“Tərsinə
kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film
Festivalında
Kinotənqidçi,
ssenarist, rejissor, Azərbaycan Kinotənqidçilər və
Kinoşünaslar Gildiyasının sədr müavini Hacı
Səfərov “Tərsinə kölgələr” adlı
debüt qısametrajlı filmi ilə 21-ci Kazan Beynəlxalq
Film Festivalının “Qısametrajlı filmlər” bölməsində
iştirak edir.
AZƏRTAC
xəbər verir ki, “Çinarfilm” şirkətinin
istehsalı olan “Tərsinə kölgələr” Rahim
Dünyamalının “Tərsinə addımlayan kölgələr”
romanının motivləri əsasında çəkilib,
ssenari müəllifi Hacı Səfərovdur.
Uzun
ayrılıqdan sonra özlərini bir mağarada təcrid
edib illərin hesablaşmasını aparan kişi və
qadının münasibətindən bəhs edən filmdə
rolları Rasim Cəfər və Zülfiyyə Nəzər Məmmədova
ifa edirlər.
“Tərsinə
kölgələr” filmi Azərbaycan Kinematoqrafçılar
İttifaqı, “Ultra production” və “Duyme Agency”nin dəstəyi
ilə ərsəyə gəlib, prodüserləri Emin Nəcəf,
Türkan Hüseyn və Hacı Səfərov, operatoru Elvin Məmməddir.
“Tərsinə
kölgələr” filmi Azərbaycan Respublikası Kino
Agentliyinin “Post-prodakşn mərhələsində olan filmlərə
dəstək müsabiqəsi”nin qaliblərindən biridir.
525-ci qəzet. - 2025.- 10 sentyabr (¹162).- S.9.