YAĞIŞLI
AXŞAM
Mən idim,
Yağışlı bir axşam idi,
Dörd
divar, bir masa, bir ağ şam
idi.
Hərdən göy gurlayır,
şimşək çaxırdı.
Tənək yarpağından süzülən
yağış
Elə bil göydən yox, gözdən axırdı.
Şam yanıb əriyir, axır dibinə,
Bir sap uzanırdı şamın
qəlbinə.
Bu sap yandırırdı şamı
içindən
Gecədə görürdü hər
günahı şam
Yağışın səsiydi, şam işığıydı,
Mən idim, bir də
ki yağışlı axşam.
Bir mahnı kimiydi yağışın səsi,
Sözləri eyniydi, ahəngi
eyni.
Açılmaq bilmirdi axşamın
eyni.
Yanıb
əriyirdi içimdə
bir şam,
Mən idim, bir də
ki yağışlı axşam.
ADAMA
UMUDDU
Bir az həyəcan var, bir az təlaş
var,
Burda adamların baxışlarında.
Soyuq divarların naxışlarında,
Hər ayaq səsində soyuq savaş var.
Adamlar qüssəli, fikirli, dalğın.
Xəstəlik gətirib onları
bura.
Dodaqlar sıxılı, yanaqlar solğun,
Gözlər də əriyib
düşüb çuxura.
Kiçik otaqlarda ağxalatlılar
Gah təzyiqi ölçür,
gah resept yazır.
Böyük palatada can verən
də var,
Əzrayıl dayanıb qapıda
hazır.
Kiminin gözündə umud işığı,
Kimisi həkimdən imdad diləyir.
İtib
gözəlliyi, yar-yaraşığı,
Bir gəlin uçmağa qanad diləyir.
Tutub sürahidən çox ehtiyatla,
Soyuq pillələri enir bir qoca,
Aylar saniyəylə, illər saatla,
Onun həyatından çıxılır
borca.
Nə canın ağrıya, umud usana,
Dərdini, ağrını, kaş,
tez qanalar.
Məscid
də, kilsə də qalsın bir yana,
Adama umuddu xəstəxanalar.
BU
GÜN DƏ GƏLMƏDİN
Sən bu gün də
gəlmədin...
Qəlb
susdu, can üzüldü.
Sıxıldı gül yarpağı,
Ləçəkdən yaş süzüldü.
Qumrular pıçıldaşdı,
Görən niyə gəlmədi.
Səbəbi bircə cümlə,
Yəqin
bicə kəlmədi.
Sən bu gün də
gəlmədin,
Yollar üstümə gəldi.
Qulağım cingildədi,
Ya bir səsdimi gəldi.
Durub boylandım çölə,
Çöllər sükut içində.
Görən heç bildinmi
ki,
Nələr öldü içimdə.
Dünən də, ötən
gün də
Nə çəkdim, nə, bilmədin.
Bilsən,
yəqin gələrdin,
Sən bu gün də
gəlmədin.
BƏLKƏ
DƏ HEÇ DƏYMƏZ
Bəlkə də heç dəyməz xatırlamağa,
Bilmirəm nə idi içimdə sönən,
Duyğular dönmüşdü soyuq sazağa,
Sən susub dururdun, mən idim dinən.
Mən
ki görməmişdim heç
belə səni,
Sənin
bu üzün də var imiş demə.
Yolumu çaşdırdı gözünün
çəni,
Üzünün o üzü qar
imiş demə.
Bəlkə də heç dəyməz xatırlamağa,
Sən anam deyildin, atam deyildin.
Elə bil heç məni tanımamısan
Elə bil dünənki adam deyildin.
İçində düşündün, içində dedin,
Üzündə hər sözün
rəngi qalıbdır.
Üstünü qar örtmüş
gül kolu idin,
Gördüm yarpağını soyuq
alıbdır.
Könlümdən keçəni güllər
eşitdi,
Fikir çözələndi, döndü
yumağa.
Bir payız mehiydi, əsdi, üşütdü,
Bəlkə də heç dəyməz xatırlamağa.
AĞDAM
QATARI
Ağdamdan çıxdığı otuz iki il,
Geri dönməmişdi o vaxtdan
bəri.
Arada dəyişmiş gör neçə nəsil,
Onu gözləyirdi Ağdam şəhəri.
Relsləri sökülmüş, yolu dağılmış,
Ağdama
getməyə iz qalmamışdı.
Ağdamın gözləri yoldan
yığılmış.
Dərdini deməyə söz
qalmamışdı.
Aradan keçmişdi otuz iki il,
Bir gün yola çıxdı
Ağdam qatarı.
Çıxar eynəyini, gözlərini
sil,
Yolların açıqdı, Ağdam
qatarı.
Bu gediş bir yurdun cəsarətidi,
İçindəki yükü özündən böyük.
Torpaq həsrətidi, yurd həsrətidi,
Qatarın Ağdama apardığı
yük.
Vətəndi bu anı mənimlə bölən,
Hamı
bu sevinci duyaydı barı.
Qələbə sözünün sonunda
gələn
Sonuncu nidadı Ağdam qatarı.
BİZİM
XƏZƏR
Hər gün bir az
dayazlaşır mavi Xəzər,
Bu doğrunu isitməyə köz gərəkdi.
Səni
üzən, məni üzən, bizi üzər,
Bu xəbərə hansı dodaq sığal çəkdi.
Xəbər uçur hər
tərəfə bircə
anda,
Bu xəbərə görən
nədən hamı susur?
Xəbərçi var neçə şəkil,
neçə donda,
Kimisi də bu xəbərdə
gəzir qüsur.
Hər gün bir az
kiçilməkdə, daralmaqda,
Sanma ki,
biz sıxılırıq, darılırıq.
Çox
ustayıq kar olmaqda, kor olmaqda,
Nə bilsinlər Xəzərlə
bir daralırıq.
Süfrəsində balığına,
kürüsünə
Bəh-bəh deyən bu xəbərə dodaq büzür.
Nə deyəsən belə adam sürüsünə,
Beləsi
də səni üzür, məni üzür.
Hər suala verəcəyi cavab hazır,
Qarşılayar, yola salar soyuq nəzər.
Baş ekoloq hesabatda belə yazır:
Hər gün bir az
dayazlaşır bizim Xəzər.
İÇİMDƏ
BİR DOSTUM ÖLDÜ BU SƏHƏR
Birisi içimdə öldü
bu səhər,
Nə gözyaşı tökdüm,
nə yas saxladım.
Əl atıb buluddan tutdum bir təhər,
Yeridim, büdrədim, ayaq saxladım.
Kimsənin xəbəri olmadı
bəlkə,
Səssiz
dəfn elədim elə içimdə.
Azaldı
sevdiyim dostların biri,
O döndü qapqara külə içimdə.
Bir gün xəbər tutar öz ölümündən,
Hələ dirilər tək
gəzib dolaşır.
Məndən savayı da neçə
ürəkdə
Çox
gülü, çiçəyi
əzib dolaşır.
Könül sındırmaqdı, qəlbə dəyməkdi,
Bəlkə də birinci peşəsi onun.
Yüz ürək sındırsın,
yüz qəlbə dəysin,
Yenə
yerindədi nəşəsi
onun.
Könlümdə ağrı var, dilimdə
qəhər,
Ümiddən, gümandan bir az saxladım.
İçimdə bir dostum öldü bu səhər,
Nə gözyaşı tökdüm,
nə yas saxladım.
ELƏ
Kİ PAYIZA UZANIR BU YOL
Elə
ki, saralır, solur gül-çiçək,
Elə
ki, payıza uzanır
bu yol.
Əl atıb tutmağa bir quruca kol,
Dalıyca qaçmağa ya
bir kəpənək,
Ya uçan qarışqa, ya bir böcək
ol.
Elə
ki, payıza dikilir gözlər,
Quru bir təsəlli olur dağ-dərə.
Günlərin bölünür xeyirə,
şərə.
Sənə soyuq gələn
o soyuq üzlər,
İtir
yaddaşından, ölür
min kərə.
Elə
ki, arxanda uzanır kölgə,
Söhbətə dönürsən, mövzu
olursan.
Sən də sakitləşib quzu olursan.
Ayamda, sayamda, düşəndə
bəlkə
Qısa
söhbətlərin duzu
olursan.
Bu yaylaq ömründə çiçəyin, kolun,
Yağışın, küləyin dadı sənindir.
O günəş ocağın
odu sənindir.
Elə
ki, arana uzandı yolun,
Günəşin, buludun adı sənindir.
Hələ yaşayırsan yaylaq
çağını,
Heç
xəbər tutmursan ömür, yaş keçir
Necə
ki, yaylaqdı, günün
xoş keçir.
Bir gün də qar tutar od-ocağını,
Görərsən ömürdən qarlı
qış keçir.
Ömrün yazı yaylaq, payızı aran,
Tövşüyür, təngiyir, usanır bu yol.
Ələnir yağışlar, yağır,
qar, boran,
Elə
ki payıza uzanır bu yol.
BİR
GÜL PÖHRƏLƏR
Payızı eləydi, baharı
belə,
O dərə, bu təpə, göy birtəhərdi.
Qurumuş güllərə bir
az su çilə,
Baxarsan içindən biri göyərdi.
Bir sığal oyadar qurumuş gülü
Biganə
baxarsan, solar çöhrələr.
İsit
nəfəsinlə quruyan
çölü,
Baxarsan içindən bir gül pöhrələr.
Ovulub tökülür gülün
yarpağı,
Çox
qəmli görünür
quru ləçəklər.
Sula çiçəkləri bu
səhər çağı,
Baxarsan içindən biri çiçəklər.
Gedərsən uzanar yolu payızın,
Səhərə gülümsər bu
yaz çöhrələr.
Suvarsa könlünü hərə
bir qızın,
Baxarsan hər evdən bir gül pöhrələr.
BİR
BULAQ BOYDA
Könlümü gah hava, gah da su
çəkir,
Torpağın yaşamaq qayğısı
çəkir.
Bəlkə tamarzıdı bir
xoş baxışa,
Bir az da sevilmək duyğusu çəkir.
Elə
ki, başını buraxdın
ömrün,
Hər şeyi bir ölüm
yuxusu çəkir.
Gün döyür yolların yoxuşlarını,
Qurd yeyir ağacın koğuşlarını.
Biri papağını bir az yan qoyub,
Qaytarır qızların baxışlarını.
Buludun altıyla yüyürür
biri,
Gözləyir göylərin yağışlarını.
Gözlərin yükü var bir
çıraq boyda,
Ürəyin ərki var bir yarpaq boyda.
Gözümün içindən ümid
göyərir,
Göyərir hər səhər
bir budaq boyda.
Sən bu sevgiyə bax, bu istəyə
bax,
Axır
ürəyimdən bir
bulaq boyda.
OLACAQ
Bir azca torpaqdı, bir azca da daş,
Bir az da su qatsan,
koma olacaq.
Buluddu, havadı, bir də günəşdi,
Bir az nəfəs versən, səma olacaq
Hələ nə əvvəldi,
hələ nə axır,
Başından əriyib gözündən
axır,
Onsuz da alovu canını yaxır,
Nə olsa, birinci şama
olacaq
Nə vaxtdır buz tutub, açılmır donu,
Yerin nəzərində, göy
görür onu,
Bilirəm, mən gedən
bu yolun sonu
Bəlkə gec olacaq, amma olcaq.
O
KÖLGƏ
Arxamca bir bəyaz kölgə dolaşır,
Gəzir
şəhər-şəhər, ölkə dolaşır.
Dumandan süzülür, çəndən
arınır,
İçində min sual, bəlkə
dolaşır.
Bir anlıq, bir günlük səvabdan ötrü
Gündə yüz Mədinə,
Məkkə dolaşır.
Gün doğur, buludun altında qalır,
Özü yox, dumanın yadında qalır,
Axtarıb tapmıram, sorsam
deyirlər
O, göyün yeddinci qatında qalır.
Nə yeyir, nə içir, bir kimsə bilmir
Gizlidi,
o sirdi, batində qalır.
O daşdı, torpaqdı, sudu, havadı,
Bir az məhəbbətdi, bir az vəfadı.
Daşı daş üstünə
qoyana kömək,
Adama komadı, quşa yuvadı.
Tanısan sevərsən, sevsən
görərsən,
Ürəkdə mərhəmət, dildə
duadı.
Məndən yuxarıda, yuxarı
durur,
Odu aşağıda, buxarı
vurur.
İçimdən uçurur məni
bu dünya,
O kölgə, içimdə
bir dünya qurur.
YAXŞI
Kİ...
Nə yaza bənzəyər, nə qışa oxşar,
Nə qol-qanadı var, nə quşa oxşar.
Saçımı isladan, yoluma yağan
Nə çənə, dumana, yağışa oxşar.
Ayağa
dolaşan, ələ
tərs gələn
Yamaca bənzəyər, yoxuşa
oxşar.
Bir az bənzəri var açan çiçəyə,
Körpə tumurcuğa, cavan
ləçəyə.
Açıb bir budaqda yuva eyləyər,
Bir qurda, bir quşa,
bir də böcəyə.
Bir gün ayaq qoyub
gəlmək istəsən,
Dönər o sevdiyin köhnə
küçəyə.
Bir can atəşiylə yanar ocağı
Yerin sinəsidir, göyün qucağı.
Budağın dərdini gözündən
anlar,
Qoyar öz yerinə qopan yarpağı.
Bir gün baş götürüb gedər,
görərsiz,
Bir də bu dünyaya
dəyməz ayağı.
Sinəmin altında döyünüb
durar,
Özü çəkdiyinə deyinib durar.
Hamının, hamının uçurduğunu
Hamıdan gizlicə gecələr
qurar.
Hamının unudub getdiyi yerdə,
Yaxşı ki, yaxşı ki, bircə
ürək var.
Məmməd Tahir
525-ci qəzet. - 2025.- 19 sentyabr(¹169).-
S.14.