Azərbaycanlı bəstəkar Londonda keçirilən müsabiqədə birinci yerə layiq görülüb

 

Bəstəkar Lalə Cəfərova Londonda keçirilən “Golden Time Talent” müsabiqəsinə göndərdiyi simfonik orkestr üçünSumelapoemasına görə I yerə layiq görülərək diplom sertifikatla təltif olunub.

 

Bu barədə AZƏRTAC-a bəstəkarın özü məlumat verib.

 

Lalə Cəfərova Şərq aləmində Azərbaycanın ikipərdəli balet yazan ilk qadın bəstəkarıdır. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) əvvəlcə fortepiano ixtisası üzrə bitirib, Bəstəkarlıq fakültəsində təhsil alıb bu sahə üzrə aspiranturanı da bitirib. 1992-ci ildən BMA-da müəllim kimi əmək fəaliyyətinə başlayıb. Hazırda BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllimdir.

 

Lalə Cəfərova 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 2001-ci ildə Bəstəkarlar İttifaqının, Gənclər İdman Nazirliyinin təqdimatı ilə simfonik əsər nominasiyası üzrəİlin ən yaxşı bəstəkarımükafatına layiq görülüb. 2002-ci ildəAzərbaycan Sərhəd Qoşunları bu günmüsabiqəsinə təqdim etdiyi solist, nəfəs alətləri orkestri xor üçünSərhədçimarşına görə diplom mükafata layiq görülüb.

 

O, simfoniya, fortepiano simfonik orkestr üçün konsertlərin, kamera, instrumental vokal, caz əsərlərinin, marşların mahnıların, ikipərdəli “Bir Xəzər əfsanəsibaletinin, bədii-sənədli film musiqisinin, 9 dərs vəsaitinin, bir sıra elmi məqalələrin müəllifidir.

 

“Bir Xəzər əfsanəsibaletinin premyerasından sonra (2022) may-iyun ayında “Baku” jurnalında Lalə Cəfərovanın yaradıcılığı haqqında geniş məqalə dərc edilib (Anna Qordeeva).

 

2018-ci ildə Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi münasibətiləƏbədiyaşar Heydərromansının müəllifidir. 2021-ci il noyabrın 2-də Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunmuşQarabağ Azərbaycandırkonsertində L.CəfərovanınZəfər marşıAzərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellası solistin ifasında uğurla səslənib. 2023-cü il noyabrın 11-də Azərbaycan Akademik Dövlət Filarmoniyasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertdə musiqisi Lalə Cəfərovaya, sözləri Leyla Əliyeva məxsus olanSkuçayu” (Darıxıram) romansı səsləndirilib.

 

Lalə Cəfərova xalq mahnılarının bir sıra bəstəkarların əsərlərini, bunlardan F.Şopen, Q.Qarayevin, Ə.Mustafazadənin əsərlərinin işləməsinin müəllifidir. 2023-cü ildə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsunmusiqili komediyasından bir neçə musiqi nömrəsinin fortepiano üçün işləməsi ABŞ-da nəşr olunub. Lalə Cəfərovanın əsərləri Azərbaycanın müxtəlif səhnələrində, ABŞ Avropa ölkələrində böyük uğurla səslənir.

 

Bəstəkarın əsərləri bir sıra dissertasiyaların mövzusu olub. Onun yaradıcılığı Azərbaycanda xaricdə bir çox qəzet jurnallarda işıqlandırılır.

 

 

525-ci qəzet.- 2025.- 23 sentyabr (¹171).- S.10.