Milli Gənc
Tamaşaçılar Teatrında 98-ci teatr
mövsümünün başlanması münasibətilə
görüş keçirilib
Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrında 98-ci teatr
mövsümünün başlanması ilə əlaqədar
kollektivin geniş tərkibli toplantısı keçirilib.
525.az-a bu barədə Teatrdan məlumat verilib.
Bildirilib ki, görüşdə teatrın direktoru
Naidə İsmayılzadə kollektivi yeni mövsümün
başlanması münasibətilə təbrik edib, yeni
yaradıcılıq uğurları arzulayıb. Direktor
növbəti ildə hazırlanacaq yeni səhnə əsərlərindən,
kollektiv iş prosesinin vacibliyindən söhbət
açıb.
“Ötən mövsümdə sənət
ocağı yeddi yeni tamaşa təqdim edib. Həmçinin
teatrın bölgə və festivallara uğurlu qastrol səfərləri
reallaşıb. Növbəti aylarda teatrımızda Mirzə
Fətəli Axundzadənənin “Hacı Qara” pyesi əsasında
eyniadlı səhnə əsərinin, eləcə də
uşaqlar üçün nəzərdə tutulan
“Küllücə” nağılı əsasında eyniadlı
tamaşanın məşqlərinin başlanılması nəzərdə
tutulur”, - deyə direktor əlavə edib.
Daha sonra teatrın rəhbərliyi və kollektivi əlbisə
sexinin işçisi Tamilla Əliyevanı 65 illik yubileyi
münasibətilə təbrik ediblər.
Toplantıda teatrın tərəfdaşları Səbail
Rayon İcra Hakimiyyətinin, Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqının,
“ZƏFƏR Şəhid Ailələrinə Dəstək”
İctimai Birliyinin, ''Böyük Qayıdış Gənclər
Təşkilatı'' İctimai Birliyinin nümayəndələri
iştirak ediblər.
Teatrın yaradıcı heyəti səmərəli fəaliyyətlərinə
görə tərəfdaşlar tərəfindən təsis
edilmiş diplom və mükafatlarla təltif olunublar.
Eləcə də 2025-ci ildə Azərbaycan Dövlət
Milli Gənc Tamaşaçılar Teatrı tərəfindən
təsis olunmuş “Alqış” mükafatı teatrın
ötən mövsümdə ən yaddaqalan və uğurlu
tamaşası “Şah Abbas Namə”nin yaradıcı heyətinin
bir hissəsinə təqdim olunub.
Qeyd edək ki, Milli Gənc Tamaşaçılar
Teatrı yeni mövsümü sentyabrın 19-da saat “Solğun
çiçəklər” tamaşası ilə açacaq.
525-ci qəzet .- 2025. - 4 sentyabr (¹158).- S.9.