Paşa Qəlbinur Aytmatov Akademiyasının Fəxri akademiki seçilib

 

 

Görkəmli oftalmoloq-cərrah, professor, Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur "Tibdə ədəbi yaradıcılıqdakı uğurlarına görə" Aytmatov Akademiyasının Fəxri akademiki seçilib. Professora Akademiyanın diplomu nişanını Azərbaycan Yazıçılar Birliyində Akademiyanın Prezidenti Azizbek Akmataliyev tərəfindən təqdim edilib.

Aytmatov İctimai Akademiyası 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatı irsinin saxlanılması genişləndirilməsi məqsədilə yaradılıb. Görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar elmlər doktorları Akademiyanın fəxri həqiqi üzvləri seçilirlər.

Azərbaycan oftalmologiyasının görkəmli nümayəndələrindən biri olan Paşa Qəlbinur TCOD, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin həqiqi üzvüdür. Həmçinin Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktorudur. Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü, Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir. 2021-ci ildən isə Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilib. Paşa Qəlbinur 2001-ci ildə ABŞ-nin Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim intellektual" seçimində "İlin adamı" mükafatına Yusif Məmmədəliyev adına mükafata, "İman" izzət iltifat diplomuna layiq görülüb.

Paşa Qəlbinur tibb elmləri sahəsində 100-dən çox elmi əsər 10 elmi kəşf müəllifidir. On mindən çox uğurlu oftalmoloji cərrahiyyə əməliyyatı həyata keçirib.

Paşa Qəlbinur üçün gözlər - sadəcə biologiyanın bir orqanı deyil, ruhun pəncərəsi, hisslərin aynası, fəlsəfi düşüncənin mərkəzidir. Onun ilk şeiri "Gözlər" adlanır o, bu şeiri 13 yaşında qələmə alıb.Ədəbi təxəllüsü "Qəlbinur" - yəni "qəlbin nuru" onun şəxsiyyətini əks etdirir. Poeziyasının mövzusu əsasən insan, gözəllik, duyğular həyat fəlsəfəsidir. Bəzi əsərləri müxtəlif dillərə tərcümə olunub, antologiyalara daxil edilib. Ədəbiyyatda onun poetik baxış bucağı insanın aləminə, ruhun gözlərdən oxunmasına yönəlib. Həkimliyi ilə poeziyasını belə izah edir: "Göz həkimliyi romantik sənətdir. Sən gözə toxunursan - gözün içindən keçərək insanın qəlbinə yol tapırsan".Professor deyir ki, tibb aləmində  ədəbi sahədəki yaradıcılıqdaki uğurlarına görə o, Aytmatov Akademiyasının fəxri Akademiki adına layiq görülüb: "Akademiyanın elmi şurasının qərarı ilə mən Tibdə  Ədəbi yaradıcılıqdakı uğurlarına görə Aytmatov Akademiyasının fəxri Akademiki seçilmişəm. Bu, mənim əməyimə, zəhmətimə verilən qiymətdir".Paşa Qəlbinur oftalmologiyanı "romantik sənət" adlandırır. Onun fikrincə, həkim öz peşəsini bütün varlığı ilə sevməlidir xəstəyə bütöv diqqət yetirməlidir. Paşa Qəlbinur - Azərbaycan tibb elminin ədəbiyyatının nadir bir simasıdır. O, həm göz həkimi, həm pedaqoq, həm şairdir. Onun fəaliyyəti təkcə oftalmoloji yeniliklərlə deyil, insanın ruhuna gözlərinə olan dərin hörməti ilə yadda qalır.İnsanın görməsi üçün sadəcə göz lazım deyil. Bəzən görmək üçün qəlbin nuru da lazımdır. Paşa Qəlbinur, bu nurun sahibi bəxş edəndir.

 

Sevinc QARAYEVA

 

 525-ci qəzet. - 2025.- 27 sentyabr (¹175).- S. 18.