O gəldi
Dəvətsiz-filansız
gəldi qəfildən,
Mənsə
qarşılaya bilmədim əzəl.
Birdən
cəsarətsiz yuxularımın
Qatı
dumanından gəldi o gözəl.
O,
çiçək açmışdı, zərifdi gültək,
İncə
əllərini mənə uzatdı.
Sehirli
bir səsə səslədi: ehey,
O səs
səssizliyə sanki rəng qatdı.
Kiməsə
nəyisə bəyan eləyən
Sığırçın
səsləri yayılıb göyə.
Dəvətsiz-filansız
gələn sevginin
Niyə
pişvazına çıxmayım, niyə?
Vasiliy SİMONENKO
Tərcümə edən: Firuz Mustafa
525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.15.