Vidadi Əliyev: sənət

naminə yaşanan ömür

 

150 illik maraqlı tutumlu ömür yoluna malik Azərbaycan teatrının tarixi çoxsaylı sənətkar adları, sənət fədailəri ilə zəngindir. Lakin onların arasında elələri var ki, sənət yolunu sadəcə yaradıcılıqla deyil, həm böyük bir amalın daşıyıcısı olmaqla şərəfləndiriblər. Xalq artisti Vidadi Əliyev həmin sənətkarlar sırasında özünəməxsus yeri ilə seçilir. Onun bir aktyor rejissor kimi hələ sənətinin sənətçi ömrünün başlarından etibarən göstərdiyi fədakarlıq, milli teatr ənənələrinin qorunub saxlanması uğrunda əzmkar mübarizəsi zəngin yaradıcılıq yolu bu gün Azərbaycan mədəniyyətinin parlaq şərəfli səhifəsidir.

"Biz orada təkcə aktyor olaraq çalışmırdıq, yaradıcılıqdan başqa, həm İrəvan teatrının təəssübünün keşikçiləriydik. Hər cür fədakarlıq edirdik ki, teatrı ayaqda saxlaya bilək" - İrəvandan danışır qocaman sənətkar. Azərbaycanın əzəli, əbədi torpağı, milyonlarla yurddaşımızın həm soykökü, həm bitib-tükənməyən həsrəti olan İrəvandan... Axı Vidadi Əliyevin həm ömür yolu, həm yaradıcılıq yolu İrəvana, oradan didərgin gələn Vidadi müəllim kimi fədailərin alın təri, yorulmaz əməyi, gərgin əsəbləri sayəsində varlığını bu gün davam etdirən İrəvan Teatrına əbədi bağlanıb.

V.Əliyev səhnəyə yalnız rollar gətirməyib, Azərbaycan incəsənətinə təkcə bir-birindən maraqlı, unudulmaz obrazlar bəxş etməyib, həm bir teatrı, bir mədəniyyət ocağını dağıntıların altından çıxarıb yaşadıb. Çətin dövrlərdə sənətin, xalq yaddaşının, milli dəyərlərin keşiyində dayanmaq böyük hünər idi bu hünərin adı Vidadi Əliyevdir.

1945-ci ilin 1 sentyabrında Ağstafanın Göycəli kəndində doğulub. Bu, elə bir kənddir ki, orada "tamaşa" sözü, "teatr" adı yad, uzaq bir məfhum idi. Özü bir müsahibəsində deyir: "Bir gün müəllimlərin bir söhbətinə şahid oldum. Danışırdılar ki, vaxtsa kəndə gələn müəllimlərdən biri burada "teatr çıxardıb". Özü tövlədə. Klub yox imiş. Mən o müəllimi , teatrı da görməmişdim, yaşımdan çox qabaq olubmuş. Amma bunu eşidəndən sonra fikirləşirdim ki, görəsən, biz tamaşa göstərə bilərikmi? Tamaşa görməmişəm, teatr necə olur bilmirəm..."

Beləcə, məktəbli oğlanın könlündə, düşüncələrində, xəyallarında heç bilmədiyi, görmədiyi bir dünya ilə tanışlıq arzusu baş qaldırır. Bu arzu elə ürəkdə qalmır, əlbət. Böyüyür, pöhrələnir, öncə öz kəndlərində, sonra ətraf rayonlarda, sonra Bakıda, sonra İrəvanda yaxın-uzaq məmləkətlərdə öz sahibinin adını hər zaman fəxrlə, fərəhlə tanıdır, onu bir ölkənin ən nəhəng sənətkarlarından birinə çevirir.

1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram kino aktyorluğu fakültəsini bitirən gənc aktyor özü kimi bir neçə tələbə yoldaşı kurs rəhbəri Nəsir Sadıqzadə ilə birlikdə İrəvana yola düşür. Elə həmin ildən etibarən onun həyatı əbədiyyən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına bağlanır. Məhrumiyyətlər, təzyiqlər, qısnamalar, yoxluqlar içərisində var qüvvəsi ilə ayaqda durmağa çalışan teatra sütun əvəzi öz çiynini dayayanlardan olur Vidadi Əliyev. İstər İrəvanda - ermənilərin qısnaqları, təzyiqləri altında, istərsə Bakıda - yersiz, yurdsuz, qərblikdə bir an olsun mədəniyyət ocağını kimsəsiz buraxmır, "əlini əlindən çəkmir". Düz 21 il İrəvanda yoxluq içərisində varı yaşatmaq əzminə heyrətdən sonsuz sayğıdan başqa demək olar ki?!

1988-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının çətin, amma şərəfli Bakı dönəmi başlayır. Ermənistanda Azərbaycan teatrının bazası, maddi imkanları əlindən alınmışdı, kollektiv dağılmaq təhlükəsi ilə üz-üzə idi. Elə bir məqam idi ki, hamı çıxılmazlıq içində idi. Amma Vidadi Əliyev ümidsizliyə təslim olmadı. O, həmkarlarını bir araya topladı, "teatr yaşamalıdır" amalını rəhbər tutdu.

1988-2000-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru bədii rəhbəri olan sənətkar burada təkcə rəhbərlik etmirdi, özü demiş "ən xırda işlərdən, texniki işləri - hər şeyi özü edirdi. Hər işə can yandırırdı".

İlk illərdə binası vardı, texniki imkanları. Lakin Vidadi müəllimin iradəsi sənət eşqi kollektivin ruhunu diri saxladı. Onlar səyyar tamaşalar göstərir, az aktyor heyəti ilə böyük işlər görürdülər. Teatr həm klassik əsərləri, həm müasir mövzuları səhnəyə gətirməklə yaşamağa davam etdi. Bu illər Azərbaycan mədəniyyət tarixinə teatrın ayaqda qalmaq mübarizəsi kimi yazıldı həmin mübarizənin önündə Vidadi Əliyev dayanırdı.

Vidadi Əliyev yalnız rəhbər, təşkilatçı deyil, həm aktyor kimi Azərbaycan teatrına dəyərli miras qoyub. Balaşdan ("Sevil") başlayaraq Əsgərə ("Arşın mal alan"), Volodkadan ("Tribunal") Savalanadək ("Məhv olmuş gündəliklər") yaratdığı rollar onun sənət palitrasının zənginliyini göstərir. Hər obrazın arxasında bir insan taleyi, bir psixoloji çalar dayanırdı. O, səhnədəki qəhrəmanlarını həmişə həyatın içindən gətirir böyük ustalıqla özləşdirirdi.

Onun aktyorluğunda xüsusi bir səmimiyyət var. Tamaşaçı oynadığı obrazı deyil, sanki o insanın özünü görür. Bu, həm istedadın, həm zəhmətin, həm zəngin təcrübənin müşahidənin bəhrəsidir. Vidadi Əliyev obrazlarını heç vaxt şablonla yaratmayıb. Hər detalı ilə, hər jesti ilə, hətta səs tonunun seçimi ilə obrazları həyatilik qazanıb.

Moskva teatr məktəbində aldığı rejissorluq təhsili Vidadi Əliyevin yaradıcılığına yeni üfüqlər açdı. Onun quruluş verdiyi tamaşalar - "Mənim qayınanam", "Nəsrəddin", "Məhəbbət yaşayır hələ" başqaları Azərbaycan teatrında yeni bir nəfəs kimi qəbul olundu.

Rejissor kimi o, simvolizmə üstünlük verirdi, səhnədə sadəlik səmimiyyət axtarırdı. Onun tamaşalarında hər detal - dekor, musiqi, işıq - obrazın bir hissəsinə çevrilirdi. Aktyorlardan tələb etdiyi əsas cəhət isə təbiilik idi. O, səhnədə süni pafosu sevmirdi. Replikanın təbii danışıq kimi səslənməsini, jestlərlə söz arasında harmoniya yaranmasını istəyirdi bunu əldə edənə qədər dayanmırdı, vaz keçmirdi.

Vidadi Əliyev həm yenilikçidir. O, klassik əsərlərə belə, müasir baxışla yanaşır, tamaşaçıya düşündürən yozumlar təqdim edirdi. Məsələn, 20 Yanvar faciəsinə həsr etdiyi tamaşada xalqın qəhrəmanlıq ruhunu simvolik detallarla çatdırmaqla yanaşı, obrazların psixoloji dərinliyinə xüsusi yer ayırmışdı.

Teatrla yanaşı, kino da Vidadi Əliyevin yaradıcılığında mühüm yer tutur. O, görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 1978-ci ildə yazıçı Maqsud İbrahimbəyovun "Bayquş gəlmişdi" povesti əsasında quruluş verdiyi "Bayquş gələndə" filmindəki Kamil obrazı ilə ekran həyatına başladı. İkinci planda nəzərdə tutulan bu rol aktyorun səmimiyyəti yüksək peşəkarlığı sayəsində tamaşaçının yaddaşına həkk olundu. Sonrakı illərdə "Cavid ömrü"ndəki Natiq, "Doğma sahillər"dəki Ovçu Bədəl, "Küçələrə su səpmişəm"dəki Əziz kişi digər rolları ilə kino tariximizdə silinməz iz qoydu.

Kinoda canlandırdığı personajlar əsasən dramatik idi, lakin o, hər obrazı insaniliyi ilə sevdirməyi bacarırdı. Onun qəhrəmanlarında təmtəraq yox, həyatın acısı, sevinci, dərdi, ümidləri vardı. Bu da onun aktyor kimi ən böyük üstünlüyü idi.

Vidadi Əliyevi fərqləndirən əsas cəhət onun sənətə təmənnasız bağlılığıdır. O, teatrı heç vaxt sadəcə yeri hesab etməyib. Onun üçün teatr ailədir, ocaqdır. Zərurət yarananda fəhlə işi görüb, dekor da daşıyıb. Çünki bu mədəniyyət ocağı onun varlığının bir parçası idi. Ailə demişkən, Vidadi müəllim öz yarını, ömür gün yoldaşını da məhz teatrda, sənət məbədinin divarları arasında tapıb. Xalq artisti Elmira İsmayılova onun səhnədəki ən gözəl tərəf-müqabili, sənətdəki ən yaxın dostu, həyatdakı əvəzsiz həmdəmidir. Bu izdivac təkcə teatr üçün deyil, bütünlükdə Azərbaycan mədəniyyəti, incəsənəti, tele-jurnalistikası üçün uğurlu oldu. İki böyük sənətkarın ailəsində dünyaya göz açan, sənət eşqi ilə yoğrulan Oqtay Əliyev Elçin Əlibəyli sonralar öz adlarını Azərbaycan incəsənət tarixinə elə həkk etdilər ki, bəzən hətta onlar böyük aktyor kimliklərindən əlavə, "Oqtay Əliyevin atası", "Elçin Əlibəylinin anası" kimi tanındılar. Bir valideyn üçün bundan böyük fərəh varmı?! yazıq ki, mərhum rejissor, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin həyatı yarıda qırıldı, amma mədəniyyətimiz, incəsənətimiz üçün gördüyü onu heç zaman unutdurmayacaq işlər həm valideynlərinə, həm bizə təsəllidir, şübhəsiz.

Bu günlərdə böyük sənətkarın 80 illik yubileyi tamam olur. Bu yubiley təkcə bir aktyorun yaşı deyil, həm Azərbaycan teatrının tarixi yolunun bir mərhələsidir. Çünki Vidadi Əliyevin ömrü teatrın ömrü ilə qovuşub.

Bu gün qocaman sənətkar səhnəyə baxanda yalnız keçmiş rollarını deyil, həm ömrünün mənasını görür. Onun 80 illik yubileyi tamaşaçıların, həmkarlarının, sənətsevərlərin minnətdarlıq günüdür. Minnətdarlıq ona görə ki, o, bu səhnəni tək qoymadı, teatrı taleyin amansız burulğanlarından çıxardı, yeni nəslə miras qoydu.

Vidadi Əliyev haqqında yazmaq, təkcə bir aktyorun portretini yaratmaq deyil. Bu, həm Azərbaycan teatrının son onilliklərdə keçdiyi çətin şərəfli yolun hekayəsidir. Onun ömrü, sənəti, mübarizəsi milli yaddaşımızın bir parçasıdır.

Səhnənin tozunu nəfəsinə qatmış, hər rolunu ömründən pay etmiş bu sənətkarı tamaşaçılar sadəcə aktyor kimi deyil, həm sənətin fədaisi kimi sevirlər. Onun adı ilə teatr tariximizin bütöv bir səhifəsi bağlıdır.

Ona görə bütün məsuliyyətimlə deyirəm ki, Vidadi Əliyevin 80 illiyi həm Azərbaycan mədəniyyətinin bayramıdır. Çünki belə sənətkarların ömrü bizim milli yaddaşımızı yaşadır, sənətimizin işığını gələcəyə daşıyır.

Məncə, Vidadi müəllim kimi sənətkarlar qədər yaşasalar, azdır. Ona görə ona möhkəm cansağlığı, uzun ömür arzu edirəm!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2025.- 6 sentyabr, №160.- S.9.