Azərbaycan Milli Xalça MüzeyindəTacik tikmə dünyasıadlı sərgi açılıb

 

Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil olunanTacik tikmə dünyasıadlı sərgi açılıb.

 

525.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri İlxom Abduraxmon, deputat, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbroximzoda Safo çıxış ediblər.

 

Natiqlər çıxışlarında Azərbaycan tacik xalqları arasında əsrlərə söykənən dostluq mədəni əlaqələrdən bəhs ediblər, bu sərginin iki ölkə arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvolizə etdiyini vurğulayıblar. Qeyd olunub ki, sərgidə Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponatörtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar digər ənənəvi tikmə nümunələri aiddir. Sərgidə rəng çalarlarının naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər nümayiş olunur.

 

Tacikistanın Azərbaycandakı səfiri İlxom Abdurraxmon bildirib ki, layihə Tacikistan hökuməti Tacikistan Milli Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan Mədəniyyət Nazirliyinin birgə səyləri ilə həyata keçirilir: "Bu, iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndiyini nümayiş etdirir".

 

Səfir bildirib ki, sərgi bir ay davam edəcək xarici qonaqlar da onu ziyarət edib, qədim dövrü əhatə edən işlərlə tanış ola biləcəklər. Diplomat qarşılıqlı olaraq keçirilən mədəniyyət günlərinə diqqət çəkib, deyib ki, insanlarımız həmin tədbirlərdən böyük zövq aldılar: “Əminəm ki, iki ölkənin əlaqələri bütün sahələrdə inkişaf etməkdə davam edəcək”.

 

Daha sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim zərif tikmələr nümayiş olunur. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar digər şəhər bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim edilir.

 

Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi ornamentlər, epiqrafik motivlər kalliqrafik yazılarla bəzədilir. Onların üzərindəki hər bir naxışın, nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. Qeyd edək ki, 2018-ci ildə TacikistanınÇakantikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Sərgi iki ölkə arasında mədəni əməkdaşlıq dialoqun inkişafına önəmli töhfədir 20 may 2025-ci il tarixində Düşənbədə keçirilmişAzərbaycanın milli irsi incəsənət incilərində yaşayırsərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin daha da möhkəmləndiyini göstərir.

 

Sərgi oktyabrın 25-dək davam edəcək.

 

Pərvanə Sultanova

 

525-ci qəzet.- 2025.- 27 sentyabr (¹175).- S. 18.