8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya
Festivalının açılışı olub
Sentyabrın 3-də Şirvanşahlar Sarayı
Kompleksində 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının
açılışı olub. Festival Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Kino
Agentliyinin, həmçinin “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi
ilə Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FILM”
MMC tərəfindən təşkil olunub.
“İNFONEWS” xəbər verir ki, festivalın
açılışının əsas hadisəsi
Çexiya, Slovakiya, Sloveniya və Fransanın istehsalı olan
“Sehrli bağdan nağıllar” (Tales from the magic garden) animasiya
filminin nümayişi olub. 2025-ci il filmi artıq 75-ci Berlin Beynəlxalq
Film Festivalında təqdim olunub.
“ANİMAFİLM” Beynəlxalq Animasiya
Festivalının direktoru, rejissor, prodüser, Azərbaycan
Animasiya Assosiasiyasının sədri Rəşid
Ağamalıyev təəssüratlarını
AZƏRTAC-ın müxbiri ilə bölüşüb:
“Festivalın açılışına bu qədər
insanın gəldiyinə görə çox minnətdaram və
özümü xoşbəxt hiss edirəm. Bu il bizə dəstək
olan hər kəsə təşəkkür edirəm!”.
“ANİMAFİLM-2025”in mövzusu “Pişiklər”dir.
Festivala 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62
ölkədən 317 film qeydiyyatdan keçib.
8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı
çərçivəsində animasiya filmlərinin
nümayişi, tədbirlər, ustad dərsləri, xarici və
azərbaycanlı mütəxəssislərlə
görüşlər, təqdimatlar və viktorinalar təşkil
olunacaq.
Festival sentyabrın 7-dək davam edəcək.
525-ci qəzet .- 2025.- 5 sentyabr (¹ 159).- S.10.