Ərtoğrol Cavid - Yarımçıq qalmış işıqlı ömür

 

Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri olan böyük Hüseyn Cavidin özü kimi, ailəsi keşməkeşli bir həyat yolu keçib. Onun yeganə oğlu - Ərtoğrol Cavid (1919-1943), istedadı, zəkası sənət eşqi ilə milli mədəniyyətimizdə öz izini qoymağa müvəffəq olsa da, gənc yaşında dünyadan köçərək böyük bir potensialı reallaşdıra bilmədən həyatdan ayrılıb.

 

Ərtoğrol Cavid 1919-cu il oktyabrın 22-də Bakıda dünyaya gəlmişdi. Uşaqlıq illərindən etibarən atası Hüseyn Cavidin yüksək mədəni mühitində böyüməsi onun dünyagörüşünə sənətə olan marağına dərin təsir göstərmişdi. Cavidlər ailəsinin evində daim ziyalılar, şairlər, sənət adamları toplaşar, ədəbi-mədəni mühitin canlı nəfəsi duyulardı. Məhz bu mühit gənc Ərtoğrolun formalaşmasında mühüm rol oynamışdı.

 

O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdi. Eyni zamanda şairlik istedadı da üzə çıxmağa başlamış, bir neçə şeir qələmə almışdı:

 

...Mənim ömrüm, həyatım pək paslanmış...

 

Çürük, zəif, yanmış, teldən asılmış...

 

Mən ulu tanrıdan yardım dilərkən,

 

Bədbinlik fikrini başdan silərkən,

 

Bilmədim ki, ömrüm neçin qaraldı,

 

Gül açmadan qönçə kimi saraldı...

 

"Göyərçin naləsi" adlı bu əsəri balaca Ərtoğrol 1931-ci ildə yazmışdı. Maraqlıdır ki, elə bil bu şeirdə cəmi 12 yaşı olan Cavid Əfəndinin oğlu gələcəkdə yaşayacağı nakam taleyini vəsf edirdi.

 

Ərtoğrol musiqiyə xüsusi maraq göstərirdi. Sonralar Konservatoriyada təhsil aldığı illərdə o, musiqi biliklərini bacarıqlarını mükəmməlləşdirmək üçün var gücü ilə çalışırdı. Onun zərif musiqi duyumu klassik musiqiyə olan dərin sevgisi müəllimləri həmkarları tərəfindən yüksək qiymətləndirilirdi.

 

Ərtoğrol həm bəstəkar kimi özünü sınamağa başlamışdı. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı 1941-1942-ci illərdə o, görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Boris Zeydman Fikrət Əmirovun siniflərində təhsil almış, fortepiano üçün yazdığı "9 variasiya" əsərini öz müəllimi Üzeyir bəyə həsr etmişdi.

 

O, eyni zamanda Azərbaycan Dövlət Konservatoriyasında dahi vokal ustası Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplanmasında fəal iştirak etmişdi.

 

Fikrət Əmirov isə Ərtoğrol haqqında xatirələrində belə yazırdı:

 

"Mən onun sənətini , şəxsiyyətini açılmamış gözəl bir fidana, pöhrəyə bənzədə bilərəm. Qəti əminəm, qalsaydı, musiqimizin ən görkəmli xadimlərindən biri olacaqdı".

 

Ərtoğrol Cavid Nizami Gəncəvinin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Tahir Rasizadənin "Səninlə olaydım" digər müəlliflərin şeirlərinə romans mahnılar bəstələmişdir. Onun "Şeyx Sənan", "Məhsəti" operaları, eləcə bir sıra kamera instrumental əsərləri yarımçıq qalmışdır. Təəssüf ki, Ərtoğrolun bəstəkarlıq irsi çox az sayda nümunələrlə günümüzə gəlib çatmış, bəzi əsərləri isə repressiya illərinin keşməkeşli dövrlərində itib getmişdir.

 

Hüseyn Cavidin Ev-Muzeyinin ekspozisiya zallarında Ərtoğrolun qələm texnikası ilə çəkdiyi babası Hüseyn Cavidə həsr olunmuş portret, eləcə Azərbaycanın böyük teatr aktyoru rejissoru, daha bir repressiya qurbanı Abbas Mirzə Şərifzadəni "İblis" "Şeyx Sənan" rollarında təsvir edən əsərləri sərgilənməkdədir. Bundan başqa, hələ nümayiş olunmayan, müxtəlif dövrlərdə ərsəyə gətirdiyi rəsm işləri onun rəssamlıq bacarığının göstəricisidir.

 

Ərtoğrol şahmatı da mükəmməl bilirmiş. Bu isə onun yalnız yaradıcı deyil, eyni zamanda iti zəkaya analitik düşüncəyə malik fitri istedad sahibi olduğunu göstərir. O, şahmatı ən sadiq dostlarından biri - texnika elmləri doktoru Ətaulla Qasımovla oynamağı xüsusilə sevərmiş. Yaşasaydı, bəlkə böyük qrossmeyster ya məşhur rəssam kimi tanınardı.

 

1937-ci ildə Hüseyn Cavidin həbs olunması sürgün həyatı bütün ailənin taleyinə ağır təsir göstərmişdi. Ərtoğrol atasının bu faciəli aqibətindən dərin sarsıntı keçirmiş, ailənin yükünü çiyinlərinə götürmək məcburiyyətində qalmışdı. Bir tərəfdən sənət yolunu davam etdirməyə çalışır, digər tərəfdən ailəsinə sahib çıxırdı.

 

Ərtoğrol Cavidin ömrü çox qısa oldu. O, 1943-cü il oktyabrın 14-də, cəmi 24 yaşında vərəm xəstəliyindən vəfat etdi. Onun vaxtsız ölümü Azərbaycan musiqi mədəniyyət tarixində böyük bir itki kimi qiymətləndirilir. Əgər yaşasaydı, musiqi sahəsində yeni əsərlər yarada, atasının ideyalarını incəsənət dili ilə davam etdirə bilərdi.

 

Ərtoğrolun həyat yaradıcılığı sonrakı illərdə tədqiqatçıların diqqətini çəkmiş, onun haqqında məqalələr, xatirələr yazılmışdır. Bacısı Turan Cavidin fədakar fəaliyyəti nəticəsində yalnız Hüseyn Cavidin deyil, həm ailə üzvlərinin xatirəsi qorunub saxlanılmışdır.

 

Bu gün Hüseyn Cavidin Ev-Muzeyində Ərtoğrol Cavidin həyat yaradıcılığına dair materiallar da nümayiş olunur. O, Azərbaycan gəncliyi üçün yarımçıq qalmış, lakin işıqlı bir ömür nümunəsi olaraq yad edilir. Ərtoğrol milli mədəniyyətimizdə "görünməyən, amma hiss edilən" izlər buraxmış sənətkar kimi xatırlanır.

 

Nübar MƏMMƏDOVA

Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı

 

          525-ci qəzet.-2025.- 23 sentyabr (¹171).- S.11.