Bərdədə “Ulu Öndərə
mənəvi borcum" kitabının təqdimatı olub
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü
və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində
Prezident təqaüdçüsü, Əmək qəhrəmanı
Tərlan Musayevanın "Ulu Öndərə mənəvi
borcum" və araşdırmaçı,
yazıçı-publisist Vaqif Osmanlının "Ulu Öndərin
"canlı əsəri" Tərlan" kitablarının
təqdimatı keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, "Ulu
Öndərə mənəvi borcum" adlı kitab Ulu
Öndərin anadan olmasının 102-ci ildönümünə,
"Ulu Öndərin "canlı əsəri" Tərlan"
kitabı isə Tərlan Musayevanın 70 illik yubileyinə
töhfədir.
Bərdə Peşə Təhsil Mərkəzində
təşkil olunan tədbirdə əvvəlcə Ulu Öndər
Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
İctimai Birliyin sədri Güllü Eldar Tomarlı təqdimatı
keçirilən kitablar haqqında geniş məlumat verib.
Bərdə Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələləri
şöbəsinin baş məsləhətçisi Səbuhi
Qasımov qeyd edib ki, belə kitabın nəşri qürurvericidir.
"Ulu Öndərə mənəvi borcum"
kitabı haqqında məlumat verərək Tərlan Musayeva
vurğulayıb ki, əsərdə Ulu Öndərin zəhmət
adamlarına verdiyi böyük qiymətdən söhbət
açılır.
Şair Aqşin Hacızadə Ulu Öndər Heydər
Əliyevin Tərlan Musayeva haqqında dediyi “Tərlan
bütün respublika gənclərinə nümunədir”
sözlərini xatırladıb və Tərlan xanıma həsr
etdiyi şeiri səsləndirib.
Rayon 2 nömrəli kitabxananın müdiri Nərgiz Cəfərova,
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin
direktoru Samir Nəcəfov və digər qonaqlar Tərlan Musayevanın
keçdiyi şərəfli ömür yolundan
danışıblar.
Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi
məktəbi ansamblının üzvləri musiqi nömrələri
ilə çıxış ediblər.
525-ci qəzet .- 2025. - 4 sentyabr (¹158).- S.9.