Yağış gəlir   

 

Qovaqlar titrəyir. Şimşək səmanı

Bıçaqtək doğrayır. Boğulur yer də

Yer-göy uğuldaşır, aləm qarışır,

Titrəyir qorxudan pəncərələr də.

 

Gün keçib. Körpüdə köhnə araba.

Keçir göy çəməndən qoyun sürüsü.

Yağış damcıları yağır ətrafa,

Külək, çaxan şimşək, göy gurultusu.

 

Duman yavaş-yavaş sürünüb gedir,

Birdən Günəş doğar sanki zülmətdən.

Ağrıyla, ümidlə sənin yazdığın

Köhnə məktubları oxuyuram mən.

 

Yevgen PLUJNİK

Tərcümə edən: Firuz Mustafa

525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.15.