Yeni nəşr:
"Aşıqlar Qərbi
Azərbaycanı tərənnüm
edir"
"Ozan Dünyası"
Aşıq Yaradıcılığının
Təbliği İctimai
Birliyinin həyata keçirdiyi "Aşıqlar
Qərbi Azərbaycanı
tərənnüm edir"
adlı layihə çərçivəsində hazırlanmış eyniadlı
kitab işıq üzü
görüb. Bu gün
aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına
dəstək məqsədi
ilə hazırlanan kitabda XVII əsrdə yaşamış Dərdli
Nəsibdən üzübəri
günümüzədək ustad aşıqların poetik yaradıcılığından
seçmələr - Qərbi
Azərbaycandakı yer-yurd
adlarını, bu qədim torpaqlarımızda
yaşamış soydaşlarımıza
qarşı zaman-zaman ermənilərin
törətdikləri vəhşilikləri
əks etdirən şeirlər toplanıb.
"Ozan Dünyası"nın
sədri, Əməkdar
mədəniyyət işçisi
Musa Nəbioğlu bildirib
ki, "Bakı Mətbəəsi"
ASC-də nəfis tərtibatla çap olunmuş kitaba daxil edilmiş şeirlər bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyası
mənzərəsi; bütün
dövrlərdə baş
vermiş erməni zülmü və təcavüzünün əks
olunması; tarixi yer-yurd adları ilə zəngin olması; ermənilərin
zaman-zaman xalqımıza qarşı
törətdikləri vəhşiliklərin
təsviri; erməni zülmünə qarşı
mübarizə aparmış
mərd və mübariz igidlərimizin tərənnümü və sair.
Kitab Qərbi Azərbaycanın aşıq
sənətinin ilk beşiklərindən
biri olmasına diqqət yönəltməklə
yanaşı, həm də bu tarixi
torpaqlarımızdakı yer-yurd
adlarımızın öyrənilməsi
baxımından da əhəmiyyətlidir.
Layihənin rəhbəri
M.Nəbioğlu, kitabın elmi redaktoru ADPU-nun prorektoru,
professor Mahirə Hüseynova,
elmi məsləhətçi
Azərbaycan Aşıqlar
Birliyinin sədri, Əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı,
rəyçi ADPU-nun Ədəbiyyat
kafedrasının müdiri,
dosent Razim Məmmədlidir.
Yaxın günlərdə
kitabın təqdimatı
keçiriləcək və
müvafiq təşkilatlara
pulsuz paylanılacaq.
525-ci qəzet. - 2025.- 11 sentyabr
(№162).- S.9.