Milli Teatrda yeni mövsüm təntənəli mərasimlə
açılıb
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında 153-cü teatr
mövsümünün təntənəli
açılış mərasimi keçirilib. Tədbir Ulu
Öndər Heydər Əliyevin teatr haqqında fikirlərinin
səslənməsi ilə başlayıb.
525.az
xəbər verir ki, açılış mərasimində mədəni
dəyərlərimizin qorunması, inkişafı və
dünyada təbliği sahəsində Ümummilli Lider Heydər
Əliyevin, Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və
qayğısı qeyd olunub.
Sonra
Akademik Milli Dram Teatrının aktyorları təntənəli
şəkildə səhnəyə dəvət olunublar.
Açılış
mərasimində Azərbaycanda fəaliyyət göstərən
bütün teatrların nümayəndələri iştirak
ediblər.
Mədəniyyət
Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni
irs şöbəsinin müdiri İntiqam Babayev, Azərbaycan
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti,
Dövlət mükafatı laureatı Hacı İsmayılov
çıxış edib, yeni teatr mövsümünün
açılışı ilə bağlı təbriklərini
çatdırıblar.
Tədbir
musiqi ilə davam etdirilib. Xalq artisti Azər Zeynalov,
"Kaman" rəqs qrupu, Azərbaycan Dövlət Mahnı
Teatrının solisti Aynur İsgəndərli, əməkdar
artist Bəyimxanım Vəliyeva musiqi nömrələri ilə
çıxış ediblər.
Sonra
ölkədə fəaliyyət göstərən teatrlar - Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan
Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrı, Şuşa Dövlət
Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Pantomim
Teatrı repertuarda olan tamaşalardan parçalar ifa ediblər.
525-ci qəzet. - 2025.- 16
sentyabr (№166).- S.15.