SEVGİ
AXTARDIM
İlk
dəfə səndən ayrılanda ağladım.
Mən
ilk dəfə ilk ayrılığa ağladım.
Məni
sinənə sıxanda
əllərin
doğmalığında rahatladım,
sevənim
olduğunu, sevgini anladım.
İlk
dəfə sevdim.
Və
bir oyuncaq həsrətindən
bir
rahatlıq həsrətinə böyüdüm.
Hər
əldə doğmalıq,
hər
sinədə sevgi olmur, anladım.
Laqeyd
üzlər, biganə gözlər,
nə
qədər yadlar gördüm.
Nə
ayrılıqlar yaşadım,
nə
saxtalar tanıdım,
nə
yalanlardan yıxıldım.
Sevgi
axtardım...
Sənin
kimi sevən aradım.
Tapsam,
sığınacam ona,
daha
ağlamayacam, ana.
NƏNƏMİN
DARIXMAĞI
Babam
çoxdan ölmüşdü.
rayondakı
evində nənəm təmtək qalmışdı.
Övladları
hamısı şəhərə gəlmişdilər.
Universitetlər
oxuyub şəhərli olmuşdular.
Ara-sıra
gedərdilər yanına,
baş
çəkərdilər ona.
Mənim
nənəm dərziydi.
Zinger
maşını vardı, o maşını qoymuşdu
pəncərə
qabağına.
Pəncərə
örtüyünü çəkmişdi bir az yana.
düzəltmək
istəyəndə:
"Ordan
yola baxıram, əl vurmayın" - deyərdi.
ordan
yol görünərdi.
Tikiş
tikməyəndə də ordaca oturardı,
nənəm
yola baxardı...
o
yolla sevinərdi, o yolla darıxardı.
Daha
gözləmir nənəm nə qəfil qonaqları,
nə
o evdə böyüyən "şəhərli"
uşaqları.
İndi
o ev də tənha, indi o yol da tənha,
Nə
gedən var, nə gələn, nə də ki yol gözləyən,
heç
biri yoxdu daha...
Təmtəkcə
həsrətim var kaşkilərin əlində.
Bir də
o tənhalıq tək ürəyimdə daş olan,
gözlərimdə
yaş olan nənəmin darıxmağı -
Darıxmağın
yoxluğu...
ELƏ
SEVƏRSƏN Kİ...
(İzelimə)
Elə
sevirsən ki, elə sevirsən,
Sevgin
sığmır nə sözə,
nə
baxışa, nə gözə.
Sevgi
var ki, onsuz yaşaya bilmirsən,
elə
çox ki, daşıya bilmirsən.
Sığmır
ruhuna, varlığına,
bu
dünyanın darlığına.
Elə
sevirsən.
Elə
sevirsən ki, önündə çarəsizsən.
gözündən
bir damla düşsə,
dənizlər
gözündən düşər.
Bir
damlada boğularsan.
Təbəssümündə
yenidən doğularsan.
Elə
sevirsən!
Elə
sevirsən ki, bu sevgindən kövrəlirsən.
Kövrəlirsən
gözəlliyindən,
əzizliyindən,
təmizliyindən,
ağlamaq,
hayqırmaq istəyirsən
xoşbəxtliyindən.
Elə
sevirsən,
mən
səni sevdiyim kimi.
Bütün
nifrətlərə nifrət kimi,
Bütün
sevgilərə heyrət kimi.
Elə
sevirəm səni.
Sən
bütün xəyanətlərin gedişi,
bütün
namərdlərdən qurtuluşum.
Sən
həyata, mövcudluğa toxunuşum.
Gözəlim,
Səninlə
doğuldu bu sevgim, İzelim.
lll
Çilik-çilik
olan səsdi,
Çəkə
bilmədiyin ahdı sükut.
içinə
dolan nəfəsdi,
gözündən
axan günahdı sükut.
UŞAQLIĞIM
Düşür
yadıma hərdən
bircə
şirin kəlmədən bəxtəvər olan
çağım,
o məsum
uşaqlığım.
Xatirələr
vurnuxub siz məni aldatmayın.
Yellənçəkdə
yuxlayan sevinci oyatmayın.
Ürəyim
dözməz axı, bu sevincin qəminə.
Nə
olar ki, qıymayın gözlərimin nəminə.
O
körpə ürəyimdə gizlədiyim məhəbbət,
Gizlənqaç
oynayanda yaşadığım səadət,
Onsuz
da bilirəm mən gözlərimi açan tək
itəcəkdir
ömrümdən, bir daha dönməyəcək.
Xatirələr,
ömrümdə, amandır, dolanmayın.
Mürgülü
xatirələr, amandır, oyanmayın.
Siz məni
o günlərə, amandır, aparmayın...
Mən
ki ötən illəri unutmaq istəyirəm.
Axı
xatirələrlə yaşamaq istəmirəm,
Bu
günləri mən elə o bəxtəvər uşaq tək
yaşamaq
istəyirəm.
Kamalə ABİYEVA
525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.15.