Sumqayıt
Teatrında yeni premyera
Sumqayıt
Dövlət Dram Teatrı yeni teatr mövsümündə
dünya dramaturgiyasının incilərindən sayılan Jan
Batist Molyerin "Jorj Danden, yaxud Aldanmış ər"
adlı məşhur komediyasını tamaşaçılara
təqdim etməyə hazırlaşır.
Teatrdan
bildirilib ki, yeni məşqlərinə start verilmiş səhnə
əsəri klassik komediyanın ruhunu qorumaqla yanaşı,
müasir teatr estetikası və aktyor ifaları ilə daha da
zənginləşdirilərək təqdim olunacaq.
Səhnə
əsərində kəndli təbəqəsindən olan,
lakin var-dövlət vasitəsilə zadəgan ailəsinə
kürəkən olmuş şəxsin faciəvi-komik həyat
hekayəsi təqdim olunur. Əsərdə sosial təbəqələrarası
uyğunsuz evliliklərin doğurduğu nəticələr,
ailə və cəmiyyət münasibətləri incə
satirik dillə tənqid edilir.
Dövlət
sirafişi ilə hazırlanan tamaşanın bədii rəhbəri
Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru
Ümid Abbaszadə, quruluşçu rəssamı Osman
Salmanov, bəstəkarı Vüsal Namazlı, xoreoqrafı
Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayeva, Ləman Məmmədlidir.
Əsəri Azərbaycan dilinə görkəmli dramaturq, Xalq
yazıçısı Elçin tərcümə edib.
Yeni
tamaşada obrazları Əməkdar artist Sədaqət
Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Habil
Xanlarov, İlahə Səfərova, Aynur Hümbətova, Məryəm
Hüseynli, Mətləb Səfərli, Əjdər
Zeynalov,Gülnarə Qədirova, Vəfa Qurbanova, Kamran
Muradlı, Şəmistan Süleymanlı, Elay Xasiyev, Günəş
Bağırsoy, Elmir Mehdiyev, Emil Həmidov və Şəhriyar
Aşkari ifa edirlər.
Tamaşanın
premyerasının ilin sonuna qədər keçirilməsi
planlaşdırılır.
ŞAHANƏ
525-ci qəzet. - 2025.- 10 sentyabr (№162).- S.9.