Gənclər Kitabxanasında Dövlət
Suverenliyi Günü münasibətilə materiallar
hazırlanıb
Dövlət Suverenliyi Günü münasibətilə Cəfər
Cabbarlı adına
Respublika Gənclər Kitabxanasında
“Azərbaycanın suverenliyi:
tarixdən gələcəyə”
adlı daycest və ənənəvi
kitab sərgisi təşkil
edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim edilən vəsaitdə Prezident İlham Əliyev tərəfindən imzalanan
“Azərbaycan Respublikasında
Dövlət Suverenliyi
Gününün təsis
edilməsi haqqında”,
“Azərbaycan Respublikasında
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan
edilməsi haqqında”
sərəncamların və
professor Ziyafət Əsgərovun
“Azərbaycan konstitusion
və suveren dövlətdir” adlı məqaləsinin tam mətni
yer alır. Kitabxana əməkdaşları
tərəfindən hazırlanan
materialda suverenlik günü, suverenlik ili və işğaldan
azad edilmiş torpaqlarda suveren hüquqlarımızın bərpası
haqqında toplanmış
və son beş il ərzində dövrü
mətbuatda dərc edilən məqalələrin
biblioqrafik təsviri, qısa məzmunu və linkləri istifadəçilərə təqdim
olunur. Daycestdə məqalələr illər
üzrə, daxildə
isə əlifba ardıcıllığı ilə
verilir.
“Azərbaycanın
suverenliyi: tarixdən gələcəyə” adlı
daycest kitabxananın rəsmi saytında
https://ryl.az/funds/daycest yerləşdirilib.
Respublika Gənclər
Kitabxanasında “Dövlət
Suverenliyi Günü"
adlı ənənəvi
sərgi də təşkil edilib. Sərgidə kitabxananın
fondunda saxlanılan və şanlı Zəfər tarixini əks etdirən 50-dən
çox kitab sərgilənməkdədir. $t 525-ci qəzet
$g
525-ci qəzet.- 2025.- 23 sentyabr (¹171).- S.10.