Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə
tanıdılır
Türkiyədəki Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi
ilə Azərbaycan uşaq yazarı, professor Solmaz Amanovanın “İlmənin
macəraları” kitabı
Türkiyə türkcəsinə
tərcümə edilərək
Ankarada nəşr edilib.
AZƏRTAC xəbər verir ki, layihə
Azərbaycan uşaq ədəbiyyatının qardaş
ölkədə tanıdılması
və uşaqlar arasında mədəni körpülərin qurulması
məqsədilə həyata
keçirilib.
Qeyd edək
ki, “İlmənin macəraları” kitabı
uşaqlara yazıb-oxumağı,
hesablamanı öyrətməklə
yanaşı, Azərbaycanın
zəngin mədəniyyəti,
tarixi, təsviri incəsənəti, habelə
gələcək nəsillərin
intellektual inkişafı
üçün maraqlı
mənbədir.
Əsərin baş qəhrəmanı
İlmə – inadkar, ağıllı və daim öyrənməyə
can atan bir uşaqdır. Onun gündəlik macəraları vasitəsilə
oxucular müxtəlif
dəyərlərlə tanış
olur və həyatı kəşf edir.
Kitabda dostluq,
dürüstlük, mərhəmət,
ailə sevgisi kimi insani dəyərlər
sadə, uşaqların
anlayacağı dildə
təqdim olunur. Rəngarəng illüstrasiyalar
isə balaca oxucuların təxəyyülünü
canlandırır, hekayələri
daha da yaddaqalan
edir.
“İlmənin macəraları” kitabı
Türkiyə türkcəsinə
tərcüməçi, pedaqoq,
Konya Selcuq Universitetinin dosenti Təranə Həşimova
tərəfindən çevrilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, nəşrin Türkiyənin xalq, uşaq kitabxanalarına, aparıcı məktəblərin kitabxanalarına hədiyyə edilməsi nəzərdə tutulur.
525-ci qəzetş - 2025.- 11 sentyabr
(¹162).- S.9.