Milli
Kitabxanada "18 sentyabr - Milli Musiqi Günü" sərgisi
Milli
Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı virtual sərgi
və ənənəvi kitab sərgisi istifadəçilərə
təqdim olunub.
Kitabxanadan
AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə
əlaqədar kitablar və dövri mətbuat səhifələrində
dərc olunan məqalələr təqdim olunur.
Virtual
sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə
edə bilərlər.
Ənənəvi
sərgidə Milli Kitabxananın və Mədəniyyət
Nazirliyinin birgə təşkilatçılığı ilə
“Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli
Kitabxanasının fondundan” layihəsi çərçivəsində
nəşr olunmuş bəstəkarlarımızın not məcmuələri
və “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasından nəşr etdiyi biblioqrafiyalar, ölkəmizin
musiqi sənətinin təşəkkülü və
inkişafı tarixi, dahi bəstəkar Üzeyir Hacıbəylinin
zəngin irsi, milli musiqimizin görkəmli xadimlərinin həyatı,
yaradıcılığı və pedaqoji fəaliyyəti,
milli musiqi alətləri və s. haqqında Azərbaycan və
xarici dillərdə müxtəlif ədəbiyyatlar
nümayiş olunur..
525-ci qəzet. - 2025.- 18
sentyabr (№168).- S.9.