"Qiyamçı": İnsan qiyamın daxili səhnəsi

YAZIÇI ƏLABBASIN "QİYAMÇI" ROMANI HAQQINDA QEYDLƏR

 

 

 

ƏlabbasınQiyamçıromanı haqqında çox sayda məqalə yazılsa da, mənim bu mövzuda yazmağımın əsas səbəbi müəllifin ədəbi dilidir. Onun ifadə tərzi, bölgə şivəsi ilə zəngin söz seçimi sintaksisi digər yazıçılardan seçilir; hətta müəllifin adı qeyd olunmasa belə, əsərin ikinci cümləsindən oxucu onun əsərin müəllifi olduğunu dərhal hiss edir. Eyni zamanda, bu unikal üslub vasitəsilə əsərin qəhrəmanlarının daxili aləmi psixoloji vəziyyəti oxucuya aydın şəkildə çatdırılır.

 

Ədəbiyyatın əsas missiyası insanın ruhunu, vicdanını, daxili səsini ortaya çıxarmaqdır. ƏlabbasınQiyamçıromanı isə bu missiyanı ən sərt təmkinli şəkildə həyata keçirir. Əsərin adı artıq oxucunu dərhal bir qarşıdurmaya, bir daxili xarici üsyana hazırlayır. Qiyam burada yalnız siyasi ictimai hadisələrdən doğan bir hərəkat deyil, həm insanın öz daxili dünyası ilə apardığı savaşdır. Oxucu Əlabbas vasitəsilə görür ki, qiyam həm şəxsi, həm sosialdır; daxili üsyan, vicdanın qorunması, mənəvi prinsiplərə sadiqlik insan ruhunun sarsılmazlığıdır.

 

Romanda zaman coğrafi məkan baxımından hadisələr 80-ci illərə işarə etsə , Əlabbas əsas diqqəti daha qədim dövrlərin mənəvi ictimai strukturlarına yönəldir. Bu xüsusiyyət oxucuya göstərir ki, “Qiyamçıyalnız bir tarixi epizodun təsviri deyil; əsərin mərkəzində duran hadisələr, xalqın kollektiv yaddaşı torpaq, ata-baba köklərinə bağlılığı ilə əlaqədardır. Beləliklə, romandakı hadisələr yalnız xarici təzyiq ya siyasi zorakılıq fonunda deyil, eyni zamanda milli ruhun mənəvi dəyərlərin qorunması müstəvisində baş verir.

 

Bundan əlavə, romanın qəhrəmanı ətrafındakı ziyalılardan fərqli olaraq, açıq qiyam qaldıran bir fiqur deyil. Ətrafındakı nadir ziyalılar yalnız məsləhət verənlər, hadisələrin gedişində sükutla müşahidə edənlərdir. Bu cizgi romanda xüsusi bir ictimai psixologiyanı, sovet dövrünün qorxu təzyiqi şəraitində insan davranışının real təsvirini göstərir. Oxucu burada yalnız qəhrəmanın deyil, həm cəmiyyətin daxili dilemmasını adaptasiya mexanizmini görür.

 

Bəbir/Təbriz

 

Onillik tənha həyat yaşamış, güclü xarakterə sahib, daxili mübarizə aparan bir obrazdır. Suallara cavab axtarmaq, məktublarla xəyali dialoqlarla özünü anlamaya çalışmaq onun ruhani qiyamının daxili intiqamının əksidir. Özünü öldürmək fikrinə düşən, amma son anda çəkilən, daxili suallarına cavab arayan bir insandır. Səhvlərini sevgisini uzun müddət gizlətməyi bacarır, intellektual emosional dərinliyi ilə oxucunu düşündürür. Bəbir dinamik bir obrazdır; daxili aləmi, ailəsi sevgisi ilə ziddiyyət təşkil edir. Arvadı Şəhrizin onu tərk etməsi, uşaqlarının onu anlamaması onu sarsıtsa da, o, yeni sevgidən imtina etmir. Roman onun jurnalist qızla Əyriqara qayıtması ilə bitir; sevgi xətti hadisələrin digər xətlərini arxa plana keçirir.

 

Şəhriz

 

Müəllif, Şəhriz obrazını məktəb illərindən tanıdığı, “tək günahı gözəllik olanheç kimsənin ürək edib yaxın düşə bilmədiyi bədbəxt bir qızkimi təsvir edir. Bu, onun xarici gözəlliyinin dünyasında yaratdığı yalnızlıq tənhalıqla necə ziddiyyət təşkil etdiyini göstərir. Şəhrizin xoşbəxt ola bilməməsini müəllif öz üzərinə götürür, oxucu isə taleyin günahını kimdə olduğunu sorğulamağa vadar olunur.

 

Müqəddəs

 

Təbrizlə sonradan şəhərdə rastlaşan, həyatın nağılvari tərəfini təmsil edən obrazdır. Onun Təbrizlə görüşməsi romanın sonunu nağıllaşdırır, qəhrəmanın daxili gərginliyini yumşaldır hekayəyə yeni həyat verir. Müqəddəsin Təbrizə yazdığı məktubun illərlə cavabsız qalması, onun içindəki qorxuları həqiqətlə üzləşməmək üçün etdiyi cəhdləri göstərir. Bu, insanın öz daxili dünyası ilə necə barışmadığını həqiqətlə üzləşməmək üçün necə özünü aldada bildiyini əks etdirir.

 

Qəyyum müəllim

 

Təbrizin həyatında ciddi rol oynayan, taleyini formalaşdıran bir personajdır. Təbrizin daxili sınaqlarında özünü anlamasında əhəmiyyətli rol oynayır; məktubları qəhrəmanın daxili suallarına cavab verir mənəvi dəstək olur.

 

Əlabbas / Müəllif

 

Mən müəllifi obraz kimi gördüm. Əlabbas romanın görünməyən, lakin hər yerdə duyulan obrazıdır. O, qəhrəmanların talelərinə bəzən atalar sözlərinin hikməti, bəzən təbiətin dili ilə qarışır. Onun varlığı oxucunu hadisələrin üzərində dayanan bir şahid kimi müşayiət edir. Əlabbas insanların daxili üsyanını mənəvi mübarizəsini açır, sosial tarixi problemləriməcburi köçürülmə, daxili miqrasiya sovet dövrünün qəribəliklərini, emosional psixoloji təcrübə kimi oxucunun qarşısına çıxarır. Müəllif qəhrəmanların dili ilə öz düşüncələrini ötürür: həyat fəlsəfəsini, daxili səsini, zamanla bağlı narahatlığını çatdırır. Onun bədii təsvirləri yalnız estetik məqsəd daşımır, kəndin şəhərin mənzərələri, hava ətraf mühit obrazların psixologiyası ilə üzvi surətdə bağlıdır.

 

 

 

ƏlabbasınQiyamçı”sında siyasi proqnozlara da rast gəlinir. Məsələn, Zülfüqar müəllim Təbrizlə dialoqundaDaha ittifaqda ittifaqlıq qalmayıb...” sözləri həm sovet ittifaqının dağılma səbəblərinə işarədir, həm gələcək geopolitik nizam haqqında proqnozdur. Müəllif rusun Yaxın Şərqdən sıxışdırılaraq çıxarılacağını, İran İraqda isə onun təsirinin zəifləyəcəyini göstərir. Amerika ilə Türkiyənin regiondakı müttəfiqliyini vurğulayaraq, böyük dövlətlərin maraq savaşının xəritəsini sanki əvvəlcədən cızır.

 

Təbriz həyatın sərt qanunları ilə üz-üzə gələn, daxilindəki azadlıq hissini qorumağa çalışan bir şəxsdir. Əlabbas onun daxili monoloqları vasitəsilə insanın varlıq, ədalət azadlıq haqqında suallarını oxucuya çatdırır. Dramatik pik nöqtələr yalnız xarici hadisələrdə deyil, daxili monoloqlarda da yaranır; bu, romanı hadisə əsəri olmaqdan çıxarıb fəlsəfi meditasiya səviyyəsinə qaldırır.

 

Əlabbas qəhrəmanlarının psixoloji vəziyyətini incə realist detalizmlə göstərir, onların psixologiyasının ən uc nöqtələrinə toxuna bilir. Müəllifin dili sərt, eyni zamanda lirizmlə elə doludur ki,  oxucu qəhrəmanların qorxularını, şübhələrini, vicdan əzabını birbaşa özündə yaşayır.

 

Təbrizlə Şəhrizin münasibətləri əsərin dramatik xəttinə xüsusi rəng qatır. Onların sevgisi ayrılıqlarla sınağa çəkilir, alt qatda gizlənən bağlılıq oxucuya duyulur. Son görüş səhnəsi xüsusilə təsirlidir: Şəhrizin “Bu xasiyyətlə sən elə orda qalsan yaxşıdır Təbrizinmən dəli o vaxt səni məxluq öz xaliqini istəyən kimi istəmişdimsözləri ömürlük ayrılığın möhürüdür. Oxucu bu səhnədə sevginin həm ən ülvi, həm ən dağıdıcı gücünə şahid olur. Təbrizin Allaha inancı isə onun davranışlarında, düşüncələrində sevgisini ifadə tərzində daiməsər boyu sezilir, burada isə insanın ilahi dəyərlərlə şəxsi hissləri arasında parçalanmasını göstərir.

 

Əlabbasın üslubu sadəçölçü dili”, təsirli dialoqlar, daxili monoloqlar simvolik təsvirlərlə zəngindir. Təkrar olunansükutqaranlıqmotivləri daxili tənhalığı, “qırılmazlıqsəadətmotivləri isə mübarizəni simvollaşdırır. Atalar sözləri, məsəllər xalq hikmətləri ilə zənginliyi romanın bədii gücünü artırır, milli ruhla bağlılığı gücləndirir. Romanda bədii dilini zənginləşdirmək, dilin ritmini artırmaq üçün müəllif özünəməxsus deyimlər ifadələr yaradır. Məs.:“Ovçusu cavan ölən dağların maralı qoca olar.”; “Ayağıma bax, havamı çal”; “Xırsızı danışdıran qəzəb odu yox, qızıl ehtirasıdır.” s.

 

Romanda kənd adlarının təsadüfi seçilmədiyi aydındır:

 

Əyriqar – “haqqdan uzaq, düzgün olmayanmənası ilə həm cəmiyyətə qarşı üsyanı, həm təkliyi simvolizə edir.

 

Çalmalıcoğrafi çətinliyi uğursuzluq işarəsi daşıyır.

 

Naltökən dərəsidaş-qayalıq yolu ilə sərt maneələri ayrılıqları simvollaşdırır.

 

Əsərin ortalarında Təbrizin son görüşdə Şəhrizə dediyi sözlər romanın ən ağır məqamlarından biridir: “Biləsən, Şəhriz, hər şeyə səni ürəkdən istəməyim səbəb oldu…”

 

Bu cümlə oxucuya dərindən düşündürən bir mesaj verir. Əslində, insan bir başqa insana qədər sevsə , ürəyini bütövlükdə bağlamamalıdır. Çünki inanclarımıza görə, insanın ürəyi yalnız Yaradan üçün nəzərdə tutulub. Mənəvi dəyərlərdə, dini düşüncələrdə deyilir ki, Allahdan başqasını ürəkdən istəmək, ona hədsiz bağlılıq göstərmək insanı sınağa çəkir, bəzən cəzalandırır. Bu baxımdan Təbrizinsəni ürəkdən istəməyimetirafı həm böyük bir sevgi, həm bu sevginin fəlakətə çevrilmiş etirafıdır.

 

Ardınca gələn sözlər isə qəhrəmanın özünüittihamıdır: “O vaxt mən səni bu əllərimlə boğub öldürsəydim, həm sənə olan istəyimi özümlə aparardım, həm uşaqlarıma adam kimi dədəlik eləyərdim…” Burada Təbriz demək istəyir ki, sevgisinin gücü ağırlığı o qədər böyükdür ki, bu hiss onu həm qadına, həm ailəsinə qarşı aciz qoymuşdur. Bu sözlər qədər sərt qəddar səslənsə , sevgidən doğan bir fədakarlıq düşüncəsidir: “səni öldürsəydim, heç olmasa sevgim bu dünyada qalmayacaqdı, özümlə aparacaqdım, övladlarıma isə vicdanla ata ola biləcəkdim”. Bu, təbii ki, mümkün olmayan insanın özünü yandıran bir paradoksdur. Oxucu bu səhnədə sevginin həm ən ülvi, həm ən dağıdıcı gücünə şahid olur.

 

Təbrizin bu sözləri sadəcə dramatik emosional çıxış deyil, həm mənəvi-əxlaqi qat daşıyır. Roman boyu Təbrizin Allaha inancı daim sezilir.

 

Onun davranışları, düşüncələri, hətta sevgisini ifadə tərzi bu inamın fonunda daha aydın görünür. Bu səhnələrdə oxucu insanın ilahi dəyərlərlə şəxsi hissləri arasında necə parçalandığını görür.

 

Romanın sonunda romantik sonluq hadisələrin inkişaf məntiqindən doğur oxucuya həm təsir, həm düşünmək üçün zəmin yaradır. Müqəddəs Təbrizin qarşılaşması, Əyriqarın simvolik olaraq yenidən nəfəs alması, həyatın davam etdiyini insanın azad iradəsi ilə mənasını tapacağını göstərir.

 

Qiyamçıyalnız bir qəhrəmanın daxili mübarizəsini açıb göstərmir, eyni zamanda cəmiyyətin sərt qanunları ədalətsizlikləri qarşısında insanın daxili çarpışmasını da işıqlandırır. Əlabbas oxucunu həm şəxsi, həm sosial qiyamın dərinliyinə aparır; qəhrəmanın məktubları daxili monoloqları onun qorxu, ümid ruhunun sarsılmaz tərəfini eyni anda əks etdirir. Sadə, lakin lirizm dolu dili, simvolik təsvirləri metaforaları əsəri həm emosional, həm fəlsəfi səviyyədə tamamlayır.

 

ƏlabbasınQiyamçıromanı, təkcə bir kənd onun sakinlərinin hekayəsi deyil, eyni zamanda insan ruhunun dözümü, sədaqəti həyatın sınaqlarına qarşı mübarizəsinin poetik təsirli portretidir. Təbriz, sosial şəxsi itkilər içində yalnız qalmış, lakin əzmkarlığı, vəfası daxili azadlığı ilə həyatın çətinliklərinə meydan oxuyan bir obrazdır. Əsərin səmimi, pafossuz şişirtmədən yazılması oxucunu Əyriqar kəndinin mühitinə, Təbrizin evinin otaqlarına, gündəlik həyatın səs-küyünə, pişiyinə, toyuq-cücəsinə qədər yaxınlaşdırır. Bu yaxınlıq əsərin realistik təsirini artırır, oxucu hadisələrin içindədir, nəfəs alır, hiss edir ağrını paylaşır.

 

Təbriz vasitəsilə müəllifqiyamanlayışını yenidən şərh edir: qiyam dağıtmaq, yıxmaq zorakılıqla yenisini qurmaq deyil; qiyam səssiz daxili bir mübarizədir, mövcud olanı qorumaq, vəfaya sadiq qalmaq daxili prinsipləri müdafiə etməkdir. Təbrizin tənha yaşaması, köçkün kənd sakinlərinə rəhbərlik etməsi onlarla birlikdə yeni həyata başlamağa çalışması insanlıq dəyərlərinin mənəvi qiyamın simvoludur. İtkilər mürəkkəb münasibətlər əsərə dramatik dərinlik realizm gətirir, müəllifin təbiəti xarakteri isə Təbriz obrazına sirayət edir; oxucu onu həm roman qəhrəmanı, həm mənəvi mübarizənin simvolu kimi qəbul edir.

 

Əsərin sonu oxucu üçün ümid rahatlıq gətirir. Əlabbas burada göstərir ki, insan yalnızlıq sınaqlardan qorxmadan, suallarına cavab tapmasa da, mənəvi yüksəlişə əsl qiymətini anlamaya qadirdir.

 

Nəticə etibarilə, “Qiyamçıyalnız kənd həyatının deyil, insan taleyinin, mənəvi mübarizənin vəfanın romanıdır. Əlabbasın səmimi təbii dili, obrazların canlılığı hadisələrin dərinliyi əsəri oxunası, düşündürücü uzun müddət yadda qalan bir əsər halına gətirir. Bu roman, oxucuya insanın daxili dünyası ilə əlaqə qurmağın, sədaqət, inadkarlıq mənəvi qiyamın dəyərini göstərən əhəmiyyətli nümunədir.

 

 

Adilə NƏZƏROVA

Filologiya üzrə fəlsəfə doktoru

 

 

525-ci qəzet.-2025.- 23 sentyabr (¹171).- S.12.