Kukla
Teatrı Qazaxıstandakı festivalda iştirak edir
Azərbaycan
Dövlət Kukla Teatrı Qazaxıstan Respublikasında
keçirilən beynəlxalq teatr festivalının
iştirakçısıdır.
"Aktau
- Türk Dünyasının Mədəniyyət
Paytaxtı" layihəsi çərçivəsində
keçiriləcək "NOMAD PUPPET" adlı I Beynəlxalq
Kukla Teatrları Festivalı 9-14 sentyabr 2025-ci il tarixlərində
Qazaxıstan Respublikasının Manqistau vilayətinin Aktau
şəhərində keçirilir.
Sentyabrın
10-da festivalın təntənəli açılış tədbiri
baş tutub.
Kuklaçılarımız
münsiflər heyəti və teatrsevərlər
qarşısında "Yalquzaq" tamaşasını
uğurla nümayiş etdirərək alqışlarla
qarşılanıblar.
Yazıçı-dramaturq
Məhbubə Hacıyevanın "Yalquzaq və Simurq
quşunun nağılı" hekayəsi əsasında
hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni
və quruluşçu rejissoru Anaxanım Abdullayeva,
quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı
Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə
Hüseynzadədir. Modern üslubda hazırlanan
tamaşanın səhnə tərtibatında qum üzərində
təsvirlər ön plana çıxır. Beləcə
parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə
qum üzərində rəsmlərin sintezində vizual həllə
nail olunub.
Məlumat
üçün bildirək ki, tədbir Türk Dünyası
Mədəniyyət Təşkilatı (TÜRKSOY) və
Qazaxıstan Respublikası Mədəniyyət və
İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə
keçirilir.
Xatırladaq
ki, festivalda TÜRKSOY-a üzv ölkələrin kukla
teatrları iştirak edir.
ŞAHANƏ
525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.9.