Gözlərinlə dedin: “Sevirəm səni”
Gözlərinlə
dedin: “Sevirəm səni”.
Sanki
ruha hopub indi qəm, kədər.
Büllur
zəngin səsi tərpədir məni,
Deyilməmiş
qaldı deyilməyənlər.
Həyat
ötüb keçdi, perronsa qalıb,
Vağzalın
ruporu səslənir hədər.
Çoxları
çox sözü qələmə alıb,
Deyilməmiş
qaldı deyilməyənlər.
Gecələr
parlaqdır, gündüz qaranlıq,
Tale
tərəzini düzəldər, əyər.
Sözlər
Günəş kimi yanar bir anlıq,
Deyilməmiş
qaldı deyilməyənlər.
Çox dəhşətli olur sözlər susanda
Çox
dəhşətli olur sözlər susanda,
Hardasa,
kimdənsə gizlənən zaman
sözlər
gözdən düşür sanki bir anda,
sözünün
sahibi olmayır insan.
Kimsə
o sözlərçün kədərlənirdi,
onların
axırı əvvəldi bilsən.
Milyardlarla
söz var, demək çətindir,
İlk
dəfə onları sən deməlisən.
Hər
şey təkrarlanır: həm şər, həm xeyir,
Hər
şey təkrarlanır: həm nəğmə, həm sim.
Amma
poeziya təkrarlanmayır
O, qəlbin
telinə toxunar daim.
Lina KOSTENKO
Tərcümə edən: Firuz Mustafa
525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.15.