İtaliyada Azərbaycan

Mədəniyyəti Həftəsi keçirilib

 

Sentyabrın 1-dən 5-dək İtaliyanın Kassine şəhərində Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib. Tədbir “Sən1Sən” Beyin Mərkəzi tərəfindən XVII əsrə aidPalazzo Mandrilli”də təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd ölkələrimiz arasında mədəni əlaqələrin gücləndirilməsinə Azərbaycan incəsənətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.

Mədəniyyət həftəsi ərzində bir sıra sərgilər baş tutub:

- Xalq rəssamı Arif HüseynovunQırmızı rəngin əfsanələriadlı fərdi rəsm sərgisi;

-IAAP-Titan dərəcəli fotoqraf Aydın MehdiyevinHəyatın rəngləriadlı fərdi fotosərgisi;

- Azərbaycanlı rəssamlarınMilli ruhadlı müasir incəsənət sərgisi;

- “Fəsillərdə Azərbaycan” – Azərbaycanlı fotoqrafların əsərlərindən ibarət sərgi;

-“Balaca sehr” – Azərbaycan İtaliya uşaqlarının rəsm sərgisi.

Ümumilikdə 5 gün ərzində 200-dək rəsm fotolar nümayiş etdirilib.

Belə sərgilər azərbaycanlı rəssam fotoqraflar üçün xarici əlaqələrin inkişaf etdirilməsinə dəstək verir.

Mədəniyyət həftəsi çərçivəsində keçirilən hər bir sərgi İtaliya Azərbaycan mətbuatında, həmçinin sosial mediada geniş işıqlandırılıb. Tədbirdə Kassine şəhərinin meri, Kassine ətraf şəhərlərdə (o cümlədən, Genoa, Milan, Turin) yaşayan azərbaycanlı həmyerlilərimiz, incəsənətə maraq göstərən İtaliya vətəndaşları xarici turistlər iştirak ediblər.

 

525-ci qəzet.- 2025.- 9 sentyabr, ¹161.- S.12.