Bir Elçin vardı ...yenə var

 

Xalq yazıçısı Elçinin vəfatının 40-cı gününə

 

Zaman axar su kimidir, bir göz qırpımında keçib gedir. Xalq yazıçısı Elçinin isə zaman anlayışına maraqlı münasibəti vardı. Müxtəlif illərdə qeyd olunan yubileyləri ilə əlaqədar verdiyi müsahibələrdə illərin, yaşın, zamanın vaxt, necə gəlib keçdiyindən heyrətə gəldiyini, söhbətlərimizin birində isə vaxtın sürətinin əvvəlki dövrlərə nisbətən çox artdığını, səhərin açılması ilə axşamın düşdüyünü dilə gətirib. Elçin vaxtla bağlı mülahizələrində həmişə bu cümləni özünəməxsus təbəssümlə təkrar-təkrar işlədərdi: hər şey zamana baxır, zaman heç nəyə baxmır! 41 gün əvvəl onunla üzbəüz, yaxud telefonla danışanlar bu gün Elçin haqqında xatirələrini bölüşür, onu dərin hüznlə, ehtiramla yad edirlər...

Həmişə Elçinin ömür yolundan, ədəbi, tənqidi irsindən, əsərlərinin mövzusundan, ideya, məzmunundan, aktuallığından, sənətkarlıq problemlərindən yazmışam. Bu dəfə...

Ötən 40 gün ərzində əziz unudulmaz dostumun vəfatı ilə bağlı yaxından-uzaqdan ünvanıma daxil olan çoxsaylı telefon zənglərində, mesajlarda mərhuma tükənməyən sevgi , başsağlığı da, Elçinlə bağlı xatirələr , yaradıcılığına münasibətdə vardı. Elə bilirəm ki, Elçinin vəfatının 40-ı ərəfəsində onları oxucuların diqqətinə çatdırmaqla mərhumun da ruhunu şad etmiş olarıq.

 

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Tofiq Məlikli:

 

- 60 illik ürək dostumun qəfil vəfatı xəbəri məni dərindən sarsıtdı, xeyli müddət özümə gəlmədim. İlk tanışlığımız, Moskvada birgə keçirdiyimiz günlər, görüşlər, ailə tədbirlərimiz gözümün önündən kino lenti kimi keçdi. Xəstəliyini bilirdim. Hərdən zəngləşir, bir-birimizdən hal-əhval tutur, zarafatlaşırdıq. Bizim münasibətlərimiz "dost" anlayışının ötəsində idi... Üzülərək, kədərlə bildirirəm ki, səhhətimdə yaranan problemlər Elçinin dəfnində iştirakıma mane oldu. Gücüm bu ağrılı səhnəni - dəfn mərasimini televizorda izləməyə telefonda sizinlə bölüşməyə çatdı.

Mənim nəzərimdə sadiq dostum Elçin ədəbiyyatımızın, mədəniyyətimizin ən parlaq simalarından biridir. O, daxilən , zahirən çox zəngin, görkəmli şəxsiyyət idi yaddaşımda da, gözümün önündə əbədiyyən belə qalacaqdır.

 

 

 

Filologiya elmləri doktoru, professor Əli Yavuz Akpinar (Türkiyə):

 

 - Möhtərəm Abid bəy! Elçin bəyin vəfatını öyrəndikdə çox sarsıldım, içimə hüzn çökdü. Onunla ilk tanışmamızı xatırladım. Məni onunla tanışdıran Anar bəy olmuşdu. İndi tam olaraq ilini xatırlamıram, amma 1977-1978 olmalı. Bir axşam məni Elçin bəyin evinə yeməyə dəvət etdilər. İçəri girib xoş-beş etdikdən sonra mükəmməl bir şəkildə hazırlanmış süfrəyə oturduq. Elçin bəy əlinə qədəhi alıb: "Yavuz bəy, Azərbaycan milliyyətçilərinin arasına xoş gəlmişsiniz!" deyincə donub qaldım. Sovet dönəmində böylə bir cümləylə söhbətə başlamaq deməkdi?

 

Sovet Azərbaycanına bir neçə dəfə gedib-gəlmişdim. Artıq bəzi şeyləri qavramış, mühitə duruma görə uyğun davranmağı, danışmağı öyrənmişdim, amma "KQB"nin divarda da qulağı var!" sözü ağlımdan çıxmırdı. Azərbaycan ədəbiyyatı üzərində çalışırdım. Azərbaycana gedib-gəlməmi təhlükəyə atacaq bir şey söyləməməyə, tərs bir şey yapmamaya çalışırdım. Zatən hər gəlişimdə viza alma işində bir çox zorluqla qarşılaşırdım. Gedib-gələndə Türkiyədə "MİT" (Milli İstihbarat Təşkilatı), Sovetlərdə isə KQB zatən məni xeyli sıxışdırır, üstümü-başımı arayır, gətirib-götürdüyüm kitabları ələk-vələk edirdi. Bəzən yamanca qorxur, bir daha buraya gəlməyəcəyimi deyirdim, amma sonra hisslərim ağlıma qalib gəlir, yenidən yola düşürdüm...

... "Elçinin sözünə cavab verim" - deyə düşünərkən bütün bunlar bir andaca ağlımdan gəlib keçdi. Azərbaycanda "milliyyətçilikdən" belə açıqca söz edildiyini ilk dəfə duyurdum. Sözlər tam mənim ürəyimcə idi, amma Sovet zamanı kimsə ilk qarşılaşdığı adama belə bir söz söyləməzdi. edim? Bir tərəfdən sevinmiş, bir tərəfdən çaşıb qalmışdım. Anar bəyi ailəsiylə tanıyırdım. İlyas Əfəndiyev haqqında xeyli məlumatım vardı. Bu açıdan baxınca bu sözü deyən insanın səmimiyyətindən şübhə edə bilməzdim, amma Elçin bəylə ilk qarşılaşmamız idi. Qısa bir müddət səssiz qaldım. cavab verəcəyimi düşündüm. Elçin bəyin söhbətə belə başlaması, mənim haqqımda məlumat sahibi olduğunu da göstərirdi. Anar bəyin üzünə baxdım, xəfif bir gülümsəmə, gözlərində sevgi parıltıları vardı. Bu, mənə açıqdanışma cəsarəti verdi.

Azərbaycanda, başda Abbas Zamanov olmaq üzrə bir neçə insan xaric, heç kimlə siyasi, sosial, kültürəl, ədəbi mövzularda açıq, səmimi bir söhbətim olmamışdı. Mənə Türkiyədəki Azərbaycan mühacirlərinin taleyi, əsərləri, ailələri sair haqqında suallar verdilər. Bildiyim ölçüdə cavablar verdim. Türkiyənin siyasi, kültürəl durumu, bəzi yazarlar sair haqqında xeyli söhbət etdik. O gündən sonra Elçin bəyə , Anar bəyə duyduğum sayğı sevgi heç azalmadan davam etdi...

Sonrakı gedişlərimdə, necə oldusa, Elçin bəylə çox qarşılaşmadım. O "Vətən" Cəmiyyətinə rəhbər gəlincə görüşlərimiz yenidən başladı. Onun imkanı daxilində, bu Cəmiyyət mənə Azərbaycanda qarşılaşdığım zorluqlarda yardım edir, ehtiyacım olan bir çox kitabı təmin edib verir ya Türkiyəyə göndərirdi. Mən Elçin bəyə Türkiyədən istədiyi bəzi əsərləri göndərirdim. Heç unutmuram, Bakıda Elçin bəyə Rəsulzadənin "Dünya" qəzetində çıxmış "Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri"ndən söz etmişdim. Çox ilgi göstərdi, göndərməmi istədi. Fotosurətlərini göndərdim, o da Bakıda yayımladı.

2007-ci ildə bir neçə tələbəmlə Azərbaycan mətbuat tarixi haqqında material təmin etmək için Bakıya getmişdik. Kitabxanalarda ilk Azərbaycan qəzetlərinin dijital rəsmlərini çəkməyimizə izn vermədilər. O zaman Baş nazirin kültürəl işlər üzrə yardımçısı olan Elçin bəylə, Abid Tahirli vasitəsi ilə görüşmək imkanı buldum. Azərbaycan qəzetləri haqqında yüksək lisans, doktorluq işləri yapdırmaq istədiyimi, bunun üçün, başda "Ziya" olmaqla, "İrşad", "Tərəqqi" kimi qəzetlərin dijital nüsxələrinə ehtiyacım olduğunu söylədim. "Çox iyi fikir, əlbəttə, yardımçı olurum", - dedi onun sayəsində bir çox qəzetin dijital kopyasını aldıq. Beləcə tələbələrim "Şərqi-Rus" "İrşad" qəzetinin tam mündəricədə təqdimatını hazırladılar. Daha öncə Yaqub Sevimli "Həyat"ın, Səlcuq Türk Yılmaz isə "Şərqi-Rus" qəzetinin tam təqdimatını hazırlamışdı. Maaləsəf, "Ziya", "Kəşkül" digərlərinə imkan olmadı. Amma o zaman Elçin bəy vasitəsi ilə əldə etdiyim bəzi bəlgələr Cəlal Ünsizadənin Türkiyədəki həyatı fəaliyyəti haqqında araşdırmamı tamamlamağıma imkan yaratdı.

Elçin bəy "Vətən" Cəmiyyətində çalışarkən Türkiyəylə, İran türkləriylə yaxından ilişkilər qurdu, toplum olaraq bir-birimizi daha yaxşı tanımağımıza, bir-birimizə yaxınlaşmağımıza xidmət etdi. Türkiyəyə səfərlərində Azərbaycanı ləyaqətlə təmsil edirdi. Onunla Çeşmə bələdiyyəsinin rəisi Nuri bəyin söhbətini xatırlayıram. Uzun-uzadı Türk tarixindən, Yörük Türkmən kültüründən, gələnəklərdən söhbət etmişlərdi. Elçin bəyin dadlı, insanı inandıran, qarşısındakını təsirləndirən həyəcanlandıran bir danışıq tərzi vardı. Nuri bəy heyranlıqla onu dinləmiş, "Ah, olardı, Türkiyədə Sizin kimi aydınlarımız olaydı!" - deyə iltifat etmiş, heyranlığını dilə gətirmişdi.

 

Elçin bəyi gələcək nəsillər vətən millətinə etdiyi xidmətlərlə, onları tərbiyə edəcək bədii əsərləriylə tanıyacaq, sevəcəklər. Məkanı cənnət olsun, nur içində yatsın!

 

 

Filologiya elmləri doktoru, professor Nizami Tağısoy:

 

- Elçin İlyas Əfəndiyev ocağına, əslinə-nəslinə, ədəbiyyatımıza başucalığı gətirən, onun yaradıcılıq diapazonunu genişləndirən zənginləşdirən yazıçı kimi çox mühüm işlər görüb. Mən onun yaradıcılığına dəfələrlə müraciət etmiş, bədii, ədəbi-tənqidi irsi barədə çox sayda əsər qələmə almışam. Elçin qüdrətli yazıçı olmaqla yanaşı, peşəkar, ustad tənqidçi idi. Odur ki, onun əsərlərindən yazmaq, onları təhlil etmək, dəyərləndirmək tənqidçidən ikiqat məsuliyyət, zəngin, geniş elmi-nəzəri bilik, bir cəsarət tələb edir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, xoşbəxtlikdən, Elçin onun haqqında qələmə aldığım bütün məqalələrdən razı qaldığını məmnuniyyətlə dilə gətirir təqdir edirdi.

Elçin, ümumiyyətlə, istər şəxsi söhbətlərində, istərsə ədəbi polemikalarında çox səmimi idi, bir məsələ ətrafında fikir mübadiləsi, müzakirə başlayan andan o, dövlət xadimi olduğunu sanki unudurdu. Elçinin itkisi təkcə ailəsini, doğmalarını yox, ədəbiyyatı, sənəti sevənlərin hamısını sarsıtdı. Ruhu şad olsun!

 

 

Filologiya elmləri doktoru, professor Rüstəm Kamal:

 

- Elçinin vəfatı ürəyimi sızlatdı. Onun bədii publisistik, elmi-nəzəri irsi ədəbi xəzinəmizin bənzərsiz nümunələridir. Hərdən Elçinin Sovet dövründə müstəqillik illərində qələmindən çıxan yazıları müqayisə etməyə çalışıram. Forma, üslub, janr baxımından müəyyən fərqlər tapmaq olur, lakin ideya məzmun qalır: millətə, sənətə xidmət! Yaxşı xatırlayıram, müsahibələrinin birində demişdi ki, mən ilk qələm sınaqlarından bu günə qədər yazdıqlarımın hamısının altında imzamı yenidən atmağa hazıram. Açığını deyim ki, Sovet rejimi dönəmində yazıb-yaradan hər yazıçı, hər şair bu addımı atmağa cəsarət etməz. Elçin bütün dövrlərdə vicdanının səsi ilə yazmışdır. O, nəsillərə örnək sənətkardır.

 

 

Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə:

 

- Əziz hörmətli Abid müəllim, Elçinin vəfatı ilə bağlı "525-ci qəzet" "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyiniz hüzn, kədər dolu yazınız məni çox duyğulandırdı. Başlıq çox dəqiqdir: "Ədəbi sözü, əbədi izi qaldı..." Yəni o aristokrat yazıçımız bu dünyadan köçsə , əbədi olaraq izi qalır. Bu, hər kəsə müyyəsər olmayan sonluqdur bu, sonluq deyil, ömrün davamıdır. Təsəllimiz, təskinliyimiz ondadır ki, qəfil ölüm Elçin irsini, sözünü, qüdrətini apara bilmədi. Belə işıqlı aydınlar hər səhər, hər gün yenidən doğulanlar sırasındadır. Elçin həm insan, həm yazıçı, həm ailə başçısı, həm dost, həm dövlət xadimi kimi ən yüksək sözlərə layiqdir. Yeri behişt olsun!

 

 

Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu:

 

- Abid müəllim, acılarınıza şərikəm. Axı söhbət 60-cı illərdən bura qədər ədəbiyyatımızı daim irəli aparan böyük yazıçının, dramaturqun, tənqidçinin vəfatından gedir. Ailəsinə, sizə, bütün Elçinsevərlərə başsağlığı verirəm, hamımıza Allahdan səbir diləyirəm.

 

 

Filologiya elmləri namizədi, dosent Əlirza Əliyev:

 

- Elçin müəllim dəyərli dost, ustad yazıçı, gözəl insan idi. Allah ona rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun! Elçinin böyük bir epoxanı əks etdirən zəngin ədəbi, elmi-nəzəri irsi bundan sonra uzun illər aktuallığını saxlayacaq milli sərvətimizdir. Elçin əsərlərinin dilinin milliliyi, saflığı, gözəlliyi, zənginliyi, canlılığı, obrazlılığı, ahəndarlığı daim diqqətimi çəkmiş məni məftun etmişdir. Bir dil mütəxəssisi kimi bu fikirdəyəm ki, Elçinin irsi ideya-məzmun cəhətdən yüksək tələblərə cavab verdiyi kimi, dil nöqteyi-nəzərindən bənzərsizdir.

 

 

Umud Mehmandarlı (vəkil, Almaniya)

 

 - Elçin bəyin vəfatından çox üzüldüm. Onun ədəbi ictimai fəaliyyəti haqqında çox eşitmişəm. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Elçin müəllimin rəhbərlik etdiyi "Vətən" Cəmiyyəti o zaman "Amerikanın səsi" radiosunun Azərbaycan redaksiyasının əməkdaşı işləyən qardaşımı - Bulud Mehmandarlını Bakıya dəvət etmişdi. Mərhum qardaşım Sovet rejimi çökdükdən sonra Vətənə dəvət alan, onu ziyarət edən ilk soydaşlarımızdan ilk xarici KİV nümayəndələrindən idi. Qürur duyuram ki, Azərbaycanın ən ağır günlərində - ata-baba yurdumuz düşmənlər tərəfindən informasiya blokadasına alındığı dövrdə qardaşım Azərbaycan həqiqətlərini bütün imkanları ilə dünyaya çatdırmağa çalışan müxbirlərdən olmuşdu. Elçin bəy 70-lərdə müəllimim olmuş professor Sərvər Tanilini ilk dəfə Bakıya dəvət etmiş bu barədə yazılarının birində bəhs etmişdi. Elçin bəyin bədii yaradıcılığı ilə qismən tanışam. Hazırda onun "Ölüm hökmü" kitabı stolumun üstündədir. Maraqla oxuyuram. Yaşından asılı olmayaraq bütün insanların dünyasını dəyişməsi adamı kədərə qərq edir. Elçin kimi, millətə xidmət edən insanın itkisi xüsusilə ağırdır. Məkanı cənnət olsun!

 

 

Ankara Bayram Vəli Universitetinin doktorantı Yasin Yavuz:

 

- Öncə onu deyim ki, dəyərli yazıçımız Elçinin ədəbi fəaliyyəti ilə xeyli müddətdir məşğulam həmkarlarımla birlikdə onun haqqında irihəcmli "Romançı hekayəci yönüylə Elçinə ərməğan" adlı kitab nəşr etmişdik. Elçin bəyin vəfatı ilə bağlı xəbəri duyduqda Türkiyədəki çoxsaylı oxucuları kimi mən dərindən kədərləndim. Allah rəhmət eləsin, məkanı cənnət olsun!

 

 

Filologiya üzrə fəlsəfə doktoru Esmira İsmayılova:

 

- Dost itkisi yaman olur. Elə bilirsiniz, Elçin kimi bir dostun, görkəmli yazıçı böyük şəxsiyyətin ölümündən yazmaq asandır? Təsəlli, təskinlik verəcək söz tapmıram, Abid müəllim. Elçin müəllimin vəfatı ilə bağlı yazınızdan göz yaşı süzülür...

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldığımız illərdə tez-tez Elçin müəllimin atası, ölməz dramaturq İlyas Əfəndiyevin bənzərsiz tamaşalarına baxmaq üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına gedərdik. Elçin müəllim ədəbiyyat teatr tariximizə möhür vuran sənətkarlarımızdandır. Onun səhnə əsərləri ölkəmizdə xaricdə həmişə böyük maraqla qarşılanıb. Əminəm ki, bu əsərlər bundan sonra da tamaşaçıların qəlbini fəth edəcək hər zaman sənətsevərlər böyük yazıçımızı ehtiramla yad edəcəklər.

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir:

 

- Abid müəllim, hələ kədərimizin isti olduğu bir vaxtda Elçinə Vida Sözünüzü oxuyarkən göz yaşımı saxlaya bilmədim. Yazıçı haqqında çox yazmısınız, hər yazıda onu sanki yeni istiqamətdən kəşf etmisiniz. Sizin Elçin haqqında yazdığınız məqalələrin hər birində ədəbi düşüncənizdən gələn səmimiyyət, sədaqət işığı var. Acılar içində qələmə aldığınız bu rekviyemdə isə yaxın dostunu itirmiş Adamın - Abid Tahirlinin hıçqırtısını eşidirəm. Allah Elçin müəllimə rəhmət eləsin, ailəsinə, doğmalarına, oxucularına, sədaqətli dostu olaraq Sizə səbir versin!

 

Abid TAHİRLİ

525-ci qəzetş - 2025.- 11 sentyabr (¹162).- S.10-11.