Milli
Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər
dövrü” sərgisi açılacaq
Sentyabrın 11-də Azərbaycan Milli Xalça
Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər
dövrü” adlı sərgi təşkil olunacaq.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Əməkdar
rəssam Faiq Əhmədin yaradıcılığını
əks etdirən sərgidə yer alan nadir xalçaların əksəriyyəti
ölkəmizdə tamaşaçılara ilk dəfə
nümayiş etdiriləcək.
Sərgidəki əsərlər bundan əvvəl
İslam İncəsənəti, Mədəniyyəti və
Dizaynı Muzeyi “Şanqri La” (Havay), San Luis Obispo İncəsənət
Muzeyi (Kaliforniya), Pensilvaniya İncəsənət və Dizayn
Kolleci, Tuleyn Universitetinin Nyukomb İncəsənət Muzeyi
(Nyu Orlean), Maraya İncəsənət Mərkəzi
(Şarjah), Arnem Muzeyi (Niderland) və İsveç Tekstil
Muzeyi (Boras) kimi nüfuzlu mərkəzlərdə göstərilib.
Ənənəvi Azərbaycan
xalçaçılığına innovativ yanaşması
ilə tanınan müasir rəssam Faiq Əhməd bu qədim
sənət növünü müasir düşüncə,
fəlsəfə və texnologiya ilə harmonik şəkildə
birləşdirir.
Sərgidə müəllifin tekstil sənətinə
yanaşmasını zaman və mədəniyyət kontekstində
dəyişiklikləri əks etdirən “Sosial anatomiya” (2016) və
“Sən bir sirsən” (2024) adlı videoçarxlar da
nümayiş olunacaq. Açılış mərasimində,
həmçinin rəssamın Almaniyada işıq üzü
görən “Faig Ahmed” adlı yeni kitabının təqdimatı
baş tutacaq. Nəşrdə xarici KİV-lərdə dərc
olunmuş rəssamla müsahibələr və onun
haqqında elmi məqalələr toplanıb.
Qeyd edək ki, rəssamın əsərləri indiyədək
Ağa Xan Muzeyi (Toronto), Corc Vaşinqton Universitetinin Tekstil
Muzeyi (Vaşinqton), Viktoriya və Albert Muzeyi (London), Viktoriya
Milli Qalereyası (Melburn), Roma Müasir İncəsənət
Muzeyi, Qədim və Müasir İncəsənət Muzeyi
(Tasmaniya) və dünyanın digər şəhərlərindəki
nüfuzlu sənət mərkəzlərində sərgilənib.
Eyni zamanda, müəllifin əsərləri Heydər
Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət
Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi
(Alabama), Elm və Tətbiqi İncəsənət Muzeyi
(Sidney), Çikaqo İncəsənət İnstitutu,
Los-Anceles İncəsənət Muzeyi və digər
tanınmış mədəniyyət müəssisələrinin
daimi kolleksiyalarına daxildir. 2007-ci ildən bəri ənənəvi
xalça naxışlarını müasir baxışla
yenidən şərh edən Faiq Əhməd bu silsilə əsərləri
ilə dünyanın müxtəlif ölkələrində
tamaşaçılar tərəfindən böyük rəğbətlə
qarşılanır.
Sərgi dekabrın 30-dək davam edəcək.
525-ci qəzet .- 2025.- 5 sentyabr (¹ 159).- S.10.