağ
niskilini tapdaya-tapdaya getdi Bakıdan Ağdama...
Özcan Dəniz səhnədə partladı:
"Ən yaxın adamım məni yıxdı"
Leonardo Di Kapriodan şəxsi həyat və
yaşı barədə ETİRAFLAR
Müğənnilər sosial media reketçiliyində:
baş rolda Röya!
“Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların.”
Gözünüz aydın, Şahmar əmi... Həmişə
sükuta dalanda uzaqlara zillənmiş gözlərinizin
Qarabağa çəkdiyi yolun izində indi gözəl bir dəmir
yolu çəkilib... İndi bu xətt üzrə Ağdama,
Qarabağa yolçuluğa çıxanların vətən
həsrəti qatarların təkərlərinin
taqqltısında döyülüb üyünəcək, toz
olub çöllərə səpiləcək... Əvəzində
hər tərəfdə sevincin, sevginin çiçəkləri
açacaq... Hansısa bir payız günü,
özünüz demişkən, Sizdən küsmüş
Qarabağ daha unudub bütün inciklikləri...
Bakıdan Ağdama gedən ilk qatarın sərnişini
olmağa macal tapa bilmədim... Amma bu qatarla Ağdama gedənlər
arasında tanıdığım xeyli adam var ki, hər dəfə
Sizin adınız çəkiləndə, xatirəniz
danışılanda simalarında möhtəşəm bir
ifadə yaranır... Həmin o adamlar Sizin bir vaxtlar Mərkəzi
poçtdan Qarabağa göndərdiyiniz teleqramdakı sevgini,
həsrəti, duyğuları hərif-hərif o qatara
yığıb Ağdama apardılar...
Özünü budaqlardan asan meyvə payınız hərəsi
bir nəğməyə çevrilib... Güleyşə nar
yaxınlıqdan keçən qatarın kölgəsində
nazlanıb, səsində rəqs edirmiş kimi elə yellənir
ki, payızda bağrı çatlayanda dənələrindəki
sevgi tamını bütün Azərbaycan dada bilsin...
Arazın sahilində o taylı-bu taylı
çöllərdən yığdıqları
çör-çöplə Vətəni Vətənə
birləşdirən quşlar da Ağdama çatan qatarın
fit səsinə ürküşüb xoşbəxt-xoşbəxt
uçuşurlar indi: yuvalarını qurub başa
çatandan sonra dərdlərimizi Araza gömüb Təbrizə
yol açacaqlar sanki...
Bakıdan Ağdama yön alan dəmir yolu buradan Təbrizə
də uzanacaq bir gün... Sizin misralarınıza xitab edim:
Qoyun sevincimi selə döndərim,
Günümü uzadıb ilə döndərim,
Dəli həsrətimi külə döndərim,
Məni ötürməyə tələsməyin siz!
Sevinciniz selə dönür... Gününüz
uzanıb ilə dönür... Həsrət də, hicran da
külə dönür...Yolunuzu gözləyirik Ağdamda,
Şahmar əmi...
Teymur Zahidoğlu
525-ci qəzet .- 2025.- 3 sentyabr (¹157).- S.10.