Finlandiyalı qonaqlar Azərbaycan
Milli Kitabxanasında olublar
Finlandiyanın
Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku
Kanqaspuro və institutun professoru, tədqiqatçısı
Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar.
Bu barədə
AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib
ki, görüş zamanı Milli Kitabxananın direktor
müavini Ədibə İsmayılova qonaqlara kitabxananın
elmi və mədəni fəaliyyəti, onun tarixi, zəngin
fondu və kolleksiyalar barədə geniş məlumat verib.
Qonaqlar
Aleksanteri İnstitutunun fəaliyyəti, Azərbaycanda
aparılan tədqiqatlar və institutun Rusiya, Şərqi
Avropa və Avrasiya üzrə həyata keçirdiyi milli və
beynəlxalq layihələr barədə danışıb,
institutun sosial və humanitar elmlər sahəsində
aparıcı tədqiqatlar və ekspertiza fəaliyyəti həyata
keçirdiyini, həm ölkə daxilində, həm də
beynəlxalq səviyyədə fəal əməkdaşlıq
etdiyini qeyd ediblər.
Söhbət
zamanı Azərbaycan ilə Finlandiya arasında mövcud olan
dostluq münasibətlərindən, qarşılıqlı əlaqələrinin
qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən
bəhs olunub.
Sonda
direktor müavini Ədibə İsmayılova qonaqlara Milli
Kitabxananın nəşrlərini hədiyyə edib.
525-ci
qəzet.- 2025.- 9 sentyabr, №161.- S.12.